Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1018/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 16 mart 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 16.03.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X7 16.03.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində inzibatı cərimə olunmuşdur. Sözügedən qərarın verilməsinə əsas kimi Bakı şəhəri X9 tərəfindən tərtib edilmiş 02.02.2021-ci il tarixli İXP3764385 saylı protokolu göstərilmişdir. Sözügedən protokolda qeyd olunur ki, guya o, 02.02.2021-ci il tarixində saat 09:22-də Bakı şəhəri Azneft dairəsi ərazisində "FORD TRANZİT YÜK" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bakı şəhəri X7 16.03.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı mənə rəsmən 29 mart 2021-ci il tarixində təqdim olunmuşdur. Bakı şəhəri X7 16.03.2021-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, o, 02.02.2021-ci il tarixində saat 09:22-də nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 02.02.2011-ci il tarixli 2/1230 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu ilə təsdiq olunur ki, 02.02.2011-ci ildə saat 11:07-də aparılmış müayinə nəticəsində müəyyən edilmişdir ki, o, ayıq olmuş və onda alkoqol qəbulu əlamətləri yoxdur. Buna baxmayaraq B Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin rəisi X6 onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilib, 400 (dörd yüz) manat məbləğində inzibatı qaydada cərimə etmişdir. O, barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir. Həmin qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Çünki, o, heç bir inzibati xətaya yol verməmişdir. Ona görə də o, hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət edir və həmin qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 şikayətini müdafiə edərək göstərmişdir ki, o, sərxoş olmadığı halda ona qanunsuz və əsassız protokol tərtib edilmiş və həmin protokol əsasında da, o, 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Halbu ki, şikayətinə əlavə etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 02.02.2011-ci il tarixli 2/1230 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu ilə təsdiq olunur ki, o, 02.02.2011-ci ildə saat 11:07-də aparılmış müayinəyə əsasən ayıq olmuş və onda alkoqol qəbulu əlamətləri yoxdur. Göstərdiklərini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilməsi dair 16 mart 2021-ci il tarixli, TP ******* qərarın ləğv edilərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X2 şikayətə etiraz edərək göstərmişdir ki, X5 02.02.2021-ci il tarixdə, saat 09:22 radələrində Bakı şəhəri Azneft dairəsi istiqamətində hərəkətdə olarkən YPX əməkdaşları tərəfindən saxlanılmış və müəyyən edilmişdir ki, o, idarə etdiyi "FORD TRANZİT YÜK" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə etməklə idarə edir. Sürücü alkotester cihazından istifadə edilməklə alkoqolluq dərəcəsi yoxlanılmış və müəyyən edilmişdir ki, onda olan alkoqolun miqdarı 0,418% təşkil edir, bu xəta isə birbaşa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, sürücü özü 02.02.2021-ci il tarixdə tibbi müayinədən keçmiş və rəyə əsasən onda alkoqol qəbulu əlamətlərinin olmaması göstərilmişdir. Hesab edir ki, həmin rəy sübut növü kimi qəbul edilə bilməz. Belə ki, əgər sürücü polis əməkdaşı tərəfindən ona inzibati xəta haqqında protokol tərtib edilərkən alkotesterin nəticələrinə etiraz etmiş olsaydı, polis əməkdaşı özü sürücünü tibbi müayinədən keçirmək üçün narkoloji mərkəzə aparmış olardı. Göründüyü kimi şikayətçi, barəsində protokol tərtib edilərkən etiraz etməmişdir. Bu hal isə özüözlüyündə onun həmin vaxt içkili avtomobili idarə etməsini bir daha təsdiq edir. Göstərdiklərini nəzərə alaraq şikayətin təmin edilməməsini və Bakı şəhəri X7 16.03.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni hesab edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 16.03.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 02.02.2021-ci il tarixdə, saat 09:22 radələrində Bakı şəhəri Azneft dairəsi istiqamətində "FORD TRANZİT YÜK" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun sərxoş olması aşkar və o, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, X5 izahatı özü yazarkən spirtli içki qəbul edib avtomaşını idarə etməsini etiraf etmiş, həkimə getməyi ehtiyac olmadığını əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 02.02.2021-ci il tarixli, 2/1230 nömrəli, saat 11:07-da tərtib edilmiş protokoldan görünür ki, X5 ayıqdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 02.02.2021-ci il tarixdə, saat 09:22 radələrində X5 Bakı şəhəri DYP-nin əməkdaşları tərəfindən saxlanılmış və onun "FORD TRANZİT YÜK" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoş olması aşkar olunmuşdur. Bununla bağlı X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin porotokol əsasında da, 16.03.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X5 400 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi X3 02.02.2021-ci il tarixdə, saat 09:22 radələrində "FORD TRANZİT YÜK" markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Bununla da X5 Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin iş materiallarında olan 02.02.2021-ci il tarixli, 2/1230 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokoluna münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, sərxoşluq faktı 02.02.2021-ci il tarixdə, saat 09:17də aşkar olunmuş, X5 isə həmin gün saat 11:07-də tibbi müayinədən keçmişdir ki, aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli hesab oluna bilər. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən protokol (02.02.2021-ci il tarixli, 2/1230 saylı) iş üzrə əhəmiyyət kəsb edən sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə xüsusi ilə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Hazırki işdən isə görünür ki, 02 fevral 2021-ci il tarixdə X5 barəsində içkili olmasına dair inzibati xəta haqqında protokol tərtib edilərkən, o, polis əməkdaşından alkotesterin nəticələrinə etiraz edərək, tibbi müayinəyə aparılmasını tələb etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X3 həm şikayətində, həm də məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır, bununla razılaşmaq olmaz. Beləliklə, məhkəmə X3 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhəri X7 16.03.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 16.03.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X3 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 16 mart 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1018/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1018/2021
21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver