Məhkəmə qərarları › İş №3(009)-1029/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1029/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1029/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 16 iyun 2022-ci il tarixli 00100-1168/22 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Əlcəzairin "X6” şirkətindən X2 “X5 & Export F.Z.E.” şirkətinin tapşırığı ilə SD606LQ/00450K nömrə nişanlı yük avtomaşınının üzərində olan MNBU ******* nömrəli konteynerdə 011/2022 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********2957 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə netto çəkisi 22000,00 kq bəyan edilən qurudulmuş xurma yükünə xx.xx.2022-ci il tarixdə “Meyvəli” bazarında yerləşən anbarda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmiş **********2957 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından sözügedən yükün netto çəkisinin 22000,00 kq deyil, 23170,00 kq olduğu, yəni yükün netto çəkisinin 1170,00 kq artıq olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 fevral 2015-ci il tarixli 100/026 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının Metodologiyası"na əsasən malların migdar uçotu beynəlxalq ticarət statistikasının əsas göstəricilərindən biridir və onların fiziki xarakteristikasını əks etdirir. Əsas miqdar ölçüsü malın çəkisi hesab olunur və gömrük bəyannaməsində göstərilən netto çəki əsasında kiloqramla ifadə olunur. Gömrük statistikasında malların miqdar uçotunun aparılması üçün XİFMN-də göstərilən standart migdar uçotu vahidləri tətbiq olunur. Bu Metodologiyanın tələblərinin 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin gablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına qədər onun ayrılmaz hissəsi olan qablaşdırma, məsələn, şüşə qablarda içkilər, ətir, dərman vasitələri, qutuda siqaret, çay və s.) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan malın çəkisi nəzərdə tutulur. Aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən **********2957 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən xurma yükünün netto çəkisinin 22000,00 kq deyil, 23170,00 kq olduğu, yəni 1170,00 kq artığ olduğu (malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alındığından) təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təgdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhgigat İdarəsinin Təhqiqat Şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/011582 saylı xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq şöbəyə daxil olmuş 34/012/012104 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən xurma yükünün netto çəkisinin 22000.00 kq deyil, 23170,00 kq olduğu təqdirdə **********2957 sorğu nömrəli xx.xx.2022-ci il tarix gömrük bəyannaməsi üzrə MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 514,50 manat, ƏDV üzrə 710,01 manat olmaqla, ümumilikdə 1224,51 mane təşkil edəcəkdir. Beləliklə də, Şəxs MMC **********2957 sorğu nömrəli xx.xx.2022-ci il tarix gömrük bəyannaməsi üzrə ümumilikdə 1224,51 manat məbləğində gömrük ödənişlərin ödənilməsindən yayınmışdır. Bundan əvvəl Şəxs MMC tərəfindən gömrük ödənişlərin ödənilməsindən yayınma faktlarına görə xx.xx.2022-ci, xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq 00100- 0999/22, 00100-1044/22, 00100-1046/22, 00100-1160/22 saylı işlər üzrə icraat başlanılmış və MMC barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəmə orqanın göndərilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “Xocasən” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Əlcəzair Respublikasından AZ1040, ünvan 3 ünvanında qediyyatda olan Şəxs adına daxil olmuş **********2957 nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə xx.xx.2022-ci il tarixində Meyvəli bazarındakı anbarda gömrük baxışı həyata keçirilmişdir. "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X3 tərəfindən gömrük orqanına təqdim olunmuş **********2957 nömrəli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından “qurudulmuş xurma” yükünün netto çəkisinin 1170 kq artıq olduğu aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov ŞTQ, keçid 159Ş ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********2957 nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X3 tərəfindən gömrük orqanına təqdim olunmuş **********2957 nömrəli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından “qurudulmuş xurma” yükünün netto çəkisinin 1170 kq artıq olduğu aşkar edilmişdir. **********2957 nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində düzgün bəyan edilməyən yüklər Meyvəli bazarındakı anbarda ayrıca təyin edilmiş yerə yığılıb polietilen örtüklə sarılaraq AA918678, AA918679, AA918680, AA918681 nömrəli stikerlərlə gömrük təminatına alındı. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəis tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC tərəfindən SD606LO/OO450K nömrə nişanlı yük avtomaşınında 011/2022 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi üzrə idxal edilmiş “Xurma” yükünün netto çəkisinin 22000 kq deyil, 23170 kq olduğu təqdirdə ”SHAKH CHEREZ” MMC tərəfindən **********2957 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərini məbləği idxal gömrük rüsumu - 514.5 AZN, Əlavə dəyər vergisi-710.01 AZN, Cəmi -1224.51 AZN təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 izahatı alınmış, o, izahatında direktoru olduğu MMC müxtəlif ölkələrdən qida məhsullarının idxalını, sonradan həmin malların daxili bazarda topdan və pərakəndə satışını həyata keçirir, xx.xx.2022-ci il tarixdə “Shakh Cherez" MMC-nin ünvanına Əlcəzairin “X6” şirkətindən X2 “X5 & Export F.Z.E.” şirkətinin tapşırığı ilə SD6Q6LO/OO45K nömrə nişanlı yük avtomaşınının üzərində olan MNBU ******* nömrəli konteynerdə qurudulmuş xurma yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük idarəsində **********2957 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, malların gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman gömrük ödənişləri ödənildikdən sonra sənəd məmuru tərəfindən gömrük bəyannaməsi emal edilmiş, sonradan gömrük bəyannaməsi buraxılışa verilmiş qeyd edilən mallar Şəxs MMC tərəfindən sifariş edilmiş, MMC-yə məxsusdur, idxal edilən mallar Şəxs MMC və X2 “X5 & Exc F.Z.E.” şirkəti arasında bağlanmış SC 003/2022 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasın sifariş edilmiş, idxal edilmiş mallara görə ödənişlər X2 “X5 & Export F.Z.E.” şirkətinə qabaqcadan tam şəkildə həyata keçirilmiş, idxal edilmiş mallara dair mal-müşayiət sənədləri göndərildikdən sonra şirkət tərəfindən həmin mallara dair **********2957 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi gömrük orqanı malların rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün təgdim edilmiş, mallara gömrük yoxlam həyata keçirilərkən 1170,00 kq artıq çəki aşkar edilmiş, həmin çəki xurmanın netto çəkisi de qablasdırılmasının çəkisidir, yəni brutto çəkisidir, artıq aşkar edilən 1170,00 kq malların netto çəkisinə aid olmadığından şirkət tərəfindən gömrük orqanına təqdim edilmiş bəyannamədə həmin çəki netto çəkidə qeyd edilməmiş, Şəxs MMC tərəfindən həmin mallar qutu sayı ilə sifariş edilmiş, SD606LQ/00450K nömrə nişanlı yük avtomaşınının üzərində olan MNBU ******* nömrəli konteynerdə 5 kq-lıq 2000 ədəd qutunun (10000 kq), 1 kq-lıq 6000 ədəd kiçik qutudan (500 ədəd böyük qutunun, cəmi 6000 kq) və 0,500 kq-lıq 12000 ədəd kiçik qutunun (1000 ədəd böyük qutunun, cəmi 6000 kq) göndərilməsi nəzərdə tutulmuşdur, həmin qutularda olan xurmanın xalis çəkisi, yəni netto çəkisi isə ümumilikdə 22000,00 kq təşkil edir, sözügedən mallara görə gömrük yoxlaması həyata keçirilərkən SD606LO/QO45QK nömrə nişanlı yük avtomaşınının üzərində olan MNBU ******* nömrəli konteynerdə olan malların həqiqətən də 5 kq-lıq 2000 ədəd qutudan (10000 kq), 1 kq-lıq 6000 ədəd kiçik qutudan (500 ədəd böyük qutudan, cəmi 6000 kq) və 0,522 kq-lıq 12000 ədəd kiçik qutudan (1000 ədəd böyük qutudan, cəmi 6000 kq) ibarət olduğu müəyyən edilmiş, beləliklə də, nəqliyyat vasitəsində olan malların qutu sayısı, yer sayısı **********22957 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində göstərilənlərlə uyğunluq təşkil etmişdir. Həmçinin, o izahatında göstərmişdir ki, elektron qaimələrə əsasən şirkət tərəfindən xurma yükünün satışı həyata keçirilərkən onların xalis çəkisi nəzərə alınır, yəni qablaşdırılması nəzərə alınmadan satışı həyata keçirilir, bir gənc sahibkar olduğunu nəzərə alaraq bununla bağlı köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 1224.51 (bir min iki yüz iyirmi dörd manat əlli bir qəpik) AZN gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 857 AZN (səkkiz yüz əlli yeddi) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar