Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1032/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23311937 saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə baxaraq, MÜƏYYƏNETDİ: X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23311937 saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 ərizə ilə müraciət edərək icraatda olan 3(009)-1032/2025 saylı iş üzrə şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxsin ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 106, 109 və 118-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23311937 inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1032/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1032/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver