Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-952/2023 16.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Səfərlinin katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2023-cü il tarixli, EQ 12996108 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2023-cü il tarixli, EQ 12996108 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 izahatında bildirmişdir ki, hadisənin baş verdə yerdə həmin ərazidə yaşayan şəxslərin kollektiv müraciəti əsasında qırıq-qırıq xətlər 22 iyul 2022-ci il tarixdə bərpa edilmişdir. Həmin faktı təsdiq edən rəsmi məktub da iş materiallarına əlavə edilmişdir. Lakin buna baxmayaraq yenə də həmin yerdən sola dönərkən bu hal inzibati xəta kimi qiymətləndirilərək əsssız olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilir. Bununla bağlı, müxtəlif dövlə orqanlarına, o cümlədən, prokurorluq orqanına kollektiv şəkildə müraciətlərimiz var. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, 08- 09638/ROL-06600/4 saylı məktubuna baxmayaraq barəsində həmin məktubda göstərilənlərə zidd olaraq cərimə tətbiq edilmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində qəbul edilmiş 02 fevral 2023-cü il tarixli, EQ 12996108 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X2 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2023-cü il tarixli, EQ 12996108 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 02 fevral 2023-cü il tarixli, EQ 12996108 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, 08-09638/ROL-06600/4 saylı məktubundan görünür ki, Ramiz Qəmbərov küçəsində (Bakıxanov qəsəbəsi istiqamətindən, “Lukoil” yanacaqdoldurma məntəqəsinin çıxış hissəsində) 1.11 nişanlama xətti (Bakıxanov qəsəbəsi istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin sola hərəkətinin təmin edilməsi) təşkil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, 08-09638/ROL-06600/4 saylı rəsmi məktubunu, bununla da Bakıxanov qəsəbəsi istiqamətindən hərəkət edən nəqliyyat vasitələrinin sola hərəkətinin təmin edilməsi üçün 1.11 nişanlama xəttinin təşkil edildiyini və belə olan halda həmin yerdən sola dönmə hərəkətinin həyata keçirilməsinin inzibati xəta hesab edilməməsini nəzərə alaraq X1 02 fevral 2023-cü il tarixdə adı çəkilən məktubda qeyd olunan ərazidə sola dönmə əməliyyatını həyata keçirməsindən ibarət olan əməlində inzibati xəta tərkibinin olmasının istisna edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2023-cü il tarixli, EQ 12996108 nömrəli qərar ləğv edilməli və X1 əməlində AR İXM-nin 327.2-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2023-cü il tarixli, EQ 12996108 nömrəli qərar ləğv edilsin. X1 əməlində AR İXM-nin 327.2-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-952/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-952/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver