Məhkəmə qərarları › İş №3(009)-102/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-102/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-102/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X8 İdarəsinin TP ******* saylı, 11 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X8 İdarəsinin TP ******* saylı, 11 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 11 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyim BMW 528 Xİ MİNİK markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri Zərifə Əliyeva küçəsindən hərəkətdə olarkən DYP-nin inspektoru tərəfindən saxla işarəsi verdi. Qaydalara uyğun olaraq nəqliyyat vasitəsini yolun kənarına çəkmişdir. Bundan sonra DYP-nin inspektoru idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşaraq, nəqliyyat vasitəsinin şinlərinin qaydalara uyğun olmadığı bildirərək barsində Azərbaycan Respublikası İXM-nin 342.2,2-ci və 342.2.3-cü maddələri ilə İXP № ******* protokol tərtib edilmiş, həmin protokolla razılaşmadığı halda həmin tarixdə TP № ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 150 manat məbləğində inzibat qaydada cərimə edilmişdir. Protokol tərtib edildikdən sonra BMW mərkəzinə gedərək özünə məxsus nəqliyyat vasitəsi yoxlatdırmışdır. Həmin mərkəzdə ona DYP-nin inspektorunun tutduğu iradların əsassız olduğu bildirilərək rəy təqdim edilmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-nin tərəfindən qəbul edilmiş TP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, həmin qərar bir çox pozuntular ilə qəbul edildiyindən H.M.Həsənzadə tərəfindən şikayət verilmişdir. Şikayətə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi şikayətinin həqiqətəndə əsaslı olmaq qənaətinə gələrək xx.xx.2023-cü il tarixli, 3(006)-4414/2023 saylı qərarla şikayətini qismən təmin etmiş. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-nin tərəfindən qəbul edilmiş TP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarını ləğv etmiş və yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-nə qaytarmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən bir çox pozuntular etməklə yenidən TP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol və inzibati xəta haqqında qərar tərtib edilərkən onun hüquqları pozulmuşdur. Belə ki, əgər o inzibati xəta törətməsi ilə razılaşmamışdırsa, belə olan halda inzibati xəta haqqında protokol tərtib edilməli və onun iştirakı ilə baxılması üçün yuxarı səlahiyyətli vəzifəli şəxsə göndərilməli idi. DYP qanunvericiliyin tələblərinə riayət etmədən yenidən barəsində qərar qəbul etmişdir. Göründüyü kimi barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən məhkəmə qərarında göstərilən hallar araşdırılmadan inzibati xəta haqqında qərar qəbul edilərkən yenə də onun iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası DİN BDYP-nin tərəfindən qəbul edilmiş TP № ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər X8 İdarəsinin TP ******* saylı, 11 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi Nümayəndə1 qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, X1 idarə etdiyi BMW 528 Xİ MİNİK markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təkəri onun razmerinə uyğun olmamışdır. Mühərrikin həcmi 2 olduğuna görə, təkər avtomobilə uyğun olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı, 11 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X3 nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması nəqliyyat vasitəsinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının ağırlıq mərkəzinin təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci, 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMM-nin 08 oktyabr 2023-cü il tarixli müraciətindən görünür ki, X2 məxsus BMW 528 markalı avtomobilində istehsalçı tərəfindən 225/55/R17, 275/45/R18 - 275/40/R18, 245/40/R19 - 275/35/R19 və 245/40/R20 - 275/35/R20 ölçüdə təkərlərin istifadəsinə icazı verilmişdir. Göründüyü kimi X3 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci, 342.2.3-cü maddələri ilə protokol tərtib edilmiş və cərimə tətbiq edilmişdir. Lakin məhkəmə araşdırması zamanı X3 tərəfindən BMW 528 Xİ MİNİK markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində təkər düsturunun pozulması ilə bağlı dəyişikliklər müəyyən edilməmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsin görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X8 İdarəsinin TP ******* saylı, 11 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X8 İdarəsinin TP ******* saylı, 11 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar