Məhkəmə qərarları › İş №3(009)-1007/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1007/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1007/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Fərdi Məlumatların mühafizəsi sektorunun müdiri X4 və baş məsləhətçisi X2 iştirakları ilə, Şəxs ASC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrinə əsasən Şəxs ASC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı ******* saylı, 08 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC (VÖEN **********) məxsus müştərilər və onların obyektləri haqqında məlumat bazası fərdi məlumatların mühafizəsinin təmin edilməməsi və həmin informasiya sisteminin dövlət qeydiyyatından keçirilməməsi müəyyən edilmişdir. Nəticədə, Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsaslanaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Fərdi Məlumatların mühafizəsi sektorunun müdiri X4 və baş məsləhətçisi X5 Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrinin tələbini pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən ölkədə kibertəhlükəsizlik vəziyyətinin mütəmadi təhlili və kiberhücumların qarşısının alınması məqsədi ilə internet informasiya ehtiyatlarının fəaliyyətinin monitorinqinin aparılması nəticəsində 06 aprel 2024-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN: **********) məxsus məxsus müştərilər və onların obyektlərinə dair məlumatları ehtiva edən informasiya sistemində zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən müvafiq şirkətlə sığorta müqaviləsi bağlayan fiziki şəxslərə dair fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü faktı aşkar edilmişdir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus müştərilər və obyektlərinə dair məlumatları ehtiva edən informasiya sisteminin (internet ünvanı: https://qalagent.qalainsurance.az/lnsureaz/V2/LoginUser.aspx) inzibatçısının giriş məlumatlarının kənar şəxslər tərəfindən ələ keçirilməsi və internetdə yayılması nəticəsində müştərilərə məxsus fərdi məlumatların - adı, soyadı, ata adı, fərdi identifikasiya nömrələri, sığorta şəhadətnamələrinin nömrəsi, sığorta müqavilələri üzrə hesab və ödəniş məlumatlarının, həmçinin fiziki şəxslərin əmlakına dair məlumatların əldə edilməsi mümkündür. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə əsasən, fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır, habelə Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir. Həmin Qanunun 5.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarı ilə “Fərdi məlumatların mühafizəsinə dair tələblər” təsdiq edilmişdir. Bu tələblər fərdi məlumatların mülkiyyətçisi və /a operatoru tərəfindən fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi ilə bağiı yaranan münasibətləri tənzimləyir. Bununla yanaşı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus müştərilər və obyektlərinə dair məlumatları ehtiva edən informasiya sisteminin adıçəkilən Qanunun 15.1-ci maddəsinin tələblərinə uyğun olaraq, dövlət qeydiyyatından keçirilmədiyi müəyyən edilmişdir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən bu Qanunun 3.2-ci maddəsində -əzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli oərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına a.mması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 1.3-cü maddəsinə əsasən fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının əğv edilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyəti haqqında” Əsasnamənin 3.1.20-10-cu yarımbəndinə uyğun olaraq, Elektron Təhükəsizlik Xidmətinin fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi, mühafizəsinin təmin edilməməsi nəticəsində hüquqları pozulmuş subyektlərin şikayətlərinə baxmaq, onları araşdırmaq və qanunun tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək səlahiyyəti mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrinə görə 375.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni: 375.0.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə; 375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2020-ci il 2 sentyabr tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə aair” Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi lazım bilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid o duğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və ş!ərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ə təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun olaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri X3 və X1 iştirakları ilə 08 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, hüquqi şəxsin nümayəndələri protokolu imzalamaqdan :mtina etmişdirlər.İnzibati xəta haqqında protokolun surəti həmin tarixdə "xxxx" ASC-nin elektron poçt ünvanına göndərilmiş, həmçinin müvafiq məktubla hüquqi şəxsə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Plenumunun Qərarına əsasən, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı yerdə baxılmalıdır. İnzibati xətanın aşkarlandığı yer dedikdə, inzibati xətanın baş verməsinə, həmçinin hüquqpozmanın digər hallarına dair inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsin protokol tərtib etdiyi yer başa düşülür. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında iş üzrə materiallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən baxılması üçün göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi Şəxs ASC-nə (VÖEN **********) müraciət edərək onunla sığorta müqaviləsi bağlayan fiziki şəxslərin fərdi məlumatlarının toplanıldığı, saxlanıldığı və işlənildiyi müştərilər və obyektlərinə dair məlumatları ehtiva edən informasiya sistemində fərdi məlumatların mühafizəsinin təmin olunmaması və dövlət qeydiyyatından keçirilmədən fərdi məlumatları topladığını və işlədiyini göstərən kifayət qədər faktlar aşkar edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs ASC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrinin tərkibi var və onun 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 1641, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar