Məhkəmə qərarları › İş №3(009)-1011/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1011/2021

30.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1011/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş 30 aprel 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, X6 ərizə ilə plis bölməsinə müraciət edərək işlədiyi 2 saylı Şəhər Poliklinikasında özünə məxsus “İphone 8” markalı mobil telefonunun naməlum şəxs tərəfindən oğurlanmasını və bununla da ona təxminən 400-500 manat məbləğində ziyanın dəydiyini bildirmişdir. Səbail RPİ-nin 9-cu PB-nin 20.03.2021-ci il tarixli qərarı ilə X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edillmişdir. Sonradan müəəyn edilmişdir ki, oğurluq hadisəsini törədən şəxs Şəxsdur və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 Şəxs 10 mart 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu 2 saylı Şəhər Poliklinikasına daxil olaraq onun otağında masanın üzərində qoyulmuş “İphone 8” markalı mobil telefonu götürmüşdür. Həmçinin o, hazırda Şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona qaşı şikayət və tələbinin olmadığını göstərib iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Səbail RPİ-nin 9-cu PB-nin baş təhqiqatçısı X11 oğlu tərəfindən qəbul edilmiş 20 mart 2021-ci il tarixli qərarla fakt üzrə X2 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş şəxsin gələcəkdə müəyyən edilərkən barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Materiala əlavə edilmiş 30 aprel 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 mart 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, 2 saylı polinklinikadan X4 məxsus “İphone 8” markalı mobil telefonu oğurlamış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, o, Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar