Məhkəmə qərarları › İş №3(009)-10/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-10/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-10/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs3 iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 01 dekabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 16 noyabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ilə baş yolla üzü Lermantov küçəsi istiqamətində Zərərçəkmiş şəxs1 idarə etdiyi «Toyota-Prius» markalı **-VY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla hərəkətdə olan zaman Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, təxminən 2 il olarkı özünə «Toyota Rav 4» markalı **-MF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını alaraq idarə edir. 16 noyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində həyat yoldaşı Bəyim Mahmudova (Seyfəlova), qohumları Eldəniz Gülümov, Səidə Gülümova və Zərərçəkmiş şəxs2 ilə şəxsi işləri ilə bağlı olaraq Bakı şəhəri, Səbail rayonu, Lermantov küçəsi ilə üzü Teymur Elçin küçəsi istiqamətində saatda təxminən 40/50 km surətlə hərəkətini davam etdirdikdə Teymur Elçin küçəsindən avtomaşının gəldiyini görüb və yolu keçəcəyini zənn edib hərəkətini davam etdirən zaman anidən Teymur Elçin küçəsi ilə hərəkətdə olan sonradan bildiyi «Toyota-Prius» markalı **- VY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını görüb hadisənin qarşısını almaq məqsədi ilə əyləci basmış, lakin buna baxmayaraq onun idarə etdiyi avtomaşın həmin avtomaşının ön hissəsinə dəyərək toqquşmuşdu. Nəticədə onun avtomaşınında olan sərnişinlər xəsarət aldıqları üçün TTYS-na məlumat verilmişdir.Az bir müddət keçmişdir ki, əvvəlcə oraya Səbail RPİ-nin əməkdaşları gələrək müvafiq sənədləşdirmə aparmağa sonra isə TTYS- dan həkim briqadası gələrək sərnişinlərə yerində yardım göstərdilər bundan sonra o, onları xəstəxanaya aparmış xəstəxanada onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxmışdırlar. Əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 izahatında bildirmişdir ki, 16 noyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində həyat yoldaşı Şəxs idarə etdiyi «Toyota Rav 4» markalı **-MF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla qohumları Eldəniz Gülümov, Səidə Gülümova və Zərərçəkmiş şəxs2 ilə şəxsi işləri ilə bağlı olaraq birgə Bakı şəhəri, Səbail rayonu, Lermantova küçəsi ilə üzü Teymur Elçin küçəsi, istiqamətində hərəkətdə idilər. Teymur Elçin küçəsi istiqamətində Yaşar hərəkətini davam etdirən zaman ani anda Teymur Elçin küçəsi ilə hərəkətdə olan sonradan bildiyi «Toyota-Prius» markalı **-VY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını görüb hadisənin qarşısını almaq məqsədi ilə əyləci basmış, lakin buna baxmayaraq onun idarə etdiyi avtomaşın həmin avtomaşının ön hissəsinə dəyərək toqquşmuşdu. Nəticədə o, və avtomaşında olan digər sərnişinlər xəsarət aldığları üçün TTYS-yə məlumat verilmişdi. Az bir müddət keçmişdir ki, əvvəlcə oraya Səbail RPİ-nin əməkdaşları gələrək müvafiq sənədləşdirmə aparmağa sonra isə TTYS-dan həkim briqadası gələrək ona və digər sərnişinlərə yerində yardım göstərmişlər bundan sonra Yaşar özü onları xəstəxanaya aparmışdı və xəstəxanada onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxmışdırlar. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarından görünür ki, təhqiqat zamanı izahatı alınmış Zərərçəkmiş şəxs2 X1 izahatına oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, «Toyota Rav 4» markalı **-MF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan çəhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 813 saylı rəyindən görünür ki, «Toyota Rav 4» markalı **-MF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol gözun ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitası ətrafının və ahn nahiyəsinin sol yarısının hematomaları,eləcə də,sol bazunun yuxarı və aşağı 1/3-nin qançırları bərk küt əşyanınm (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi, o,cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər,dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 816 saylı rəyindən görünür ki, «Toyota Rav 4» markalı 99- MF-812 dövlət qeydiyyat nömrə nişanlı avtomaşında olan sərnişin X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarət-sol baldırın geniş ölçülü hematoması bərk küt əşyanınm (əşyaların) təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2022-ci il tarixli yol- nəqliyyat hadisəsi, o,cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi,dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin 2/28826 saylı xx.xx.2022-ci il tarixli tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və Şəxs arasında nikah 16 noyabr 2022-ci il tarixdə bağlanmış, 4454 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Seyfəlova” soyadı verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Şəxs barəsində şikayəti yoxdur, onunla barışmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Şəxs barəsində şikayəti yoxdur, onunla barışmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «Toyota Rav 4» markalı **-MF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Şəxs ehtiyatsızlıqhğı və yol hərəkəti qaydalarını yol ver nişanının tələbini pozması «Toyota- Prius» markalı **-VY-*** dövlət qeydiyyat nömrə nişanh avtomaşınla toqquşması nəticəsində «Toyota Rav 4» markalı avtomaşında olan sərnişinlər X3, X6, X6,X4 və Zərərçəkmiş şəxs2 xəsarət almışdırlar. Yol nəqliyyat hadisəsi nəticəsində X3 və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül bədən xəsarətinin yetirilmiş, X6, X6 və X2 vurulmuş zərər sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, vurulmuş zərəri ödəməsini, zərəçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar