Məhkəmə qərarları › İş №3(009)-101/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-101/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-101/2024 12.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsindən daxil olmuş 25 dekabr 2023-cü il tarixli, 00100-03331/23 nömrəli və 01 dekabr 2023-cü il tarixli, 00100-03116/23 inzibati xəta haqqında protokollar və materiallar araşdırılarkən müəyyən edilmişdir ki, məhkəməyə daxil olmuş işlər üzrə eyni əməlin törədilməsinə görə iki protokol tərtib edilmişdir. Ona görə də hesab edirəm ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilməlidir. Belə ki, 3(009)–101/2024 və 3(009)–7/2024 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər ilk daxil olan nömrə altında, yəni 3(009)–7/2024 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməli və həmin nömrə altında baxılmalıdır. 3(009)–101/2024 saylı inzibati xəta haqqında işin materialları başqa işlə birləşdiyindən həmin iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən, QƏRARA ALDİ: 3(009)-101/2024 və 3(009)-7/2024 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(009)-7/2024 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. İş başqa işə birləşdiyindən 3(009)–101/2024 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar