Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-10/2022 06.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxsin nümayəndəsi “AAA” Vəkil bürosunun vəkili X1 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39cu PB-nin EPQ ******* saylı, 05.09.2021-ci il tarixli inzibati xəta haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39cu PB-nin EPQ ******* saylı, 05.09.2021-ci il tarixli inzibati xəta haqqında qərarından şikayəti daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Asan Pay ödəniş sistemindən bir müddət əvvəl mobil nömrəmə gələn SMS Məlumatında 200 (iki yüz) manat məbləğində inzibati cərimə olunduğum göstərilmişdir. Cərimənin hansı inzibati xəta səbəbindən tətbiq edilməsi məlum deyildi. Belə ki, yaxın müddətdə mənim Tərəfimdən hər hansı bir inzibati hüquq pozuntusu törədilməmişdir. Maraqlı məqam ondan ibarətdir ki, İnzibati xəta haqqında protokol mənim iştirakım olmadan tərtib edilmiş, protokol və qəbul edilmiş qərar heç bir orqan tərəfindən ona təqdim edilməmişdir. Cərimənin əsası ilə bağlı məlumat əldə etmək istədikdə, telefon vasitəsilə verilən şifahi məlumata görə cərimənin Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən tətbiq edildiyi bildirilmişdir. Bu səbəbdən 20 sentyabr 2021-ci ildə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilibeullməməsi haqqında məlumat verilməsini, edildiyi təqdirdə onun əsasını təşkil edən sənədin protokol, qərar) rəsmi şəkildə ona təqdim edilməsini xahiş etmişdir. Lakin müraciətinə cavab verilməmiş, hər hansı sənəd təqdim edilməmişdir. Barəsində çıxarılmış inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması üçün 15 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda yuxarıda da qeyd etdiyim kimi İnzibati xəta haqqında qərarı inzibati orqandan əldə edə bilmədiyim üçün həmin qərarın məhkəmə Tərəfindən əldə olunmasının təmin edilməsi barədə vəsatəti şikayətimə əlavə etmişəm. Bakı şəhəri Səbail rayon Məhkəmənin 01 noyabr 2021-ci il tarixli, 3(009)- 2130/2021 saylı qərardadı ilə şikayətin mənə qaytarılması qərara alınmışdır. Həmin qərardadın əsassız olduğunu hesab edir. Belə ki, məhkəmə qərardadında göstərmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa verilmiş şikayət və ona əlavə edilmiş materiallardan inzibati xəta haqqında qərarın mövcudluğu öz təsdiqini tapmadığından, həmçinin inzibati xətanın törədildiyi yer və vaxtı müəyyən etmək mümkün olmadığından tərəfimdən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmışdır. Qərarından şikayət olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nə məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxsin nümayəndəsi X3 yazılı şikayətin təmin olunmasını, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin EPQ ******* saylı, 05.09.2021-ci il tarixli qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin EXP ******* saylı, 05.09.2021-ci il tarixli protokolun surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati tənbeh vermə haqqında qərar tərtib etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, X5 həqiqətən "xxxx" MMC-nin təsərrüfat obyekti olan “X8” restoranında 2021-ci ilin sentyabr ayında restoran ofisiantı vəzifəsində işləmişdir. X5 “X8” restoranında işlədiyi müddətdə məsul şəxs vəzifəsinə cəlb edilməmişdir. Peyvənd sertifikatından görünür ki, X4 16.06.2021-ci il tarixdə birinci, 27.07.2021-ci il tarixdə isə ikinci doza peyvənd vurulmuşdur. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göründüyü kimi, X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə olan halda şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin üzərinə qoyulsa da, adı çəkilən orqan X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİnin 39-cu PB-nin EPQ ******* saylı, 05.09.2021-ci il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin EPQ ******* saylı, 05.09.2021-ci il tarixli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon Məhkəməsi Az 1003, Bakı şəhəri, M.Useynov küçəsi 5, tel: (012) 491-07-09, faks (028) 491-32-15 İş № 3(009)-10/2022 06 yanvar 2022-ci il Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsinə X4 Bakı şəhəri, Şirvan şəhəri, M.Rəsulzadə küçəsi, bina 17, mənzil 20 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-10/2022 saylı, 06 yanvar 2022ci il tarixli qərarı məlumat üçün göndərilir. Qoşma: qərar bir nüsxə HAKİM: AZƏR TAĞİYEV Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon Məhkəməsi Az 1003, Bakı şəhəri, M.Useynov küçəsi 5, tel: (012) 491-07-09, faks (028) 491-32-15 İş № 3(009)-10/2022 17 yanvar 2022-ci il Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-10/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qərarı icra edilməsi üçün göndərilir. Qoşma: qərar bir nüsxə HAKİM: AZƏR TAĞİYEV İş № 3(009)-10/2022 17 yanvar 2022-ci il Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-10/2022 saylı, 06 yanvar 2022-ci il tarixli qərarı icra edilməsi üçün göndərilir. Qoşma: qərar bir nüsxə HAKİM: AZƏR TAĞİYEV İş № 3(009)-2311/2021 Məhkəmə İclasının Protokolu Səbail Rayon Məhkəməsi Bakı şəhəri 16 dekabr 2021-ci il Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin EPQ ******* saylı, 05.09.2021-ci il tarixli inzibati xəta haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 14:10-da başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq inzibati xəta haqqında işi elan edir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X5 və qərarından şikayət olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin nümayəndəsi gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Sədrlik edən iş materiallarını araşdırır. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdaraq qərardadı elan edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclası saat 14:30-da başa çatdı. Protokol 16 dekabr 2021-ci il tarixdə tərtib olundu. SƏDRLİK EDƏN: KATİB: İş № 3(009)-2311/2021 İşdə iştirak edən şəxsin gəlməsi barədə QƏRARDAD 16 dekabr 2021-ci il Bakı şəhəri Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə. X5 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən X2 barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X5 və qərarından şikayət olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin nümayəndəsi gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.2.3-cü maddəsinə görə işdə iştirak edən şəxsin gəlməsi və ya əlavə sənədlərin tələb olunması, yaxud ekspertizanın təyin edilməsi vacib olduqda işə baxılmanın başqa vaxta keçirilməsi barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Məhkəmə iclası barəsində inzibati xəta haqqında qərar qəbul olumuş X5 və qərarından şikayət olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsindən nümayəndələrinin iştiraklarının təmin olunması üçün 06 yanvar 2022-ci il tarixə, saat 16:00-a təxirə salınsın. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-10/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-10/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver