Məhkəmə qərarları › İş №3(009)-1025/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1025/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1025/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, Barəsində X6 haqqında qərar qəbul olunmuş şəxs X1 iştirakları ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 26 yanvar 2025-ci il tarixli, AYN ******* saylı qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində X6 haqqında qərar qəbul olunmuş X2 məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən onun barəsində qəbul edilmiş 26 yanvar 2025-ci il tarixli, AYN ******* saylı X6 haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona məxsus FİAT FREEMONT markalı 99XH946 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Bünyad Sərdarov küçəsində (iran səfirliyinin yanı) avtomobili park etdiyinə görə barəsində AYN № ******* nömrəli X6 X5 tərtib olunmuşdur. Qərara əlavə olunmuş şəkillərdən aydın görünür ki, ödənişli parklanmaya dair yol nişanı "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53 XİV (Ödənişli parklanma yerlərində hər kəs üçün aydın görünən yerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir: parklanma məntəqəsinin nömrəsi, zonası, ödənişli parklanma müddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları; ödənişli parklanma yerlərindən istifadə etmək üçün yaradılmış xüsusi proqram təminatının QR-kodu; parklanma qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri barədə xəbərdarlıq.) bəndinin tələblərinə zidd olaraq yerləşdirilmiş və sürücü tərəfindən tamamilə görünməz yerdə quraşdırılmışdır. Eyni zamanda, avtomobilin arxadan çəkilmiş fotosundanda aydın görsənir, ki avtomobilin qarşısında quraşdırlmış yol nişanı tamamilə görünmür və qərara əlavə olunmuş digər iki fotoşəkillərə baxdıqda aydın olur, ki ağacın tam arxasında yerləşdirilib. Nəzərə alsaq, ki, avtomobilin hündürlüyü 169 sm təşkil etdiyi halda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 61-ci maddəsinin Vİİİ bəndinə uyğun olaraq yol nişanının alt hissəsindən örtüyə qədər olan məsafə yaşayış məntəqələrində 2-4 metr təşkil edir və beləliklə yol nişanının qaydalara uyğun quraşdırıldığı təqdirdə arxadan çəkilən şəkildə yol nişanı avtomobilin qabağında açıq aydın görünməli idi, Qərara əlavə olunmuş fotoda bu yol nişanı müşahidə edilmir. Əlavə olaraq, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 66-cı maddəsinin İİİ bəndinə zidd olaraq yolun hərəkət hissəsində nişanlama ödənişli parklanma yol nişanının təsir dairəsindən sonra deyil, ondan öncə həyata keçirilmişdir və bununla bağlı əlavə məlumatverici məlumat yol nişanında əks olunmadığı üçün park etdiyi avtomobil ödənişli parklanma nişanının təsir dairəsindən kənarda park edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsinə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində X6 haqqında qərar qəbul olunmuş şəxs X2 şikayətini müdafiə edərək, onun təmin olunmasını və 26 yanvar 2025-ci il tarixli, AYN ******* saylı X6 haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 26 yanvar 2025-ci il tarixli, AYN ******* saylı qərarı ilə xx.xx.1976-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, FİAT minik markalı 99XH946 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 20 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X1, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 26 yanvar 2025-ci il tarixli, AYN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 26 yanvar 2025-ci il tarixli, AYN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar