Məhkəmə qərarları › İş №3(009)-1022/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1022/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1022/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, subay, işləməyən, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mkr., ev 25, mənzil 35-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 02.05.2021-ci il tarixli MN№1026315 seryialı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən Şəxs 01.05.2021-ci il tarixdə Xətai rayonu, Həzi Aslanov metrosunun yanında olan zaman tanımadığı bir şəxsdən narkotik vasitə sayılan qurudulmuş marixuananı əldə edib saxlamış və 02.05.2021-c il tarixdə saat 00:05 radələrində Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ,Badamdar yolu, 77 ünvanında yerləşən “Hollivood” restoranının arxa girişində saxlanılmışdır. Səbail RPİ-nin TŞ-nin təhqiqatçısı Pərviz Mustafayevin 02.05.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən toplanmış materilar üzrə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. İş üzrə təyin edilmş məhkəmə-bioloji ekspertizasının 02.05.2021-ci il tarixli rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Şəxs aşkar edilmiş madə” yazılar və imzalar olan zəfrdə bir ədəd kağız bükülüdə təmiz çəkisi – 0,121 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkinsindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin zərfdə bir ədəd salfet kağızı bükümündə yarı hissəsi yanmış 1 ədəd siqaretin içərisində təmiz çəkisi – 0,111 qram kütlədə tütünlə yanaşı cüzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri vardır. Cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmadı və onunla müqayisədə tədqiqat aparılmadı. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olması iş materiallarından olan sübutlarla tam təsdiq olunduğundan, o, inzibati xəta törətməkdə təqsirli bilinməlidir. AR İXM-nın 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə Şəxs əməlində AR İXM-nın 206-cı maddəsinin tərkibinin olmasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, törətdiyi əməldən peşman olmasını və törədilən əməlin ictimai təhlükəliliyini nəzərə alaraq məhkəmə hesab edir ki, ona AR İXM-nın 206-cı maddəsinin sanksiyası həddində minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. AR İXM-nın 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilisin və onun barəsində AR İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar