Məhkəmə qərarları › İş №3(009)-1025/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1025/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1025/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ota təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi, ev 8 YAT, mənzil 105-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsndən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs 03.05.2021-ci il tarixdə saat 14:40 radələrində Səbail rayonu, “Axundov” parkının yaxınlığında xidmət aparan yol patrul xidmətinin əməkdaşlarını təhqir etmiş, polisin qanuni tələblərinə tabe olmamış və polisə müqavimət göstərmişdir. Bununla da Şəxs AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, 03.05.2021-ci il tarixdə saat 12:40 radələrində “Axundov” parkının yanında dostu Elnur orda duran yol polisinə bildirdi ki, polis əməkdaşının siqaret çəkən yerdə şəkilini çəkmişdir. Həmin yerdən uzaqlaşıb yolu keçərkən polis əməkdaşı ona yaxınlaşaraq yolu qadağan olunmuş yerdən keçdiyi üçün xəta törətdiyini bildirmiş. Bununla bağlı ona etiraz etmiş və mübahisə yaranmış, şəxsiyyətini polisə təqdim etməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını və şahid ifadələrini dinləyib, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXMnın 535.1-ci maddəsinin tərkibi mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, Səbail rayonu, “Axundov” bağının yanında xidmət apararkən bir nəfər şəxsin avtomaşını qadağan olunmuş yerdə saxlamaq istədiyini görüb orada dayanmamasını bildirmişdir. Həmin şəxs bir gün əvvəl də tibbi maska taxmama səbəbindən və həmin yerdə saxlamaqla bağlı qanunu pozduğuna görə cərimələnməsini bildirmişdir. Bu vaxt digər polis əməkdaşı tibbi maskanı çıxarıb su içdiyi yerdə həmin şəxs onun şəklini çəkmiş və sosial şəbəkədə yayacağını bildirmişdir. Sonra yolu qadağan olunmuş yerdən keçmişdir. Onunla birlikdə digər bir şəxsdə də olmuşdur. O həmin şəxslərə yaxınlaşıb yolu düzgün keçməmə ilə bağlı inzibati xəta törətdiklərini bildirmiş və müvafiq protokol tərtib edəcəyini dedikdə həmin şəxslər ona müqavimət göstərməyə, onun qanuni tələblərinə tabe olmayıb şəxsiyyətini təqdim etməkdən imtina etmişlər. E.Həmidov həmin yerdən qaçaraq kənardan telefonla çəkiliş aparmağa başlamış, Şəxs isə şəxsiyyətini təqdim etməkdən imtina etmişdir. Bu səbəbdən həmin yerə 9-cu polis bölməsinin əməkdaşlarını dəvət etmiş və müvafiq raport tərtib etmişdir. Beləliklə tərtib edilmiş protokolla, raportla və şahid ifadəsi ilə Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inizbati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inizbati xəta törədən şəxsin şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq Şəxs AR İMX-nın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar