Məhkəmə qərarları › İş №3(009)-1021/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1021/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1021/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1994-cü ildə Şəmkir rayonunda anadan olmuş, subay, orta təhsilli, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 03.05.2021-ci il tarixli MN№1101056 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs 02.05.2021-ci il tarixdə X1 məxsus kondisioner borularını gizli yolla talayaraq oğurluq etmişdir. Bununla da Şəxs AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək göstərmişdir ki, törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək. Oğurluğu təsadüfən maddi imkansızlıqdan törətmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs X2 öz ifadəsində göstərmişdir ki, ona maddi ziyan dəymişdir, inzibati xəta törədən şəxs tərəfindən ziyan ödənilməmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbdiq edilməlidir. İş üzrə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin təhqiqatçısı Əfqan Əliyevin 03.05.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən X1 məxsus əmlakı oğurlamış Şəxs barəsində AR İXM-nın 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün təhqiqat orqanının rəhbərliyinə təqdim edilməsi qərara alınmışdır. İş üzrə Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektorunun tərtib etdiyi 03.05.2021-ci il tarixli MNNo0182396 seriyalı inzibati xəta haqqında protokola əsasən işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən Muxtərov Vüsal Məhəmməd oğlu barədə tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 227-ci maddəsiən əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 227-ci maddəsinin tərkibinin olmasını, işin hallarını, onun şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq hesab edir ki, ona AR İXM-nın 227-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 02.05.2021-ci il tarixdən saat 17:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 1(bir) ay müddətində inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 02.05.2021-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar