Məhkəmə qərarları › İş №3(009)-1023/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1023/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1023/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakları ilə, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 12 aprel 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Romaşka" marketdə onun iştirakı və məlumatı olmadan orada yoxlama aparımış və inzibati xəta törətməyi barədə 17 mart 2021-ci il tarixdə MN ******* saylı protokol tərtib etmişdir. Bundan sonra 12 aprel 2021-ci il tarixli MN ******* saylı qərar ilə məni İXM-nin 275.2-ci maddəsi ilə 3000 manat cərimə etmişdir. Onun əməlində inzibati xəta tərkibi olmadığı halda o, inzibati məsuliyyətə cəlb olunmuşdur. Onun əleyhinə təqdim olunan sübut qeyri qanuni yolla əldə edilmiş sübutdur və onun inzibati məsuliyyətə cəlb olunmağı üçün əsas deyildir. O, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinə səbəb ola biləcək avadanlıq istifadə etməmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin tələbinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin qanunun 3.2-ci maddəsinin tələbinə görə Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd olunan qanunun 2.1-ci maddəsinə əsasən Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Göründüyü kimi onu inzibati məsuliyyətə cəlb edən dövlət orqanı ona aid olan sahibkarlıq subyektinə ona hər hansı bir məlumat vermədən gəlir və orada müvafiq yoxlama aparır, aparılan yoxlama vahid reyestrdə qeydə alınmır. Özlərinin gətirdiyi qurğu vasitəsi ilə onun iştirakı olmadan guya yoxlama aparır və guya ətrafdakılar üçün səs çirklənməsinə səbəb olan normadan artıq səs aşkar edir. Bununla onu inzibati məsuliyyətə cəlb edirlər. Faktiki olaraq o, barəsində inzibati xəta üzrə iş aparılan şəxs olaraq qanunla verilmiş hüquqlarımdan məhrum olmuşdur. Onun əməlində inzibati xəta tərkibi olmadığı halda məsuliyyətə cəlb olunmuşdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 aprel 2021-ci il tarixli MN ******* saylı qərarının və 17 mart 2021-ci il tarixdə tərtib olunmuş MN ******* saylı protokolun ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 şikayətə etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinə daxil olmuş 23.02.2021-ci il tarixli, Ş- 69 nömrəli məktubun icrası ilə əlaqədar ünvan 1ünvanında yaşayan X5 Ticarət Mərkəzi ilə üzbəüz 1-ci mərtəbədə fəaliyyət göstərən “Ramaşka” marketin havalandırma sistemindən gələn iy-qoxu və səs küy ilə bağlı şikayətinə əsasən 15.03.2021-ci il tarixdə həmin ərazidə monitorinq aparılmışdır. Sabit hava şəraitində keçirilən monitorinq saat 14:50-dən 15:30-dək aparılmışdır. Monitorinq zamanı ərazidə birinci iy-qoxu ilə bağlı ölçmə işləri aparıldı. Həmin işlər Ramaşka marketin havalandırma sisteminin ətraf ərazisində aparılmış və ölçmənin nəticəsi ətraf mühit üçün yolverilən hədd daxilində olmuşdur. Sözü gedən ərazidə səs-küy ilə bağlı ölçmə işləri “X11 PCE-322A” cihazı vasitəsi ilə aparıldı və səs-küylə bağlı ölçmənin nəticəsi Ətraf Mühit üçün yol verilən həddən (67,7 dBA) artıq olmuş, norma isə 60dBA olmalıdır. Hesab edir ki, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 12 aprel 2021-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətini müdafiə edib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 aprel 2021-ci il tarixli MN ******* saylı qərarının və 17 mart 2021-ci il tarixdə tərtib olunmuş MN ******* saylı protokolun ləğv olunmasını, inzibati xəta haqqında iş üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, ölçmə cihazı müvafiq standartlara uyğundur, səs-küyün ölçməsi qaydalara uyğunolaraq çöldə aparılır. Monitorinq zamanı ərazidə birinci iy-qoxu ilə bağlı ölçmə işləri aparıldı. Həmin işlər Ramaşka marketin havalandırma sisteminin ətraf ərazisində aparılmış və ölçmənin nəticəsi ətraf mühit üçün yolverilən hədd daxilində olmuşdur. Sözü gedən ərazidə səs-küy ilə bağlı ölçmə işləri “X11 PCE- 322A” cihazı vasitəsi ilə aparıldı və səs-küylə bağlı ölçmənin nəticəsi Ətraf Mühit üçün yol verilən həddən (67,7 dBA) artıq olmuş, norma isə 60dBA olmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 12 aprel 2021-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan şikayət təmin olunmamalıdır. Belə ki, materiala əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin “Ətraf Mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Fərmanından görünür ki, mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları səs təyziqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən norması 60 dBA qeyd edilmişdir. Materiala əlavə edilmiş 17 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 15 mart 2021-ci il tarixdə ünvan 2 ünvanında “Ramaşka” marketin fəaliyyəti zamanı havalandırma sistemlərinin yaratdığı səs-küylə bağlı ölçmə aparılması nəticəsində normadan artıq olmasına görə “Ramaşka” marketin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin tələbləri pozulmuşdur. Materila əlavə edilmiş 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 12 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Səbail rayonu R.Rza 17 ünvanında “Ramaşka” marketin fəaliyyəti zamanı havalandırma sistemlərinin yaratdığı səs-küy çirklənməsinin müəyyən olunmuş normalarının pozulduğundan “Ramaşka” marketin direktoru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin tələbləri pozulmuş və o, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 ünvanlanmış 19.03.2021-ci il tarixli bildirişdən görünür ki, X4, barəsində tərtib edilmiş 17 mart 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən inzibati xəta haqqında işə baxılması 01 aprel 2021ci il tarixə, saat 10:00-a təyin edilməsi barədə xəbərdarlıq edilmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin 15 mart 2021-ci il tarixli, 0073 nömrəli monitoriunq Aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii SƏrvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinə daxil olmuş 23.02.2021-ci il tarixli, Ş-69 nömrəli məktubun icrası ilə əlaqədar ünvan 1ünvanında yaşayan X5 Ticarət Mərkəzi ilə üzbəüz 1-ci mərtəbədə fəaliyyət göstərən Ramaşka marketin havalandırma sistemindən gələn iy-qoxu və səs küy ilə bağlı şikayətinə əsasən 15.03.2021-ci il tarixdə həmin ərazidə monitorinq aparılmışdır. Sabit hava şəraitində keçirilən monitorinq saat 14:50-dən 15:30-dək aparılmışdır. Monitorinq zamanı ərazidə birinci iy-qoxu ilə bağlı ölçmə işləri aparıldı. Həmin işlər Ramaşka marketin havalandırma sisteminin ətraf ərazisində aparılmış və ölçmənin nəticəsi ətraf mühit üçün yolverilən hədd daxilində olmuşdur. Sözü gedən ərazidə səs-küy ilə bağlı ölçmə işləri “X11 PCE-322A” cihazı vasitəsi ilə aparıldı və səs-küylə bağlı ölçmənin nəticəsi Ətraf Mühit üçün yol verilən həddən (67,7 dBA) artıq olmuş, norma isə 60dBA olmalıdır. Həmçinin həmin Aktdan görünür ki, ərazidə ölmə işləri aparılan zaman “Ramaşka” marketin nümayəndəsinin iştirakı təmin edilmiş o, Aktdı imza etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə araşdıması zamanı müyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinə daxil olmuş 23.02.2021-ci il tarixli, Ş-69 nömrəli məktubun icrası ilə əlaqədar ünvan 1ünvanında yaşayan X5 Ticarət Mərkəzi ilə üzbəüz 1-ci mərtəbədə fəaliyyət göstərən Ramaşka marketin havalandırma sistemindən gələn iy-qoxu və səs küy ilə bağlı şikayətinə əsasən 15.03.2021-ci il tarixdə həmin ərazidə monitorinq aparılmışdır. Sabit hava şəraitində keçirilən monitorinq saat 14:50-dən 15:30dək aparılmışdır. Monitorinq zamanı ərazidə birinci iy-qoxu ilə bağlı ölçmə işləri aparıldı. Həmin işlər Ramaşka marketin havalandırma sisteminin ətraf ərazisində aparılmış və ölçmənin nəticəsi ətraf mühit üçün yolverilən hədd daxilində olmuşdur. Sözü gedən ərazidə səs-küy ilə bağlı ölçmə işləri “X11 PCE-322A” cihazı vasitəsi ilə aparıldı və səs-küylə bağlı ölçmənin nəticəsi Ətraf Mühit üçün yol verilən həddən (67,7 dBA) artıq olmuş, norma isə 60dBA olmalıdır. Göründüyü kimi vətəndaş Cəmilə Şəfiyevanın şikayətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 17 ünvanında monitorinq aparılmış və Səbail rayonu R.Rza 17 ünvanında “Ramaşka” marketin fəaliyyəti zamanı havalandırma sistemlərinin yaratdığı səs-küy çirklənməsinin müəyyən olunmuş normalarının pozulduğu aşkar edilmişdir. Bununla da 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında X6 barəsində 12 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qanuni və əsaslı qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə “Ramaşka” marketdə inzibati xəta hadisəsinin olması tam sübuta yetirildiyindən, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, X2 şikayətində göstərdikləri məhkəmə tərəfindən özünü müdafiə xarakterli kimi qəbul edərək əsassız sayır. Məhkəmə X2 şikayətində göstərdiklərini onun hüququ kimi qəbul edir və onun dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, onunla razılaşmaq olmaz. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 275.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 12 aprel 2021-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 12 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar