Məhkəmə qərarları › İş №3(009)-1007/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1007/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1007/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Protokol tərtib etmiş şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 aprel 2021-ci il tarixli, 00100- 0418/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 28 aprel 2021-ci il tarixli, 00100-0418/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına 01.03.2021-ci il tarixdə Türkiyə Respublikasından 1ADS157/41AEA856 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və Bakı Bas Gömrük İdarəsində **********1557 sorğu nömrəli 01.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 02.03.2021-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmisdir. Yoxlama zamanı “xxxx” MMC tərəfindən təqdim edilən **********1557 sorqu nömrəli 01.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən hallardan əlavə gömrük orqanına bəyan edilməyən, mal-müşayiət sənədlərində qeyd edilməyən 1 ədəd üzərində “BOSCH MUC88B68TR” yazısı olan yemək bişirmə üçün avadanlıq, 1 ədəd üzərində “Arçelik Telve K3300” yazısı olan kofe hazırlamaq üçün avadanlıq, 64 ədəd mal kataloqu, 1 ədəd üzərində “Aybike” yazısı olan qadın geyim dəsti, 1 ədəd üzərində “Manuka” yazısı olan adın çantası yükü aşkar edilmişdir. Həmçinin, yoxlama zamanı **********1557 sorğu nömrəli 1.03.2021-ci il tarixli gömrük‘ bəyananməsinin 4-cü mal mövqeyində bəyan edilən malın gömrük orqanına düzgün bəyan edilmədiyi müəyyən edilmişdir, belə ki, sözügedən gömrük bəyananməsinin 4-cü mal mövqeyində 1 ədəd ümumi çəkisi 350 kq ağac gapı bəyan edildiyi halda, həmin malın ağac qapı deyil, dəmir qapı olduğu aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan adları və sayları yuxarıda qeyd edilən malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/004- 24/001606 nömrəli 11.03.2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1378 nömrəli 26.04.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş ədəd “BOSCH MUC88B68TR” markalanma göstəricisi olan yemək bişirmə üçün cihazın orta bazar qiymətinin 560 manat, 1 ədəd Türkiyədə istehsal olunmuş, üzərində “Arçelik Telve K3300” arkalanma göstəricisi olan kofe hazırlamaq üçün cihazın orta bazar qiymətinin 80 manat, 64 ədəd hamam üçün vannalar, əlüzyuyanlar kataloqu satış üçün nəzərdə tutulmadığından qiymətləndirilmir, 1 ədəd Türkiyədə istehsal olunmuş, üzərində “Aybike” markalanma göstəricisi olan bej rəngli, kapişonlu kofta və şalvardan ibarət qadın idman geyim dəstinin orta bazar qiymətinin 90 manat, 1 ədəd Türkiyədə istehsal olunmuş, üzərində “Manuka” markalanma göstəricisi olan, 29x35 sm ölçüdə bej rəngli, süni dəridən qadın çantasının orta bazar qiymətinin 70 manat, 1 ədəd Türkiyədə istehsal olunmuş, 310x160 sm ölçülü dəmir qapının orta bazar qiymətinin 3000 manat, ekspertiza tədqiqatına təqdim edilmiş, 5 adda əşyaların ümumilikdə orta bazar qiymətinin 3800,00 (üc min səkkiz yüz) manat olduğu müəyyən edilmişdir. Həmçinin həmin protokola əsasən Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, inzibati xətanın törədilməsini etiraf etmişdir. Buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edib Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək Yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş 04 mart 2021-ci il tarixli raportdan görünür ki, Türkiyə Respublikasından “xxxx” MMC-nin ünvanına 41ADS157/41AEA856 nömrəli avtomaşınla AKİ**********013 saylı 26.02,2021 tarixli invoysla daxil olmuş və BBGİ-də **********1557 saylı 01.03.2021 tarixli GB ilə bəyan olunan yüklərə gömrük baxışı keçirildi. Baxış zamanı **********1557 saylı 01.03.2021 tarixli Gömrük Bəyannaməsinin 4-cü mal mövqeyində malın təsviri tropik ağac növlərin aduncağından qapı göstərdiyi halda demir qapı olduğu aşkar olunmuşdur və bəyan olunmayan 1 ədəd BOSCH markali, MUC88B68TR model, Çin Xalq Respublikası mənşəli yemək bişirmə məişət avadanlıqı, 1 ədəd ARÇELİK markalı, Telve K3300 model kofe hazirlamaq üçün məişət avadanlıqı, 1 yer 64 ədəd mal kataloqu, 1 ədəd AYBİKƏ nişanlı qadın idman geyim dəsti, 1 ədəd MANUKA nişanlı qadın çantası aşkar olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 26 aprel 2021-ci il tarixli 9/1378 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 ədəd əşyaların ümumilikdə 11.03.2021-ci il tarixə orta bazar qiyməti təxminən 3800,00 manat müəyyən edilir. Təqdim olunmuş kataloq satış üçün nəzərdə tutulmadığından qiymətləndirilməmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 17.12.2020-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, yoxlama zamanı 41ADS157/41AEA856 nömrəli avtomaşınla AKİ**********013 saylı 26.02,2021 tarixli invoysla daxil olmuş və BBGİ-də **********1557 saylı 01.03.2021 tarixli GB ilə bəyan olunan yüklərə gömrük baxışı keçirildi. Baxış zamanı **********1557 saylı 01.03.2021 tarixli Gömrük Bəyannaməsinin 4-cü mal mövqeyində malın təsviri tropik ağac növlərin aduncağından qapı göstərdiyi halda demir qapı olduğu aşkar olunmuşdur və bəyan olunmayan 1 ədəd BOSCH markali, MUC88B68TR model, Çin Xalq Respublikası mənşəli yemək bişirmə məişət avadanlıqı, 1 ədəd ARÇELİK markalı, Telve K3300 model kofe hazirlamaq üçün məişət avadanlıqı, 1 yer 64 ədəd mal kataloqu, 1 ədəd AYBİKƏ nişanlı qadın idman geyim dəsti, 1 ədəd MANUKA nişanlı qadın çantası aşkar olunmuşdur. İş materiallarında olan 14.12.2020-ci il tarixli **********2662 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına 2,00 ədəd keramikadan çanaqlar, əlüzyuyanlar, 2 ədəd dəzgahüstü əlüzyuyan ölkə ərazisinə idxal edilmişdir. Həmçinin həmin bəyannaməyə əlavələrdən görünür ki, 35,00 kq qara metallardan hamam otağı üçün zibilqabı, 25 ədəd 5 litrlik yavaş bağlanan zibilqabı, 2500,00 kq plastmas lövhələr, vərəqlər, systempool markalı örtük lövhələr, systempool krion plaka, 350,00 kq tropik ağac növlərin oduncağından qapılar və onların çərçivələri, 1 ədəd çelik markalı qapı, 146,13 km/metr döşənmə üçün keramik piltələr, 59,36 kv/metr piltələr, 427,00 kv/metr döşənmə üçün keramik piltələr, 146 kv/metr keramik piltələr, 460,78 kv/metr döşənmə üçün keramik piltələr, 34,00 kq hamam otağı üçün çərçivəli güzgülər, 18 ədəd hamam güzgüsü, 2,00 ədəd uşaq arabaları, 4,00 ədəd hündürlüyü tənzimləyən qurğuları olan fırlanan oturma mebeli, 1 ədəd Moira kreslo, 2 ədəd Cupe kreslo 1 ədəd Cupe Kanepe, 2 ədəd mağazalar üçün ağacdan mebel, 1 ədəd Alpas Sepha, 1 ədəd ofis mebeli, 24,00 ədəd hamam otağı üçün ağacdan dolablar, 1 ədəd Plano hamam dolabı, 18 ədəd Luxury hamam dolabı, 2 ədəd Art hamam dolabı, 300,00 kq asma və ya divar üçün çılçıraqlar və digər elektrik işıqlandırma avadanlıqları, 27 ədəd çılçıraqlar ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan xətanın bilavasitə predmeti olan malların ümumi dəyəri 800 manat, İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan xətanın bolavasitə predmeti olan malların ümumi dəyəri 3000 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan 3000 manat gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğində cərimə edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs Şəxs MMC tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 55, 114-115, 482.1 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ŞəxsMMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin. Şəxs MMC hüquqi şəxs qismində ödənilməli olan 3000 (üç min) manat gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğdə, yəni 900 (doqquz yüz ) manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar