Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1005/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru X5 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 26 aprel 2021-ci il tarixli 00100-0431/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, X2 Sumqayıt şəhəri Corat qəsəbəsi ev 360 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 75E12110/75E12210 nömrəli avtomaşının üzərində olan CXDU ******* nömrəli konteynerin üzərində daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********8312 sorğu gömrük bəyannəməsi ilə bəyan edilən mallara 28 fevral 2021-ci il tarixdə “Xocəsən” gömrük postunda gömrük baxışı keçirilmiş, gömrük baxışı zamanı **********8312 sorğu gömrük bəyannaməsinin 1-ci mal mövqeyi ilə bəyan olunan, 55 ədəd “Mercedes” nişanlı, 1995-2001-ci il buraxılışlı istifadə olunmuş minik avtomobilləri üçün dizel mühərriklərindən əlavə, gömrük orqanına düzgün bəyan edilməyən 13 ədəd “Mercedes” nişanlı minik avtomobilləri üçün dizel mühərrikləri, bəyan edilən mühərriklərdən 15 ədədinin üzərində olan istehsal tarixinə görə düzgün bəyan edildiyi, digər 22 ədədinin 2002-ci il buraxılışlı, 10 ədədinin 2003-cü il buraxılışlı, 11 ədədinin 2004-cü il buraxılışlı, 6 ədədinin 2005-ci il buraxılışlı, 2 ədədinin 2006-cı il buraxılışlı, 1 ədədinin 2007-ci il buraxılışlı, 1 ədədinin isə 2008-ci il buraxılışlı olduğu və bəyannamənin 2-ci mal mövqeyi ilə bəyan edilən 20 ədəd “Mercedes” nişanlı, 1995-2001-ci il buraxılışlı minik avtomobilləri üçün istifadə olunmuş ötürücü qutulardan əlavə, gömrük orqanına düzgün bəyan edilməyən 13 ədəd “Mercedes” nişanlı, 1995-2001-ci il buraxılışlı minik avtomobilləri üçün istifadə olunmuş ötürücü qutular aşkar olunmuşdur. 00100-0431/21 saylı inzibati xəta haqqında iş üzrə qeyd olunan malın əmtəəşünaslıq ekspertizası keçirilməsi zərurəti yarandığından ekspertiza tədqiqatına təqdim avtomobil matorların və sürətlər qutusunun 17.02.2021-ci il tarixə orta bazar qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/003-22/001607 nömrəli 11 mart 2021-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 9/1416 saylı 20 aprel 2021-ci il tarixli məhkəmə ekspertizası rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 53 ədəd mühərrikin və 13 ədəd sürətlər qutusunun 17 fevral 2021-ci il tarixə orta bazar qiyməti təxminən 53600 manat müəyyən edilmişdir. Şəxs MMC tərəfindən gömrük orqanına **********8312 sorğu nömrəli 17 fevral 2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 55 ədəd istifadə olunmuş 1995-2001-ci il buraxılışlı “Mercedes” markalı minik avtomobilləri üçün bəyan edilən 40 ədəd dizel mühərriklərinin faktiki olaraq orta bazar qiyməti 10000 manat olan 10 ədəd 2002-2009-cu il buraxılışlı “Mercedes” markalı Vito modelli avtomobilləri üçün 2003-cü il buraxılışlı istifadə olunmuş dizel mühərrikləri, orta bazar qiyməti 11000 manat olan 11 ədəd 2002- 2009-cu il buraxılışlı “Mercedes” markalı Vito modelli avtomobilləri üçün 2004-cü il buraxılışlı istifadə olunmuş dizel mühərrikləri, orta bazar qiyməti 6000 manat olan 6 ədəd 2002-2009-cu il buraxılışlı “Mercedes” markalı Vito modelli avtomobilləri üçün 2005-ci il buraxılışlı istifadə olunmuş dizel mühərrikləri, orta bazar qiyməti 2400 manat olan 2 ədəd 2002-2009-cu il buraxılışlı “Mercedes” markalı Vito modelli avtomobilləri üçün 2006-ci il buraxılışlı istifadə olunmuş dizel mühərrikləri, orta bazar qiyməti 1200 manat olan 1 ədəd 2002-2009-cu il buraxılışlı “Mercedes” markalı Vito modelli avtomobilləri üçün 2007-ci il buraxılışlı istifadə olunmuş dizel mühərrikləri və orta bazar qiyməti 1500 manat olan 1 ədəd 2002-2009-cu il buraxılışlı “Mercedes” markalı Vito modelli avtomobilləri üçün 2008-ci il buraxılışlı istifadə olunmuş dizel mühərrikləri olduğunu nəzərə alaraq, qeyd olunan bəyannamə üzrə əlavə gömrük ödənişlərinin yaranıb-yaranmaması, müsbət halda əlavə gömrük ödənişlərinin miqdarı barədə Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/010799 saylı 23 aprel 2021-ci il tarixli raportla sorğu verilmiş, alınmış 34/012/010845 saylı 23.04.2021-ci il tarixli cavab raportuna əsasən **********8312 sorğu nömrəli 17 fevral 2021-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişləri yaranmır. Beləliklə, araşdırma zamanı Sumgayıt şəhəri, Corat qəsəbəsi, ev 360 ünvanında qeydiyyatda olan Şəxs MMC X2 idxal etdiyi orta bazar qiyməti 10400 manat olan 1995-2002-ci il buraxılışlı “Mercedes” markalı 13 ədəd minik avtomobilləri üçün 2002-ci il buraxılışlı isifadə olunmuş dizel mühərriklərini və orta bazar qiyməti 3900 manat olan 1995-2001- ci il buraxılışlı “Mercedes” markalı 13 ədəd ötürücü qutuları, cəmi 14300 manat dəyərində dizel mühərrikini və ötürcü qutuları gömrük orqanına **********8312 sorğu nömrəli 17 fevral 2021-ci il tarixli gömrük bəyannaməsi ilə düzgün bəyan etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində geyd edilən xətanı törətdiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/024/005933 saylı 02.03.2021-ci il tarixli raport, 28 fevral 2021-ci il tarixli yoxlama protokolu, 9/1416 saylı 20.04.2021-ci il tarixli məhkəmə ekspertizası rəyi, YMD5833-2021 nömrəli invoys sənədi, **********8312 sorğu nömrəli 17 fevral 2021-ci il tarixli gömrük bəyannaməsi, Şəxs MMC-nin direktoru Azərbaycan Respublikasının vətəndaşı X5 izahatı ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak etmiş protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X6 protokolu müdafiə edərək, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru X7 izahatında bildirmişdir ki, direktoru olduğu Şəxs MMC-nin ünvanına X2 75E12110/75E12210 nömrə nişanlı avtomaşının üzərində olan CXDU ******* nömrəli konteynerdə daxil olmuş minik avtomobilləri üçün Bakı Baş Gömrük İdarəsində 17 fevral 2021-ci il tarixdə **********8312 sorğu nömrəli gömrük bəyannaməsini ilə bəyan edilmişdir. Bəyannamə sənəd məmuru tərəfindən emal edildikdən sonra buraxılışa verilmişdir. Mallara 28 fevral 2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsinin “Xocəsən" gömrük postunda gömrük baxışı zamanı **********8312 sorğu gömrük bəyannəməsinin 1-ci mal mövgeyi ilə bəyan olunan, 55 ədəd “Mercedes” nişanlı, 1995-2001-ci il buraxılışlı istifadə olunmuş minik avtomobilləri üçün dizel mühərriklərindən əlavə, gömrük orqanına düzgün bəyan edilməyən 13 ədəd “Mercedes” nişanlı minik avtomobilləri üçün dizel mühərrikləri, bəyan edilən mühərriklərdən 15 ədədinin üzərində olan istehsal tarixinə görə düzgün bəyan edildiyi, digər 22 ədədinin 2002-ci il buraxılışlı, 10 ədədinin 2003-cü il buraxılışlı, 11 ədədinin 2004-cü il buraxılışlı, 6 ədədinin 2005-ci il buraxılışlı, 2 ədədinin 2006-cı il buraxılışlı, 1 ədədinin 2007-ci il buraxılışlı, 1 ədədinin isə 2008-ci il buraxılışlı olduğu və bəyannamənin 2-ci mal mövgeyi ilə bəyan edilən 20 ədəd “Mercedes” nişanlı, 1995-2001-ci il buraxılışlı minik avtomobilləri üçün istifadə olunmuş ötürücü qutulardan əlavə, gömrük orqanına düzgün bəyan edilməyən 13 ədəd “Mercedes” nişanlı, 1995-2001-ci il buraxılışlı minik avtomobilləri üçün istifadə olunmuş ötürücü qutular aşkar olunmuşdur. Aşkar edilmiş fakta görə protokol tərtib edildi və o protokol ilə tanış olduqdan sonra imzası ilə düzgünlüyünü təsdiq etmişdir. Gömrük orqanına düzgün bəyan edilməyən mallar gömrük nəzarəti altında saxlanılması üçün postda saxlanılmışdır. Həmin malları müvafiq qərar verildikdən sonra rəsmiləşdirmək niyyətində olmuşlar. Şəxs MMC tərəfindən gömrük qaydaları pozulsada, həmin səhv onlar tərəfindən deyil X4 malları göndərən tərəfin səhvindən baş vermişdir. Əvvəllər MMC-nin əməkdaşları Dubay şəhərinə gedərək, orada yerləşən avtoehtiyyat hissələri bazarından malları alarag, daşıyıcı firmaya verirdi. Daşıyıcı firma isə malları Azərbaycana çatdırırdı. Bir müddətdir ki, dünyada yayılmış COVİD-19 pandemiyası ilə əlaqədar nümayəndələr BBƏ-nin Dubay şəhərinə gedə bilmirlər. Buradan elektron formada malları sifariş edirlər. Orada isə mallar alınır, mal-müşayiət sənədləri hazırlanır, elektron qaydada MMC-nin ünvanına göndərilir. Sonuncu dəfə CXDU ******* nömrəli konteynerdə daxil olmuş mallara görə YMD5833-2021 nömrəli invoys sənədi hazırlanarag elektron qaydada göndərilmişdir. Həmin sənəd əsasında minik nəqliyyat vasitələri üçün avtoehtiyyat hissələri **********8312 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və gömrük orqanına bəyan edilmişdir. Konteynerin içərisində malların dəqiq ədəd sayından məlumatları olmayıb, onlara təqdim edilən invoys sənədi əsasında malları bəyan etmişlər. 13 ədəd “Mercedes” nişanlı, 1995-2001-ci il buraxılışlı minik avtomobilləri üçün istifadə olunmuş ötürücü qutuları və 13 ədəd “Mercedes” nişanlı minik avtomobilləri üçün dizel mühərrikləri üçün qarşı tərəfə ödəniş əvvəlcə ödənilməmişdir, lakin konteynerə baxışdan sonra müəyyən edildi ki, sənədlərdə göstərilməyən mallar var, bu barədə qarşı tərəflə mübahisə oldu daha sonra ödəniş edildi, gömrük qaydalarının pozulduğunu etiraf edir. Məhkəmənin qeyd edilən halları nəzərə almasını xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına X2 75E12110/75E12210 nömrəli nəqliyyat vasitəsi ilə CXDU1607514 nömrəli konteynerdə YMD5833-2021 nömrəli 28 yanvar 2021-ci il tarixli invoys üzrə idxal edilmiş və **********8312 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, bəyannamənin 1-ci mal mövqeyində qeyd olunan istehsalı 1995-2001- ci illərin “Mercedes” nişanlı minik avtomobilləri üçün 55 ədəd dizel mühərriki bəyan olunduğu halda, faktiki 68 ədəd (13 ədəd artıq ): 2001 -ci il -15 ədəd, 2002-ci il- 22 ədəd, 2003-cü il -10 ədəd, 2004-cü il - 11 ədəd, 2005-ci il 6 ədəd, 2006-cı il 2 ədəd, 2007-ci il-1 ədəd, 2008-ci il -1 ədəd, bəyannamənin 2ci mal mövqeyində qeyd olunan istehsalı 1995- 2001-ci illərin “Mercedes” nişanlı minik avtomobilləri üçün 20 ədəd (1000 kq) ötürücü qutu bəyan edildiyi halda , faktki 33 ədəd (2430 kq), yəni 13 ədəd (1430 kq) artıq aşkar edilmişdir (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli 9/1416 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadə olunmuş 50 ədəd mühariklərin və 13 ədəd sürətlər qutusunun ümumilikdə 17 fevral 2021-ci il tarixə orta bazar qiyməti təxminən 53600 (əlli üç min altı yüz) manat müəyyən edilmişdir. Ekspetiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Həmçinin, ekspert rəyindən görünür ki, 1 ədədinin qiyməti 800 manat olmaqla, 13 ədəd 1995- 2002-ci il buraxılışlı “Mercedes” markalı minik avtomobilləri üçün 2002-ci il buraxılışlı isifadə olunmuş dizel mühərriklərinin orta bazar qiyməti 10400 manat, 1 ədədinin qiyməti 300 manat olmaqla, 13 ədəd 1995-2001- ci il buraxılışlı “Mercedes” markalı ötürücü qutuların orta bazar qiyməti 3900 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin məcəllənin 479-cu maddəsinin qeydinə əsasən gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsi “az miqdarda" dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Beləliklə, həm iş materialları, həm də Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.2-cimaddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100(bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC -dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində, yəni 4290 (dörd min iki yüz doxsan) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 ( bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1005/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1005/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver