Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1030/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 12.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və ona əlavə olunmuş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, protokol və digər sənədlər aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 12.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs 12.10.2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində komendant rejimi qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. Materiala əlavə edilmiş arayışdan görünür ki, Şəxs 12.10.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. O, barəsində 50 (əlli) manat məbləğində cərimə qərarı qəbul edilərkən qərarla razı olmasına baxmayaraq cəriməni ödəmədiyindən, toplanmış material baxılması üçün Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xəzər rayon icra şöbəsinin icra sənədin geri qaytarılması haqqında 25.02.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 12.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun sistemdə mövcud olmaması, həmçinin borclu Şəxs barəsində şəxsiyyət vəsiqəsi məlumatları uyğun gəlməməsi səbəbindən geri qaytaılmışdır. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 12.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının icra edilmədən geri qaytarılması məhkəmə araşdırmasının predmeti deyil. Belə ki, məhkəmə o, vaxt icra sənədinin icra edilmədən geri qaytarılması qərarı barədə tədbirlər görə bilər ki, həmin icra sənədi məhkəmə tərəfindən verilmiş olsun. Hazırki işdən isə görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı Bakı şəhər Səbail RPİ-nin 9cu Polis Bölməsi tərəfindən Bakı şəhər Xəzər rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 12.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun icra məmuru tərəfindən geri qaytarılması, həmin icra sənədinin icra edilməməsi kimi qiymətləndirilə bilməz. Hesab edirəm ki, Xəzər rayon icra şöbəsinin icra sənədin geri qaytarılması haqqında 25.02.2021-ci il tarixli məktubunda göstərilənlərə dəqiq nəzər yetirildikdə və orada göstərilən çatışmazlıqlar aradan qaldırıldıqda, qeyd edilən icra sənədinin icrasına nail olmaq mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 12.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və ona əlavə olunmuş materiallar baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 12.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və ona əlavə olunmuş materiallar geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1030/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1030/2021
05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver