Məhkəmə qərarları › İş №3(009)-1000/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1000/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1000/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Nümayəndə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar işlər İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar işlər İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 may 2023-cü il tarixli inzibati xəta haqqında ş üzrə icrataın başlanması barədə qərar və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 25 nömrəli Əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblərə dair sanitariyaepidemioloji qaydalar və normativlərə cavab verməyən və yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 302 nömrəli Qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, xx.xx.2022-ci il rarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətizdirilmiş ümumi çəkisi 11.850 kq təşkil edən saplaqlı şirin istiot (bibər) məhsulundan xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sınaq üçün nümunələri götürüldükdən sonra həmin məhsulları sertifikatlaşdırılmadan satılmasına görə Azərbaycan Respublikası İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Nümayəndə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 447.0.4cü maddəsində nəzərdə tutulmuş qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması yolu ilə istehlakçıların hüquqlarını pozma inzibati xətasını törədildiyinə görə barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdırarq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş material əsaslıdır. İş materiallarına əlavə edilmiş 24 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş sənədlər əsasında toplanmış 02/280mat-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 16 may 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Qərardan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X3, ev 76, mənzil 39B ünvanında qeydiyyatda olan (VÖEN - **********) hüquqi şəxs, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş hüquqi şəxs Şəxs MMC-nin (VÖEN - **********) təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan nümayəndəsi X1 izahatından görünür ki, Şəxs MMC ölkəyə meyvə-tərəvəz idxalı ilə məşğuldur. xx.xx.2022- ci il tarixdə Türkiyə Respublikasından 11.850 kq şirin bibər idxal olunmuşdur. Bununla bağlı sertifikat almaq üçün şirkətin nümayəndəsi olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA-ya) müraciət etmiş və müraciəti İD********** nömrəsi ilə qeydə alınmışdır. O, idxal etdiyi məhsulları Türkiyədən alarkən təmizliyi haqqında “Fitosanitar” sertifikatı əldə etmişdir. Məhsul ölkəyə xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixdə məhsuldan nümunələr götürələrək məhsula toxunulmaması barədə müvafiq akt tərtib olunmuş və o, həmin aktı imzalamışdır. AQTA tərəfindən laboratoriya və ekspertiza cavabları gec çıxdığından və gec təqdim edildiyindən məhsulun xarab olmaması üçün cavabı gözləməmiş satmaq məcburiyyətində qalmışlar. İş materiallarına əlavə edilmiş Sınaq Protokolundan görünür ki, Şəxs MMC tərəfindən ölkəyə idxal edilmiş saplaqlı şirin istiot (bibər) məhsulundan götürülmüş nümunələrdə Pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit) aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 14 noyabr 2023-cü il tarixli malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə qərardan görünür ki, Şəxs MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan 11.850 kq bibər məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmiş, məhv edilməsi və ya ixracatçı ölkəyə geri qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 14 noyabr 2023-cü il tarixli ölkəyə idxal olunmuş və qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilmiş qida məhsullarının satış şəbəkələrindən geri yığılması barədə qərardan görünür ki, Şəxs MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan 11.850 kq bibər məhsulunun xx.xx.2022-ci il tarixədək satış şəbəkələrindən geri çağırılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr tarixli 260 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantinin tətbiq edilməsi" qaydalarına uyğun olaraq Azərbaycan Respublikası ərazaisində idxal olunan şirin istiot (bibər) məhsulunda Pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit) və kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp sepedonicus) sirayətlənmə aşkarlanmış yük partiyalarının məhv edilməsi və ya ixracatçı ölkəyə geri qaytarılması tələbi irəli sürülmüşdür. "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununun 12.1.3-cü maddəsinə əsasən, karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün fitosanitar tədbirlərin qanunvericiliyə uyğun yerinə yetirilməsi hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və öhdəlikləridir. Eyni zamanda həmin Qanunun 13.5.5-ci maddəsində məhsul partiyasının zərərli orqanizmlərlə sirayətlənməsi riski müəyyən edildiyi halda məhsul partiyasının məhv edilməsi və ya zərərsizləşdirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114, 115, 129-131-ci və 447-ci maddələrini rəhbər tutaraq , məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar