Məhkəmə qərarları › İş №3(009)-103/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-103/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-103/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X2 qızının katibliyi, Qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 24 dekabr 2023cü il tarixli, EQ 18653456 saylı qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18653456 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasmm Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18653456 saylı inzibati tənbeh vermə haqqmda elektron qərarla barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə mənə 20 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Aşağıda qeyd edilənlərə görə həmin inzibati tənbeh vermə haqqmda qərar ləğv edilməli və inzibati xəta haqqmda iş üzrə başlanmış icraata xitam verilməlidir. xx.xx.2023-cü il tarixli, EQ 18653456 saylı inzibati tənbeh vermə haqqmda elektron qərara əsasən inzibati xəta hadisəsinin xx.xx.2023-cü il tarixdə .örədildiyi göstərilmişdir. Həmin inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir və inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilsə də onun elektron kabinetinə həmin qərar deyil, sadəcə inzibati xəta haqqında və qərar haqqında bəzi məlumatlar yerləşdirilmişdir. Beləliklə, inzibati orqan elektron kabinetə müvafiq vəzifəli şəxsin elektron imzası ilə təsdiq edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar əvəzinə, sadəcə həmin qərar və inzibati xəta haqqında məlumatları yerləşdirmişdir. Belə olduğu halda, yəni inzibati orqan tərəfindən AR İXM-nin 38.6.-cı maddəsinin tələbləri pozularaq inzibati xətanın törədildiyi gündən bir gün müddətində inzibati tənbeh vermə haqqında elektron qərar onun elektron kabinetimə yerləşdirilmədiyindən, o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmənin diqqətinə çatdırır ki, xx.xx.2023-cü il tarixli, EQ 18653456 saylı inzibati tənbeh vermə haqqında elektron qərar elektron kabinetimə yerləşdirilmədiyindən həmin qərarın surətini şikayətə əlavə edə bilmir. Odur ki, şikayətə obyektiv baxılması və bütün halların ətraflı araşdırılmasından ötrü tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətə əsasən həmin qərar məhkəmə tərəfindən əldə edilməlidir. Qeyd edir ki, inzibati tənbeh vermə haqqında elektron qərara əsasən inzibati xətanın Bakı şəhərinin Səbail rayonunda törədildiyini nəzərə alaraq şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilir. Yuxarıdakılara görə, AR İnzibati Xətalar Məcəlləsinin 38.6., 128.2.3., 129.1.3., 135-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18653456 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin nümayəndəsi Nümayəndə1 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 24 dekabr 2023-cü il tarixli, EQ 18653456 saylı qərarı ilə xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X3, dayanma və ya durma qaydalarının pozulmasına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 20 manat məbləğində cərimə edilmə növü haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkuldən görünür ki, Mercedes Benz GLC 300 4 Matic minik markalı, 99KV030 dövlət qeydiyyat nişanlı nəqliyyat vasiətəsinin sürücüsü Səbail rayonu, Bülbül prospekti ünvanında nəqliyyat vasitəsini 03 dəqiqədən artıq saxlamış və dayanmaq və durmaq qadağandır (3.27) nişanının tələbini pozmuşdur. Odur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən haqlı olaraq X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmmiyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında islər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə Müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X1, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 24 dekabr 2023-cü il tarixli, EQ 18653456 saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 24 dekabr 2023-cü il tarixli, EQ 18653456 saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar