Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1003/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X2 və onun müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında şikayət verilən orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 X6 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 06 yanvar 2022-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 Əmək Müfəttişliyi Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 06 yanvar 2022-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada almadığını, inzibati xətanın mahiyyətini dəqiq aydınlaşdırmaq üçün 08 iyun 2022-ci il tarixdə rəsmi müraciət edərək protokolun surətini tələb etdiyini və X6 Xidmətinin Bərdə Regional ərazi şöbəsinin rəsmi elektron poçt ünvanı vasitəsilə protokolun skan edilmiş fotosunun ona göndərildiyini, ona görə qanunvericilikdə nəzərdə tutulmuş qərardan şikayət vermə müddətini buraxdığını və buraxılmış müddəti bərpa edərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 vəsatəti müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi və şikayət vermə müddətinin bərpa edilməsini, işə mahiyyəti üzrə baxılaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil şikayət vermə müddətinin bərpa edilməsini, işə mahiyyəti üzrə baxılaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında şikayət verilən orqanın nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, X6 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 06 yanvar 2022-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə X7 1500 (min beş yüz) manat məbləğində cərimə edilmiş və bu barədə 06 yanvar 2022-ci il tarixli, **********9 saylı məktubla inzibati tənbeh vermək haqqında qərar ona göndərilmiş, xx.xx.2022-ci il tarixdə isə X7 tərəfindən qəbul edilmişdir. Şikayət müddət ötürülməklə verildiyindən geri qaytarlılmasını xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, X7 həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş, müddətin bərpa eddilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də müddətin üzrlü səbəblərdən ötürülməsi barədə heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə iclası zamanı təqdim edilmiş "xxxx" MMC-nin X10 X6 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinə göndərdiyi xx.xx.2022-ci il tarixli, BPF 12/88 saylı məktubundan görünür ki, X6 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixdə X4 İdarəsinin rəisi Qalib Həsənovun adına ünvanladığı xx.xx.2022-ci il tarixli qərar SS773419296AZ saylı sifarişli xəbərnaməli məktubla aidiyyəti üzrə göndərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin X10 xx.xx.2022-ci il tarixli 38 saylı məktubundan görünür ki, X6 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixdə X4 İdarəsinə ünvanladığı SS773419296AZ saylı qərar 10 yanvar 2022-ci il tarixdə təhvil verilmişdir. İş materiallarından və şikayət ərizəsinin məzmunundan görünür ki, inzibati tənbeh vermə haqqında qərar 06 yanvar 2022-ci il tarixdə qəbul edilmiş, X7 həmin qərar barədə məlumatlı olmuş və 10 yanvar 2022-ci il tarixdə qərarı almışdır. Şikayət ərizəsi isə 14 iyun 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Beləliklə, X7 həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə hesab edir ki, iş materiallarından və şikayət ərizəsinin məzmunundan görünür ki, X5 barəsində qəbul olunmuş qərardan xəbəri olmuş, lakin qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmişdir. Eyni zamanada şikayət ərizəsinə müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir sübut əlavə edilməmişdir. Odur ki, X5 X6 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 06 yanvar 2022-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda ona izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 118, 126 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 X6 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 06 yanvar 2022-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından şikayət verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1003/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1003/2022
06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver