Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1028/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 28 aprel 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş Səbail RPİ-nin Təhqiqat Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05.04.2021-ci il tarixli qərarından görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 16.03.2021-ci il tarixdə saat 23:30 radələrində özünə məxsus “FORD FOCUS” minik markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Ziya Yusifzadə küçəsi ilə Sara Qədimova küçəsinin kəsişməsinə doğru hərəkət edərək, ehtiyatsızlıq edib Ziya Yusifzadə küçəsinə “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq həmin kəsişməyə daxil olmuş, bu zaman sol istiqamətdən, yəni Sara Qədimova küçəsindən Ziya Yusifzadə küçəsinə daxil olan sürücü X1 idarə etdiyi, ona məxsus “BMW 228 Xİ” minik markalı, **-VY-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində BMW markalı avtomobilin sərnişin olan X2 dərəcəsi təyin edilməyən bədən xəsarəti almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, X2 izahatı alınmış və o, izahatında bildirmişdir ki, 16.03.2021-ci il tarixdə saat 23:30 radələrində qohumu Süleymana məxsus “BMV minik markalı avtomobil ilə Bakı şəhəri Səbail rayonu Neftçi Qurban küçəsi ilə hərəkət edib Sara Qədimova küçəsinə daxil olub, Ziya Yusifzadə küçəsinə doğru hərəkət etmişlər. Süleyman onu evə aparmış və həmin zaman avtomobildə qabaq sağ tərəfdə sərnişin qismində əyləşmişdir. Belə ki, Sara Qədimova küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsinə çatdıqda gözlənilmədən sağ tərəfdən hərəkət edən Ford marakalı avtomobil qəflətən qarşılarına çıxdığı üçün həmin avtomobillə toqquşmaları nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o bir qədər başında ağrılar hiss etdiyi üçün Süleyman onu avtomobildən düşürdüb yaşadığı evə yola salmışdır. Bundan sonra o evə gəlmiş və bununla bağlı heç bir xəstəxanaya müraciət etməmişdir. Hal-hazırda yaxşıdır və özünü normal hiss edir.Həmin zaman Süleyman avtomobili 20-30 s/km sürəti ilə idarə etmişdir. Hadisə qəflətən olduğu üçün təhlükənin hansı məsafədə yaranmasını görməmiş və bilmir. Baş vermiş hadisə zamanı başında və sağ ayağında bir qədər xəsarətlər var. Lakin bununla bağlı hər hansı bir tibb müəssəsinə müraciət etməmişdir. Hadisə ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə-tibbi ekspertizanın 131 saylı 19.03.2021-ci il tarixli rəyinə əsasən, X2 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ diz oynağı nahiyəsinin ön səthinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16.03.2021-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bununlada, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsini görə, xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi ziyan vurulmasına görə) inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün Səbail RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırki işdən isə görünür ki, Şəxs 16.03.2021-ci il tarixdə saat 23:30 törətdiyi yol nəqliyyat hadisəsi zamanı nə yüngül dərəcəli bədən xəsarəti, nə də maddi zərər aşkar edilməmişdir. Həmçinin bununla bağlı (bədən xəsarəti və maddi zərər) iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Halbu ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göründüyü kimi Şəxs barəsində tərtib edilmiş 28 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol natamamdır. Bu natamamlığı isə işə baxılarkən aradan qaldırmaq mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4.-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol protokol və toplanmış material tamamlanması üçün Səbail RPİ-nin DYPŞ-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 28 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Səbail Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1028/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1028/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver