Məhkəmə qərarları › İş №3(009)-1006/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1006/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1006/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Azər Tağıyev Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 aprel 2021-ci il tarixli, 00100-0819/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 27 aprel 2021-ci il tarixli, 00100-0819/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən gömrük orqanına gömrük ödənişlərinin (borcunun) məbləğinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir, belə ki, şirkət tərəfindən Gürcüstandan 99CY146/99ZA812 nömrə nişanlı yük avtomaşınında idxal edilmiş 346 kq “PVC qəlib” yükünün mənşə ölkəsi Almaniya olduğu halda, **********3857 sorğu nömrəli 14.02.2021-ci il tarixli gömrük bəyannaməsində sözügedən malların mənşə ölkəsi Türkiyyə Respublikası bəyan edilmişdir. Buna görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X4 izahatında inzibati xəta haqqında protokola etiraz edərək və bu barədə yazılı etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, bu mallar onlara Gürcüstandan gəlir, Gürcüstana isə Türkiyədən gəlir. Mala aid olan Gömrük, nəqliyyat və s. sənədlər Gürcüstanda tərtib edilərək onlara təqdim olunur və həmin sənədlərdə malın mənşəsi Türkiyə Respublikası göstərilmişdir. Onlar şəxsən malın alınmasında və həmin malın həm Türkiyyədə, həmdə Gürcüstanda yüklənməsində, Gömrük, alqı-satqı və digər sənədləşdirilməsində, rəsmiləşdurilməsində və s. iştirak etməmişlər və qutunun üzərindəki yazılara əsasən mənşə ölkəsinin Almaniya göstərildiyindən məlumatları olmamışdır. Halbu ki, qeyd olunan malın mənşə ölkəsi Türkiyə Respublikası göstərilməklə Türkiyyə Respublikasının Dövlət Gömrük orqanlarının nəzarətindən keçir və əgər hər hansı bir uyğunsuzluq aşkar olunsa idi, yəqin ki, ilk növbədə Türkiyyə Respublikasının Dövlət Gömrük orqanları tərəfindən zəruri tədbirlər görülərdi, yük Türkiyə Rerspublikasının hüdudlarından kənara buraxılmazdı. Bununla əlaqədar qeyd olunan 346 kq “PVC qəlib” yükü “İpək yolu” Gömrük postunun 2-ci ambarında çalışan Gömrük əməkdaşları tərəfindən “İpək yolu” Gömrük postunda 14.02.2021-ci il tarixdən heç bir baxış, uyğunsuzluq AKTİ tərtib edilmədən saxlanılmışdır. Halbu ki, yerində onların iştirakları ilə baxış və uyğunsuzluq aktı, protokolu tərtib edilməli idi və həmin sənədlər bir tərəfdən “İpək yolu” Gömrük postunda çalışan və baxış keçirdən Gömrük əməkdaşları tərəfindən, bir tərəfdən də Şəxs MMC-nin məsul vəzifəli əməkdaşları tərəfindən imzalanardı. Bundan sonra zəruri araşdırmalar aparılması üçün yükə baxış keçirdən gömrük inspektoru tərəfindən mala baxış keçirilən 14 fevral 2021-ci il tarixdən aidiyyəti üzrə yuxarı instansiyalara yazılı raport göndərilərdi. Lakin bu prosedurlardan heç biri gömrük işçiləri tərəfindən həyata keçirilməmişdir. Bununla yanaşı, onlara malın mənşə ölkəsinin guya onların tərəfindən düzgün bəyan edilmədiyindən və bundan irəli gələrək dəyər qiymətinin mümkün dəyişəcəyini nəzərə alaraq, mənşə ölkəsinin və qiymətinin dəqiq müəyyən edilməsi üçün materiallar bir başa təhqiqata göndəriləcəyi bildirilmişdir. Lakin uzun müddət ərzində bu məsələ ilə bağlı Gömrük orqanları tərəfindən hər hansı bir tədbir görülməmiş və bu səbəbdən onların yükü əsassız olaraq “İpək yolu” Gömrük postunun ambarında saxlanmış, mallarını çıxara bilməmişlər. Yalnız 05 mart 2021-ci il tarixdə tərəflərindən “195” qaynar xətt üzrə Gömrük orqanlarının qərəzli hərəkətsizliyi barədə şikayət verdikdən sonra materiallar 10 mart 2021-ci il tarixdə raport əsasında Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmiş və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Cəlal Orucovun icraatına verilmişdir. İlkin təhqiqat araşdırması zamanı saxlanılan 346 kq “PVC qəlib” yükünün mənşə ölkəsinin dəqiqləşdirilməsi məqsədi ilə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən Dövlət Gömrük Komitəsi X5 elektron sorğu göndərilmişdir. Dövlət Gömrük Komitəsi X2 daxil olmuş cavab məktubunda qeyd olunur ki, 13 fevral 2021-ci il tarixli 389 saylı invoysun 11-ci mal mövqeyi üzrə təqdim olunan “PVC qəlib” mal nümunəsinə aid foto şəkilin araşdırılması zamanı elektron məlumat bazasından əldə olunan məlumata əsasən üzərində qeyd olunan “NYLOFLEX əmtəə nişanının həqiqətən qablaşma üzərində göstərilən Sieglestasse 25 70469 Ştutqard- Germany ünvanında yerləşən “FLİNT GROUP” GmbH şirkətinin brendi olduğu və bu kimi malların satışı, bəyənnamədə də adı çəkilən Türkiyə Respublikasında (İstambulda) X7 Malzemeleri San.ve Tic. Şirkəti tərəfindən həyata keçiritdiyi, həmçinin “FLİNT GROUP” GmbH şirkətinin bir qolunun Türkiyə Respublikasında bu sahəyə aid boya məhsullarının istehsalı olunduğu müəyyən olunmuşdur. Bu, o, deməkdir ki, üzərində qeyd olunan “NYLOFLEX əmtəə nişanının həqiqətən qablaşma üzərində göstərilən Almaniyanın Sieglestasse 25 70469 Ştutqard- Germany ünvanında yerləşən “FLİNT GROUP” GmbH şirkətinin bir qolunun Türkiyə Respublikasında yerləşir və həmin şirkətin müxtəlif mallarının istehsalı ilə məşquldur. Buda onu göstərir ki, sözü gedən “PVC qəlib” lərin istehsalı Türkiyə dövlətində də həyata keririlir və mənşə ölkəsidə Türkiyyədir. Eyni zamanda “PVC qəlib”-lərin istehsalı ilə bağlı qeyd olunmuşdur ki, Azərbaycan Respublikası dövlət Gömrük Komitəsi X2 daxil olmuş cavabda göstərilmişdir ki, “FLİNT GROUP” GmbH şirkətinin brendi olduğu “PVC qəlib”-lərin istehsalı ilə ixtisaslaşdırılmış “FLİNT GROUP” GmbH şirkətinin baş ofisinin Almaniya Federativ Respublikasında yerləşməsinə baxmayaraq, bu kimi məhsulların bir çox ölkələrdə, o cümlədən ABŞ-da, Çin Xalq Respublikasında istehsalı və satışı həyata keçirilir. Buda o deməkdir ki, “FLİNT GROUP” GmbH şirkətinin baş ofisinin Almaniya Federativ Respublikasında yerləşməsinə baxmayaraq, bu kimi məhsulların bir çox ölkələrdə, o cümlədən ABŞ-da, Çin Xalq Respublikasında istehsalı və satışı həyata keçirildiyi halda, həmin mal əgər Türkiyədə satılırsa, deməli bir çox ölkələrdə istehsalı və satışı vurğulanırsa, deməli həmin mal Türkiyyədə də istesal olunur. Beləliklə də, “PVC qəlib”lərin Türkiyyədə istehsal olunması haqqında əlavə məlumatların və müvafiq sənədlər toplusunun olmadığı səbəbindən mənşə ölkəsini həqiqiliyi müəyyən olunmamışdı. Lakin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi Dövlət Gömrük Komitəsi X3 cavabı ilə kifayətlənməmiş, “PVC qəlib” lərin mənşə ölkəsinin dəqiqləşdirilməsi məqsədi yenidən ekspertiza keçirilməsi üçün bu dəfə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə sorğu göndərilmişdir. Həmin sorğuda göstərilmişdir ki, 346 kq “PVC qəlib” yükünün mənşə ölkəsinin və onun 14.02.2021-ci il tarixə olan orta bazar qiymətinin müəyyənləşdirilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş “Ekspert Arayışı” nda ümumi çəkisi 346 kq olan “PVC qəlib” yükünün mənşə ölkəsi və onun 14.02.2021-ci il tarixə olan orta bazar qiymətinin müəyyən edilməsi kimi suallar qoyulmuşdur. Lakin “Ekspert Arayışı”nın tədqiqi hissəsində cavabından görünür ki, ekspert yalnız malın Azərbacandakı bazar qiymətinin müəyyən edilməsini həyata keçirib. Həmin qiymətlərdə onların Türkiyədən aldıqları qiymətə görə ödədikləri pula, gömrük rüsumuna ödədikləri pula görə malın dəyərinə görə heç bir fərq etməmişdir. Ekspert Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin yazdığı məlumatlara əsaslanaraq yazır ki, Almaniya istehsalı olan malın qiymətini vurğulayır. Lakin həmin malın mənşə ölkəsinin müəyyən edilməsi istiqamətində hər hansı bir tədbirlərin həyata keçirilməsinə dair heçnə görünmür. Belə çıxır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi qarşısında qoyulan tapşırıq ekspert tərəfindən tam icra olunmayıb, ekspert malın mənşə ölkəsini müəyyən etməmişdir. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən ümumi çəkisi 346 kq olan “PVC qəlib” yükünün mənşə ölkəsinin iddia etdiyi kimi Türkiyə Respublikası yox, Almaniya olması sübut edilməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “mənşə şəhadətnaməsindən” görünür ki, 99CY146/99ZA812 nömrə nişanlı yük avtomaşınında idxal edilmiş 346 kq “PVC qəlib” yükünün mənşə ölkəsi Türkiyyə Respublikasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində qeyd olunmuşdur ki, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Xüsusi gömrük prosedurlar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddə tranzit (beynəlxalq və daxili tranzit); saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc); sərbəst zona; xüsusi istifadə (müvəqqəti idxal və son istifadə); emal (daxildə və xaricdə emal) prosedurları xüsusi gömrük prosedurları kimi sadalansa da, sərbəst dövriyyə üçün gətirilən malların bu prosedurlara aid olması qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı malların mənşə ölkəsi Almaniya olduğu halda, gömrük bəyannaməsində yanlış olaraq Türkiyyə Respublikası göstərilməsi ilə əlaqədar inzibati xətanın bütün əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 531.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinin tələblərinə görə hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə, Şəxs» MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verildiyini nəzərə alaraq, məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlına görə çəkilən xərclər dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114-115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat dövlət hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar