Məhkəmə qərarları › İş №3(009)-1/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs X5 və onun nümayəndəsi Sumqayıt Şəhər Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 27 may 2024-cü il tarixli 00100-01176/24, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 00100-01176/24, EP ******* saylı, 27 may 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, vəzifəli şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı X1 adına İran İslam Respublikasının “X4 CO” şirkətindən Türkiyə Respublikasının “X2 X8 Dış. Tic. A.Ş” şirkətinin tapşırığı ilə 29AA671/29AA672 nömrə nişanlı yük avtomaşınında 857565 nömrəli xx.xx.2024-cü il tarixli invovs sənədi ilə daxil olmuş 23230.00 kq kisələr yükü **********9195 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. **********9195 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin yoxlanılması zamanı, sözügedən gömrük bəyannaməsində bəyan edilmiş malların Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46cı maddəsinin təsir dairəsinə düşməsinə dair şübhələr yaranmışdır. Bununla əlaqədar olaraq **********9195 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi iiə bəyan edilmiş malların Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinin təsir dairəsinə düsübdüsməməsinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müracıə: edilmiş, həmin İdarədən daxil olmuş GM**********56 nömrəli ekspert rəyinə əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, X1 ünvanına 857565 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədi üzrə idxal olunan yükdən təqdim edilmiş nümünələr “Plastic bag" adlı “Zomrod Freezer bags” nişanlı, qalınlığı 13.1 mikron (0.0131 mm) olan, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı forma rəngsiz, şəffaf, üzəri çap olunmamış qulpsuz torbalardır; “Plastic bag” adlı Freezer bags” nişanlı, qalınlılğı 13.1 mikron (0.0131mm) olan, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı forma rəngsiz, şəffaf, üzəri çap olunmamış qulpsuz torbalardır: “Plastic bag” adlı “SHEYLAN Freezer bags” nişanlı, qalınlığı 13.7 mikron (0.0137 mm) olan, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, rəngsiz, şəffaf, üzəri çap olunmamış qulpsuz torbalardır: “Plastic bag” adlı “Freezer bags” nişanlı, qalınlılqarı 13 mikron (0.013 mm) olan, polietilen (CAS 9002-88-4) əsas düzbucaqlı formalı, rəngsiz, şəffaf, üzəri çap olunmamış qulpsuz torbalardır. X3 İdarəsinin GM**********56 nömrəli ekspert rəyinə əsasən 857565 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədi üzrə idxal edilmiş torbaların qalınlığı 15 mikrona qədər olduğunu əsas götürərək həmin malların 8 iyun 1999-cu il tarixli. 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşdüyü müəyyən edilmişdir. Qeyd edilən faktla bağlı aparılmış araşdırma zamanı Azərbaycan Respublikasının vətəndaşı X5 Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Həmin ərizədə qeyd edilmişdir ki. həmin yük sifariş edilən zaman malın qalınlığının 15 mikron olmasını tələb etmiş, qarsı tərəf göndərilən malın mikron ölçüsünün 15 mikron olduğunu bildirmiş, buna uyğun sənədləri təqdim etmiş, göstərilənləri nəzərə alaraq malın yenidən ekspertizasının keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. X1 Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizə əsasında əlavə ekspertizanın keçirilməsi məqsədilə X3 İdarəsinə 3-33-1100/2- 002755/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, həmin məktuba cavab olaraq X3 İdarəsindən daxil olmuş 3-33-5300/2-001504/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş GM**********48 nömrəli ekspert rəyinə əsasən əlavə ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki. X1 ünvanına 857565 nömrəli xx.xx.2024-cü il tarixli invovs sənədi üzrə idxal olunan yükdən təqdim edilmiş nümünələr “Plastic bag” adlı “Zomrod Freezer bags nişanlı, qalınlığı 10.4 mikron (0.0104 mm) olan, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, rəngsiz, şəffaf, üzəri çap olunmamış qulpsuz torbalardır; “Plastic bag” adlı “Freezer bags nişanlı, qalınlılğı 13.2 mikron (0.0132mm) olan, polietilen (CAS 9002- 88-4) əsaslı, düzbucaqlı formalı, rəngsiz, şəffaf, üzəri çap olunmamış qulpsuz torbalardır; “Plastic bag” adlı “SHEYLAN Freezer bags” nişanlı, qalınlığı 13.5 mikron (0.0135 mm) olan, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, rəngsiz, şəffaf, üzəri çap olunmamış qulpsuz torbalardır; “Plastic bag” adlı “Freezer bags” nişanlı, qalınlığı 13.3 mikron (0.0133 mm) olan, polietilen (CAS 9002-88-4) əsaslı, düzbucaqlı formalı, rəngsiz, şəffaf, üzəri çap olunmamış qulpsuz torbalardır. Bununla da, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X3 İdarəsinin GM**********56 və GM**********48 nömrəli ekspert rəylərinə əsasən Azərbaycan Respublikasının vətəndaşı X5 tərəfindən İran İslam Respublikasından 29AA671/29AA672 nömrə nişanlı yük avtomaşınında 857565 nömrə xx.xx.2024-cü il tarixli invoys sənədi üzrə idxal edilmiş torbaların qalınlığı 15 mikrona qədərdir və həmin torbalar Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietile" torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıq çubuq, çəngəl, qaşıq bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iasə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına istehsalına, həmçinin ticarət, ictimai iasə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən vəzifəli şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edildiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg Xidmətinin Bakı şəhəri X9 İdarəsində ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmış X5 vəzifəli şəxs hesab edilir. Nəticədə Vəzifəli şəxs X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X5 və onun nümayəndəsi Sumqayıt Şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə digər mühüm əhəmiyyət kəsb edən materialları araşdıraraq hesab edir ki, X5 barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2025-ci il tarixli 6/5423 saylı ekspert rəyindən görünür ki, tədqiqat obyekti qismində tədqiq olunan 38 ədəd düzbucaqlı formalı, rəngsiz, şəffaf “Freezer bags” nişanlı qulpsuz torbalar, polietilen əsaslı olub qalınlıqları 20 mikron təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar