Məhkəmə qərarları › İş №3(009)-1001/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1001/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1001/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmədova Nərmin Namiq qızının katibliyi, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 18 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə sahə inspektoru X5 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Ə.Cavad küçəsində yerləşən “Qaymaq” adlı mağazanın satıcısı X2 qarşı 50 manat dələduzluq etmişdir. Odur ki, göstərilənlər nəzərə alınaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Ə.Cavad küçəsində yerləşən “Qaymaq” adlı mağazanın satıcısı X2 qarşı 50 manat dələduzluq etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, 2023-cü ilin fevral ayından Səbail rayonu 9.Cavad küçəsində yerləşən “Qaymaq Premium” qida mağazasında satıcı kassir işləyir. Belə ki, xx.xx.2023-cü il tarixdə işdə olduğu zaman saat təxminən 12:15 radələrində bir nəfər tanımadığı qadın içəri daxil olaraq özünü Aygün kimi təqdim edib müdriyyət ilə danışmaq istədiyini bildirmişdir. Müdriyyət isə mağazada olmadığından o menecer Palina xanıma zəng edib telefonu xanıma uzatmışdır. Xanım da uzağa gedərək asta səslə menecer ilə danışıb telefonu ona uzadaraq menecer xanımın ona 15 manat pul verməli olduğunu bildirmişdir. O isə ən xırda pulun 50 manat olduğunu bildirmişdir. Həmin qadın ondan 50 manatı alıb xırdalayaraq 15 manatı geri gətirəcəyini deyib mağazada tələsik çıxmışdır. Həmin anda o menecer xanıma zəng edib Aygün adlı qadına ondan pul almalı olduğunu dediyini xəbər aldıqda menecer ona demədiyini və həmin qadını tanımadığını bildirən zaman ona məlum olmuşdur ki, həmin qadın tərəfindən aldanmışdır. O, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 18 may 2023-cü il tarixli qərardadla 50 manat maddi ziyan vurmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi məqsədilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan 18 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Ə.Cavad küçəsində yerləşən “Qaymaq” adlı mağazanın satıcısı X2 qarşı 50 manat dələduzluq etmişdir. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, Şəxs ilə barışmışdır, dəymiş ziyan ödənilmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar