Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1012/2024 24.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Bakı şəhər X8 İdarəsinin 20 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X8 İdarəsinin 20 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X9 İdarəsinin inzibati tənbeh vermə haqqında 20 aprel 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə yəni, VAZ 21060 minik markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığının dəyişdirilməsinə görə 150 (yüz əlli) manat məbləğində cərimənin tətbiq olunması qərara alınmışdır. Qərarın surəti ona rəsmi qaydada 21 aprel 2022-ci il tarixdə Bakı şəhəri X9 İdarəsi tərəfindən təqdim olunmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir: İlk növbədə məhkəmənin diqqətin çatdırır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, DYPİ-nin Polis Kiçik X1 tərəfindən tərtib edilmiş 20 aprel 2024-cü il tarixli TP ******* saylı qərarla X3 İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 150 manat məbləğində cərimə edilib. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş protokolda və həmin protokol üzrə qəbul edilmiş qərarda qeyd edilir ki, guya o 07 aprel 2024-cü il tarixdə saat 04:01 radələrində idarə etdiyi “VAZ 21060” minik markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələbləri pozulmaqla avadanlığı dəyişdirib. O idarə etdiyi avtomobildə heç bir konstruktiv dəyişiklik etməyib, normativ tələbləri pozmaqla avtomobildə olan avadanlığı dəyişdirməyib. Həmçinin bildirmək istəyir ki, 07 aprel 2024-cü il tarixdə saat 04:01 radələrində idarə etdiyi "VAZ 21060” minik markalı, ** MO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlayaraq inspektor heç bir əsas göstərmədən, ona hüquqlarını izah etmədən və protokol tərtib etmədən idarə etdiyi avtomobildən əsasız şəkildə kənarlaşdırılaraq avtomobili ağ şəhər bulvarında yerləşən duracağı aparılmışdır. Qeyd etmək istəyir ki, 07 aprel 2024-cü il tarixdə saat 04.01 radələrində avtomobili duracağa yerləşdirildikdən sonra 09 aprel 2024-cü il tarixdə saat 17.00-da Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdikdən sonra polis əməkdaşları qanunu kobud şəkildə pozaraq 48 saat müddətində protokol tərtib etməli olduğu halda, təxminə 60 saat sonra barəsində qanunsuz protokol tərtib olunmuşdur. Bakı şəhəri, DYPİ-nin Polis Kiçik X1 tərəfindən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələbləri pozulmaqla avadanlığı dəyişdirmədiyini əsas gətirərək inzibati məsuliyyətə cəlb edilməimlə bağlı xüsusilə bu halı qeyd etmək istəyirəm ki, normativ tələblərinin pozulması yalnız xüsusi cihazla müəyyən edilə bildiyi halda əsassız şəkildə gözə yarı baxmaqla əsassız şəkildə barəsində ilk öncə protokol və onun əsasında müddəti pozmaqla qərar qəbul etmişdir. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olmaqla ləğv edilməlidir. Hesab edir ki, işin halları tam. hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə onun təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 78-ci maddəində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə protokolunda göstərilir. Zəruri hallarda bu izahat yazılı formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan müddəalarının ziddinə olaraq TP seriyalı, ******* nömrəli, 20 aprel 2024-cü il tarixli protokol tərtib edilərkən eləcə də inzibati xəta haqqında işə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimiiştirakı təmin olunmamış, ona hüquq və vəzifələri izah edilməmiş, izahatı alınmamış, eləcə də ona protokolla tanış olmaq və onun məzmunu barədə mülahizələrini, sübutlarını təqdim etmək imkanı yaradılmamışdır. Beləliklə, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-nin 53-cü maddəsinin də kobud pozuntusuna yol verilmişdir. Həmin maddədə göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlardan göründüyü kimi, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar inzibati xətalar haqqında qanunvericiliyin bir sıra maddələrinin kobud pozuntusu ilə tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində tərtib edilmiş TP seriyalı, ******* nömrəli, 20 aprel 2024-cü il tarixli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayəti müdafiə edərək inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X8 İdarəsinin 20 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş araşdırılması üçün yenidən Bakı şəhər X8 İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş 20 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Bakı şəhərində xx.xx.2024-cü il tarixdə, saat 04:01-də Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X3 barəsində Bakı şəhər X8 İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə dair nəqliyyat vasitənin texniki müəyinə aktı və ya rəy mövcud olmadığından, bununla da nəqliyyat vasitəsində avadanlığın quraşdırmaqla və ya dəyişdirməklə hansı normativ tələblərin pozulması müəyyən edilmədiyindən səlahiyyətli orqan tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması-normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadıqda inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə tərəfindən qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli Bakı şəhər X8 İdarəsinin 20 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhər X8 İdarəsinin göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı şəhər X8 İdarəsin 20 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1012/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1012/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver