Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin nümayəndəsi X4, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X10 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 11 aprel 2022-ci il tarixli, 00100/0724 saylı inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini X7 tərəfindən 00100-0719/22 nömrəli inzibati xəta haqqında iş materialları üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş 00100/0724 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini X7 tərəfindən 00100-0719/22 nömrəli inzibati xəta haqqında iş materialları üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş 00100/0724 saylı qərarına əsasən ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində 00100-0719/22 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin qeyd hissəsinin 2-ci bəndi və İXM 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək göstərmişdir ki, Bakı Baş Gömrük İdarəsi xx.xx.2022-ci il tarixdə qərar qəbul etmişdir. Qərarın nəticə hissəsində yazılmışdır ki, ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs "Parquet City” MMC barəsində 00100- 0719/22 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam verilmiş, inzibati xətanın bilavasitə obyekti olan predmetin 08 aprel 2022-ci il tarixdə yükün buraxılışın təsdiq edilməsi ilə qanuni sahibinə qaytarıldığı nəzərə alınsın, "xxxx" MMC tərəfindən ödənilməli olan idxal gömrük rüsumu üzrə 12059.90 manat, ƏDV üzrə 2170,78 manat, elektron gömrük xidməti haqqı üzrə 30 manat, elektron gömrük xidməti üzrə ƏDV 5,40 manat olmaqla ümumilikdə 14266,08 manat gömrük ödənişləri tamamilə ödənildiyindən vurulmuş ziyanın ödənildiyi nəzərə alınsın. Bildirir ki, aşağıdakı xüsusatlara əsasən hesab edir ki, inzibati xətanın mövcudluğu öz təsdiqini tapmamışdır və sübuta yeririlməmişdir. "xxxx" MMC-nin ünvanına Çin Xalq Respublikasının xx.xx.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİFMN üzrə 4418 kod altında “5" % gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədi ilə Bakı Baş Gömrük İdarəsi tərəfindən X5 İdarəsinə xx.xx.2022-ci il tarixli məktubla müraciət olunmuş, həmin idarədən Bakı Baş Gömrük idarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına nömrəsiz xx.xx.2021 -ci il tarixli invoys sənədi üzrə idxal olunmuş yük üst qatları palıd ağacından hazırlanmış, döşəmə üçün fanerlənmiş panellər olub XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir. Lakin malların rəsmiləşdirilməsi həyata keçirilən zaman X5 idarəsinin rəyinə əsasən müəyyən edilmişdir ki, həmin mallar bəyan edilən ********** kod altında deyil, ********** kod altında sinifləşdirilir. X5 İdarəsinin sözügedən rəyi ilə şirkət razı deyil, belə ki, şirkət tərəfindən idxal edilən mal ağacdan hazırlanmış parket olduğu halda həmin idarə tərəfindən mallara təyin edilən kod faneraya aiddir, digər uyğunsuzluq isə Nazirlər Kabinetinin 500 saylı Qərarına əsasən aldıqları məhsulun ölçü vahidi m2-lə ölçülür, lakin X5 İdarəsi tərəfindən verilən kod üzrə olan məhsullar isə m3-lə ölçülür, bu da onu göstərir ki, idxal edilən yükün XİFMN üzrə kodu həmin idarə tərəfindən düzgün müəyyən edilməmiş, şirkət tərəfindən idxal edilən mallar kiçik hissələrdən ibarətdir və 9 qat lak örtüyü ilə örtülmüşdür, həmçinin, həmin məhsullar biri digərinə keçmə xüsusiyyətinə malikdir, bu göstərilənlər isə parketə aid olan xüsusiyyətlərdir, həmçinin, X5 İdarəsinin istinad etdiyi mənbələr Rusiya Federasiyasının internet səhifələrindən götürülmüşdür, istinad edilən məlumatların hal-hazırda qüvvədə olub-olmaması sual altındadır, həmin idarə tərəfindən əsaslandırılan məhsulun üst qatının 2.5 mm-dən çox olanların XİFMN üzrə 4418 mal mövqeyində sinifləşdirilməsi isə Azərbaycan Respublikasının qanunvericiliyinə istinad edilməmişdir, X5 İdarəsinin rəyinə əsasən malların kodunun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişlərini şirkət ödəməyə razı deyildir. Bundan sonra X5 idarəsinin xx.xx.2022-ci il tarixli rəyində qeyd edilən malların XİFMN üzrə kodu ilə razı olmadığı üçün təkrar ekspertizanın keçirilməsi məqsədi ilə Bakı Baş Gömrük İdarəsinə xx.xx.2022-cı il tarixli vəsatət ilə müraciət etmişdir. Vəsatət “Parquet City"’MMC-nin ünvanına xx.xx.2021-cı il tarixli invoys sənədi üzrə idxal olunan yüklərin xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq təsnifat kodunun müəyyən edilməsi məqsədilə təkrar ekspertizanın aparılması zərurəti ilə verilmişdir. X5 İdarəsindən Bakı Baş Gömrük İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən xx.xx.2022-ci il tarixdə keçirilmiş təkrar ekspertizanın nəticəsi ilkin ekspertiza ilə eynilik təşkil edir, malların təsviri və kodlaşdırılmasının şərh prinsiplərinə, bölmə, qrup, mal-mövqeyi, XİFMN-nin 4412 mal mövqeyi izahnaməsınə əsasən fanerlənmiş panellərdə üst qatının qalınlığı 2,5 mm-dən az döşəmə üçün fanerlənmiş panellər olduğuna görə bu mal mövqeyində sinifləşdirilir, lakin onun üst təbəqəsinin qalınlığı 2.5 mm-dən az olduğuna görə XİFMN üzrə 4418 mal mövqeyində sinifləşdirilə bilməz. Lakin qeyd edir ki, idxal olunmuş mala dair xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 31-ci qrafasında qeyd olunan "çoxqatlı yığılmamış panellərin (parketlər)” təsviri faktiki malın partiyasının təsvirinə uyğun gəlir. Belə ki, MMC tərəfindən idxal edilmiş məhsulun ölçü vahidi m2-lə ölçülür, lakin X5 İdarəsi tərəfindən verilən kod üzrə olan məhsullar isə m3 -lə ölçülür, bu da onu göstərir ki, idxal edilən yükün XİFMN üzrə kodu həmin idarə tərəfindən düzgün müəyyən edilməmişdir. Malın əsas xüsusiyyətləri sinifləşdirilmə zamanı mütləq nəzərə alınmalıdır. Həmçinin bildirir ki, X5 İdarəsinin təqdim etdiyi rəydə əsaslandığı izahnamələr rus və ingilis dilində olmaqla tərcümə edilmədən və oxunması mümkün olmayan keyfiyyətdə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən Bakı Baş Gömrük İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki X2 xx.xx.2022-ci il tarixində qəbul etdiyi inzibati xəta haqqında qərarının inzibati xəta tərkibli əsaslar olmadığı üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin nümayəndəsi X11 bildirmişdir ki, uzun illərdir respublikaya müxtəlif ölkələrdən parket idxal edir. Dünyanın 20 ölkəsindən parket gətirir. Özü qeyri-ərzaq məhsulları üzrə əmtəəşünasdır, gətirilən mallar tam taxtadan hazırlanmışdır, lakin konstruksiyalıdır. Bu parket sahəsində yenilikdir. Belə ki, parket həmişə bütün sahə bir ağacdan ibarət olurdu, bu isə daha qiymətli ağac növlərini qorumaq üçün Avropa bu yeni növü düşünmüşdür. Bu parketin üstü qoz ağacıdır, altı isə şam ağacıdır, arxası adi faneradır. Bu yeni növü mütəxəssislər daha qimətli ağac növlərini qorumaq üçün düşünmüşlər. Bunların digər parketlərdən - massiv parketlərdən üstünlüyü ondan ibarətdir ki, bunlar istiyə, soyuğa daha dözümlüdür, daha uzunömürlüdür, həmçinin alıcı üçün də daha ucuz başa gəlir. Bütün sənədlərdə həmin kod göstərilmişdir, belə ki, ilk olaraq ÇXR-nın məhsulu olan parketin istehsalçısının mənşə sertifikatı təqdim edilmişdir ki, həmin mənşə sertifikatından bir daha məlum olur ki, idxal olunan malların HS kodu 441887500-dır. Bundan əlavə olaraq məhsulun istehsalçısı ÇXR-nın rəsmi məktubuda təqdim edilmişdir. Məktubda məhsula HS kod 441887500-nun tətbiqinin beynəlxalq standart olması qeyd olunmuşdur. Burada hansı inzibati xətadan söhbət gedə bilər ki, orada nə göstərilib onu bəyan edilib. Guya mallar X5 İdarəsinə göndərildikdən sonra onların verdiyi kodla mallar 15 faiz gömrük rüsumuna cəlb olunur, onların bəyan etdiyi kodla isə 5 faiz gömrük rüsumuna cəlb olunur, buna görə də bu da inzibati xəta kimi qiymətləndirilmişdir. Bununla qətiyyən razı deyil, onlar həmişə düzgün bəyan etmişlər, gömrüklə heç bir problemləri olmamışdır. Bakı Baş Gömrük İdarəsi məsul şəxslərinin və X5 İdarəsinin ekspertlərinin iddia etdiklərinin tam əksi olaraq Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 saylı Qərarına əsasən ixrac gömrük rüsumlarının dərəcələri xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əsas şərhetmə qaydalarının 3(a), 3 (b) və 3(c) bəndlərinə görə, qaydaya və ya hər hansı başqa səbəblərə görə “prima facie”, malların 2 və ya daha çox mal mövqelərinə aid edilməsi mümkün olduğu halda belə malların sinifləşdirilməsi aşağıdakı qayda da həyata keçirilir: 1. ümumi təsvirli digər mal mövqeləri ilə müqayisədə üstünlük malın təsviri daha konkret olan mal mövqeyinə verilir. Lakin iki və ya daha çox mal mövqelərinin hər biri yalnız qarışığın və ya çox komponentli məmulatın materiallarının və ya maddələrinin bir hissəsinə və ya pərakəndə satış üçün dəstdə təqdim olunmuş malların yalnız bir hissəsinə aid edilirsə, hətta mal mövqeyinin birində malın təsviri daha tam və dəqiq verildikdə həmin mala münasibətində bu mal mövqeləri bərabər olan kimi baxılmalıdır, 2. Sinifləşməsi 3(a) qaydasına uyğun mümkün olmayan müxtəlif materiallardan ibarət olan və ya müxtəlif komponentlərdən hazırlanmış qarışıqlar, çoxkomponentli məmulatlar və pərakəndə satış üçün dəstlərdə təqdim olunmuş mallar, bu meyarın tətbiqi mümkün olduqda, bu mallara əsas xüsusiyyət verən materiala və ya tərkib hissəsinə görə sinifləşdirilməlidir. X5 İdarəsinin təqdim etdiyi rəydə əsaslandığı rus mənbələrində belə idxal edilmiş parket məhsullarının sinifləşdirilməsi üzrə izahnamələrdə birmənalı olaraq haqlı olduqları təsdiqini tapmışdır. Bundan başqa, gündəlik olaraq mallları idxal etmiş avtomaşının artıq dayandığı hər bir gün üçün 100 Abş dolları(170 Azn),malların anbarda saxlanılması üçün isə 59 manat ödəniş tələb edilməsini gözə gətirərək Bakı Baş Gömrük İdarəsinin əsassız və qanunsuz tələbini yerinə yetirməyə məcbur qalmışlar. Əlavə olaraq ödənilməsi tələb edilən 14266.08 manatı ödəməkdən başqa çıxış yolları olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəməyə ölkəyə idxal olunmuş və məhkəməyə təqdim etdiyi nümunələr fanerlənmiş panel deyil, çoxqatlı parketdir. Üst qatının qalınlığı 2 mm-dir. Onun xüsusiyyətini müəyyən edən onun üst qatıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 saylı Qərarına əsəsan ümumi təsvirli digər mal mövqeləri ilə müqayisədə üstünlük malın təsviri daha konkret olan mal mövqeyinə verilir. O bir çox ölkələrdən- Belarusiyadan, Hindistandan, İndoneziyadan parkeyt alır, hamısında ********** kod göstərilir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X8 şikayətə etiraz edərək bildirmişdir ki, X5 İdarəsinin təqdim etdiyi rəydə bildirilir ki, qeyd edilən mallar fanerlənmiş paneldir, şəxs tərəfindən bəyan olunmuş maldır, sadəcə olaraq XİFMN üzrə beynəlxalq qəbul olunmuş qayda vardır, Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 saylı Qərarına da həmin qaydalara əsaslanır. Onlar da həmin Konvensiyanın üzvüyük, orada göstərilən qərarlar milli qanunvericiliyə əsasən tətbiq olunur. Laboratoriya göstərir ki, XİFMN-nin 4412 mal mövqeyi izahnaməsınə əsasən fanerlənmiş panellərdə üst qatının qalınlığı 2,5 mm-dən az döşəmə üçün fanerlənmiş panellər olduğuna görə bu mal mövqeyində sinifləşdirilir, lakin onun üst təbəqəsinin qalınlığı 2.5 mm-dən az olduğuna görə XİFMN üzrə 4418 mal mövqeyində sinifləşdirilə bilməz. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Şikayət vermiş şəxsin vəsatəti əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X5 idarəsi Ekspress diaqnostik tədqiqat bölməsində bölmə rəisi X16 bildirmişdir ki, X5 İdarəsinə nümunə daxil olmuşdur, nümunə görmüş və labaratoriyaya tədqiq etmiş, 4412 mal mövqeyində bu malın sinifləşdirilməsində əsas olmuş - X3 tövsiyə etdiyi izahnamələrdir, onlar vaxtilə Rusiya Federasiyasına təqdim olunmuşdur. Ona görə də hamısı rus dilindədir. Azərbaycan Respublikası Gömrük Məcəlləsiniin 319-cu maddəsinin 2-ci bəndinə əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının ayrılmaz hissəsidir. İzahnamədə qeyd olunur ki, nazik üst təbəqəsindən ibarət döşəmə üçün panellər, plankalardırsa 4412-ci mal mövqeyidir, üst qatının qalınlığı 2.5 mm-dən az olanlar 4412 mal mövqeyində sinifləşdirilməli, 2.5 mm və daha artıq qalınlıq olan döşəmə üçün plankalar 4418 mal mövqeyində sinifləşdirilməlidir. Bildirmişdir ki, sinifləşdirmə üçün ölçü vahidi əsas meyar deyil. Məhkəmənin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə vəsatətlə müraciət edərək məhkəməəmtəəşünaslıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-791/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə vəsatət təmin edilmiş, 3(009)-791/2022 saylı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspetiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) “Məhkəməyə təqdim olunmuş idxal olunmuş mallara dair nümunələr 4412 kodu altında müəyyənləşdirilmiş (yapışqan vasitəsilə hazırlanmış faner,fanerlənmiş panellər və laylı oduncaqdan analoji materiallar) fanerlənmiş panellərdirmi,yoxsa bu mallar 4418 kodu altında müəyyən edilmiş( Deşikli agac panelləri,yığılmış döşəmə panelləri,dam qontu və taxtapuş çiləkəni dadaxil olmaqla ağacdan inşaat, xarratlıq və dülgərlik məmulatları) ********** yarımkodunda sinifləndirilmiş çoxqatlı yığılmış döşəmə panelləri sayılır?” 2) “Məhkəməyə təqdim olunmuş idxal olunmuş mallara dair nümunələr orijinal mallardırmı, yoxsa qeyd olunan mallar orijinalin imitasiyası yolu ilə hazırlanmışdır?” Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 9/4162 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən aparılmış tədqiqat nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların “4418 75 000 0” göstərilən kodlara uyğunluğu müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X12 ekspert rəyinə etiraz edərək bildirmişdir ki, ekspertiza qarşısında iki sual qoyulub və suallara cavab verilməmiş, qoyulmayan suala cavab verilmişdir. Eyni zamanda qoyulmayan suala cavab verilsə də, ekspert həmin nəticəyə hansı əsasa görə gəlməsi barədə hər hansı məlumat yoxdur. Rəy ümumiyyətlə əsaslandırılmayıb. İkinci suala ümumiyyətlə cavab yoxdur. Ekspertizanın təyin olunmasında məqsəd ilk növbədə malın adının təyin olunması olmuşdur. Ekspert rəyinin tədqiqat hissəsində yazılıb ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki "xxxx" MMC-nin ünvanına 1400- 12\00225\001577 nömrəli 22 dekabr 2022ci il tarixli invoysun 1-ci mal mövqeyi” - halbuki bu nömrədə vətəndaşların və şirkətin heç bir formada invoys nömrəsi yoxdur. Bu nömrə Bakı Baş Gömrük İdarəsinin müraciət elədiyi 15 mart 2022-ci il tarixdə elektron qeydiyyat nömrəsidir. Bu invoysun nömrəsi deyil. Ekspertiza rəyinin tədqiqat hissəsində cədvəldə sadəcə Gömrük ekspertizası rəyi köçürülüb. Ekspert rəyində 2-7-ci mal mövqeləri qeyd olunub. Məzmun olaraq mal məlumdur. Ekspert rəyində sadecə gömrük ekspertinin rəyi kopyalanıb, qoyulan suallar cavablandırılmayıb. Ümumilikdə qısa olaraq bildirmək istəyir ki, ekspert rəyinin sübut kimi istinad olunmasını əsaslı hesab etmir. Belə ki, ekspert rəyində invoys nömrəsi düzgün deyil, ekspert qarşısında qoyulan sual malın çoxqatlı döşəmə panellər sayılıb-sayılmaması, imitasiya olunub-olunmaması ilə bağlı olmuşdur. Ekspert bu suallara cavab vermədən, heç bir əsas gətirmədən birbaşa malın kodu 44.18 göstərilən kodlara uyğunluq müəyyən edildiyini qeyd etmişdir.Bunu əsaslandırmamışdır. Rəydə yazılanlar söz toplusudur. Ekspert rəyində yazılanlar əsaslı deyil, qeyd edilən mala kod vermək üçün onun adı müəyyən olunmalı idi. Hazırki rəydən malın parket, yaxud döşəmə üçün panel olması müəyyən olunmur. Hansı mal olduğuna görə 44.18 olduğu deyilməsi müəyyən deyil. Qarşı tərəfin iddiası ondan ibarət olmuşdur ki, mal nədi? Kod nədən götürülür? Əlbəttə ki, malın adından götürülür. Qarşı tərəfdə bildirir ki, gətirilən mal çoxqatlı yığılmış döşəmə paneldir (parket). Həmçinin imitasiya məsələsi var. Rəydə əsaslı nəsə yazılsaydı etiraz etməzdi. Gömrük ekspertizasında rəy tərtib olunarkən malın üst qatı 2.5 mm az olduğuna görə bu panel hesab olunur. 44.18 kodu altında sinifləşdirilir. Ama Məhkəmə Ekspertizası Məkəzinin eksperti malın nəyə görə 44.18 kodu altda sinifləşdirildiyini qeyd etməyib. Həmçinin qoyulan sual kodla bağlı deyil. Məsələ malın adının təyin olunması ilə bağlı olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə ekspert rəyinə etiraz etməyərək göstərmişdir ki, qeyd edilən ekspert rəyində malın kodunun müəyyən olunması iş üzrə yekun nəticəyə gəlməyə imkan verir. Qarşı tərəfin göstərdiyi xüsusatları əsaslı hesab etmir. Ekspertiza qarşısında qoyulmuş birinci suala cavab verilmişdir. İkinci sualın cavablandırılmaması iş üçün yekun nəticəyə gəlməyə maneə yaratmır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin nümayəndəsi X11 bildirmişdir ki, ekspert rəyində həqiqət öz əksini tapıb. Gömrük orqanları izahnaməyə istinad etsələr də, izahnamə deyilən toplunu heç kim görməyib. Nazirlər Kabinetinin 500 saylı qərarı 2018-ci ilin yanvarından tətbiq olunub. 2022-ci ilin axırında o qərar qüvvədən düşür. Bu cür qərarlar müəyyən müddət üzrə qüvvədə olur.Yeni məhsullar çıxdıqca o qərarda da müəyyən dəyişikliklər olur. Əsaslandırdıqları qərar 1968-ci ildə qəbul olunub. Nəticə olaraq budur ki, ekspert tərəfindən təqdim olunmuş nümunələrin kodunun müəyyən olunmasıdır və həmin suala cavab verilib. İnvoysun səhv yazılması ola bilsin ki, texniki səhvdir. Gömrük orqanı bildirir ki, qeyd edilən mallar kubla ölçülür. Parket m2 həm alınır, həm də satılır. Qarşı tərəfin göstərdiyi arqumentlərlə qətiyyən razı deyil. Ekspert malın kodunu düzgün müəyyən edib. Rəydə texniki səhv ola bilər. Qeyd olunan nömrə kontrakt nömrəsdir. Kontrakt isə daha güclü sənəddir. Bir kontraktla 100-dən çox invoys tərtib etmək olar. Hesab edir ki, iradların əsası yoxdur. Bu işlə bağlı ümumdünya gömrük komitəsinə də müraciət etmişlər. X6 yerləşir. Müraciət kömək edin mal qrupunu müəyyənləşdirilməsi ilə bağlıdır. Həmin müraciətə cavab 15 sentyabr 2022-ci il tarixdə gələcək. Həmçinin sosial şəbəkələrdə də bu barədə məlumatlar var. Hesab edir ki, ekspert rəyi kifayət qədər əsaslıdır və malın kodunun göstərilməsi iş üzrə yekun nəticəyə gəlmək üçün əsaslıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iclasında şahid qismində dindirilmiş 22 avqust 2022-ci il tarixli, 9/4162 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyini tərtib etmiş şəxs X9 rəyi müdafiə edirək bildirmişdir ki, ekspertizanın təyin olunması ilə bağlı qərarla yanaşı nümunələr tədqiqata təqdim olunmuşdur. Belə ki, mallar 4412 kodu altında ölçüləri 6 mm-dək olmalıdır. Lakin təqdim olunmuş malların üst qat göstəricisi 6 mm-dən yuxarıdır və 4418-ə uyğun gəlir. Təqdim olunmuş mallar həm ölçülərinə, həm də qatlarına görə 4412 koduna uyğun deyil. Ekspert bu nəticəyə təqdim olunmuş nümunələrdə qatların sayına və ölçüləri əsasında gəlmişdir. Ölçülər hər hansı vasitədən istifadə etmədən açıq gözlə də görmək mümkündür. Belə ki, ümumiyyətlə mallarda 2-dən çox qat mövcuddursa həmin mallar çoxqatlı hesab edilir. Ekspert rəyində cədvəldə gömrük orqanının gəldiyi nəticələr ilkin olaraq köçürülmüşdür. Ekspert rəyində aparılmış tədqiqat nəticəsində qatların çox olması ilə bağlı pozuntu halı qeyd olunmuşdur. 2-ci sualla bağlı qeyd edir ki, malın orijinal və ya orijinal olmamasının müəyyən edilməsi səlahiyyətlərinə aid deyil. Təqdim edilmiş nümunələrə vizual olaraq baxmış, təqdim edilmiş nümunələrə əsasən malların 4418 kodlarına uyğun olduğu müəyyən edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-791/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı 3(009)-791/2022 saylı iş üzrə məhkəmənin təşəbbüsü əsasında əlavə məhkəməəmtəəşünaslıq və məhkəmə-tikinti ekspertizaları təyin edilmiş, ekspetiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-791/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuş idxal olunmuş mallara dair nümunələr 4412 kodu altında müəyyənləşdirilmiş (yapışqan vasitəsilə hazırlanmış faner,fanerlənmiş panellər və laylı oduncaqdan analoji materiallar) fanerlənmiş panellərdirmi,yoxsa bu mallar 4418 kodu altında müəyyən edilmiş ( Deşikli agac panelləri,yığılmış döşəmə panelləri,dam qontu və taxtapuş çiləkəni da daxil olmaqla ağacdan inşaat, xarratlıq və dülgərlik məmulatları) ********** yarımkodunda sinifləndirilmiş çoxqatlı yığılmış döşəmə panelləri sayılır? 2) “Məhkəməyə təqdim olunmuş idxal olunmuş mallara dair nümunələr orijinal mallardırmı, yoxsa qeyd olunan mallar orijinalin imitasiyası yolu ilə hazırlanmışdır?” Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli, 9/7969 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən aparılmış tədqiqat nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş çoxqatlı parket döşəməsinin “4418 75 000 0” koda uyğunluğu müəyyən edilir. Ekspertiziya təqdim edilmiş nümunələr vizual müayinənin və parket bazarında aparılan araşdırmanın nəticəsinə əsasən orijinal çoxqatlı parket döşəməsidir və imitasiya edilməmişdir. Belə ki, 4412 mal mövqeyi üzrə izahnamənin 8-ci abzasında qeyd edilmişdir ki, bu mal mövqeyinə yer döşəməsi kimi istifadə olunan kleylənmiş faner, fanerlənmiş panellər, laylı oduncaqlı panellər (böyük ölçülü “parket döşəməsi” adlandırılan) məhsulların üzərinə nazik ölçülü şpon yapışdırmaqla yığılmış parket plankları görüntüsünü yaratmaqla döşəmə panelləri kimi imitasiya edilir. Tədqiq olunmuş nümunənin isə üst qatı 1 hissədən ibarət olmaqla hazırlanmışdır və yığılmış parket plankları görüntüsü mövcud deyildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən ) manatdır. Məhkəmənin iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X12 ekspert rəyinə etiraz edərək bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Qısa olaraq bildirmək istəyir ki, ekspert rəyinin sübut kimi istinad olunmasını əsaslı hesab etmir. Ekspert heç bir əsas gətirmədən birbaşa malın kodu 4418 göstərilən kodlara uyğunluq müəyyən edildiyini qeyd etmişdir. Onun əsaslandırılması ilə razılaşmamışdır. Rəydə yazılanlar söz toplusudur. Gömrük ekspertizasında rəy tərtib olunarkən malın üst qatı 2.5 mm az olduğuna görə bu panel hesab olunur.Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin nümayəndəsi X11 bildirmişdir ki, Gömrük Komitəsinin Mərkəzi Ekspertiza İdarəsinin verdiyi rəy yalnız bir arqumentə əsaslanır və bu arqument isə Nazirlər Kabinetinin 500 saylı qərarında göstərilməyib, onlar 4412 kodu altında sinifləşdirilən məhsullar barədə 2007-ci ildə dərc olunmuş izahnaməyə istinad edirlər. Üst təbəqəsi 2,5 mm aşağı olan məhsullar 4412 kodu altında sinifləşdirilir. Gömrük Komitəsi yalnız üst təbəqəsinə diqqət yetirılib, onun konsytruksiyasına diqqət yetirməmişlər. Lakin onun məhsulu Gömrük Komitəsinin istinad etdiyi məhsuldan tam fərqli məhsuldur. Gömrük Komitəsinin istinad etdiyi məhsulda məhsulun bütün qatları bərk ağac növündən olmalıdır. Onun məhsulunun isə yalnız üst qatı palıddan- bərk ağac növündən ibarətdir, digər qatlar yumşaq ağac növündən ibarətdir. Onun məhsulu çoxqatlıdır, birinci qat faneradır, “4418 75 000 0” koda uyğunluğu ekspert rəyi ilə də müəyyən edilmişdir. Hesab edir ki, ekspert rəyi kifayət qədər əsaslıdır və malın kodunun göstərilməsi iş üzrə yekun nəticəyə gəlmək üçün əsaslıdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə məhkəmnin təşəbbüsü ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli, 9/7969 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən aparılmış tədqiqat nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş çoxqatlı parket döşəməsinin “4418 75 000 0” koda uyğunluğu müəyyən edilir. Məhkəmə vurğulayır ki, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 9/4162 nömrəli və Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli, 9/7969 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəylərinə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini X7 tərəfindən 00100-0719/22 nömrəli inzibati xəta haqqında iş materialları üzrə xx.xx.2022-ci il tarixli, 00100/0724 saylı qərarının əsaslılığı obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 11 aprel 2022-ci il tarixli, 00100/0724 saylı inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarı əsassız olduğundan ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 55.2.-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə qeyd edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının tədqiqatına görə çəkilən 180 (bir yüz səksən) manat hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin şikayəti təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 11 aprel 2022-ci il tarixli, 00100/0724 saylı inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının xərci – 180 (bir yüz səksən) manat "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver