Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1004/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Azərbaycan Respublikası Mərkəzi Bankının 11 aprel 2022-ci il tarixli, EP №- ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 nümayəndəsi və vəkili X3 şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının tərtib etdiyi 11 aprel 2022-ci il tarixli, EP №- ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 nümayəndəsi və vəkili X3 şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X7 20000.00 ABŞ dolları məbləğində vəsaiti 17.1.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə vəzifəli şəxsin qeyd olunan, Bakı şəhəri, Xətai rayonu, K.Əhmədov küçəsi, ev 2, m, 27/34 ünvanında törədilmişdir. X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankının 11 aprel 2022-ci il tarixli, EP №-000837 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə onun barəsində 2000 ABŞ dolları məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. X1 ünvanını ünvan 1 hal “Elektron məhkəmə sistemindən” əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatları ilə də təsdiq olunur. Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair çıxarışından görünür ki, X7 ********** VÖEN ilə vergi uçotu orqanında qeydiyyata alınmış, hüquqi ünvanı isə ünvan 2 İş materialları ilə müəyyən edilir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi il inzibati məsuliyyətə cəlb edilməsi onun sahibkarlıq fəaliyyət ilə bağlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən də görünür ki, malı qəbul edən X4 ünvanı ünvan 3aycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İş materialları ilə hazırkı iş üzrə hadisənin Bakı şəhəri, Xətai rayonu ərazisində törədilməsi müəyyən edilir. X4 yaşayış ünvanı Bakı şəhəri, Səbail rayonu ərazisi olsa da şikayət ərizəsinə barəsində qərar çıxarılmış şəxsin işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatəti əlavə edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından və şikayət ərizəsindən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X7 inzibati tənbeh vermə haqqında qərarı hansı tarixdə aldığını göstərməmiş və ərizəyə qeyd edilən qərarın rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X4 Azərbaycan Respublikası Mərkəzi Bankının 11 aprel 2022-ci il tarixli, EP №-000837 saylı qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı və X5 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Mərkəzi Bankının 11 aprel 2022-ci il tarixli, EP №- ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərarda göstərilən çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmiş ərazi üzrə məhkəmə aidiyyəti qaydalarına əməl etməklə məhkəməyə şikayət verilə bilər. HAKİM GÜNEL SƏMƏDOVA
Məhkəmə qərarları › İş №3(009)-1004/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1004/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver