Məhkəmə qərarları › İş №3(009)-1029/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1029/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1029/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu X2 Elman Şahsuvar oğlu barəsində tərtib etdiyi MN ******* saylı, 27 yanvar 2019-cu -ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və toplanmış materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu X2 Elman Şahsuvar oğlu barəsində tərtib etdiyi MN ******* saylı, 27 yanvar 2019-cu -ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və toplanmış material məhkəməyə daxil olmuşdur. Məhkəmə materialı araşdıraraq hesab edir ki, Şəxs oğlu barəsində inzibati xəta haqqında material Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materialdan görünür ki, 29 yanvar 2021-ci il tarixdə, YPX əməkdaşı Şəxs oğlu barəsində Bakı, Nəsimi 25 küçəsində yol hərəkəti qaydasını pozduğuna görə inzibati protokol tərtib etmişdir. İş materiallarından görünür ki, 19 yanvar 2019-cu il tarixdə Səbail rayonu, T.Əliyarbəyov küçəsində qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğuna görə Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə tənbeh növü seçilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, həmin inzibati tənbeh vermə haqqında qərar icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmiş, 28 dekabr 2020-ci ildə icra sənədi borclunun adına daşınar və daşınmaz əmlak, rəsmi iş yeri, bank hesabları və digər qiymətli kağızlar aşkar edilmədiyindən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara rayon (şəhər) məhkəmələri tərəfindən baxılması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı»nın 2.1-ci bəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarına aid edilmişdir (həmin bənddə bu işə baxmağa səlahiyyətli edilmiş daxili işlər orqanlarının vəzifəli şəxsləri qeyd olunur). Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti Azərbaycan Respublikasının X1 halda inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Göründüyü kimi, Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə tərtib etdiyi MN ******* saylı, 27 yanvar 2019-cu -ci il tarixli inzibati xəta haqqında iş məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu X2 Elman Şahsuvar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə tərtib etdiyi MN ******* saylı, 27 yanvar 2019-cu -ci il tarixli material və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu X2 Elman Şahsuvar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə tərtib etdiyi MN ******* saylı, 27 yanvar 2019-cu -ci il tarixli material Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə geri qaytarılsın. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar