Məhkəmə qərarları › İş №3(009)-1033/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1033/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1033/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İİ qrup əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 03 may 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03.05.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis kapitanı X2 izahatında göstərmişdir ki, 03.05.2021-ci il tarixdə o, xidmət yoldaşı ilə inzibati ərazidə xidmətdə olduğuqları zaman, DİN-nin qarşısında bir nəfər şəxs uca səslə səs-küy salaraq əlində benzin yanacağını tutaraq özünü yandırmaqla komendant xidmətinin əməkdaşlarını təhqir edib, hədələyərək onların iş fəaliyyətini pozduğu üçün həmin şəxsə yaxınlaşmışlar və həmin vətəndaşa dəfələrlə xəbərdarlıq edib sakitləşdirməyə çalışsalar da, həmin şəxs hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən həmin şəxs bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, 03.05.2021-ci il tarixində günorta saatlarında Bakı şəhəri Xalqlar Dostluğu metrostansiyasının ətrafında kafelərin birində spirtli içki qəbul etmiş, bu zaman Xətai Səbail RPİ-nin 34-cü polis bölməsində onun şikayəti üzrə aparılan araşdırma yadına düşmüş və avtomaşının yük yerində qabda olan benzini götürüb taksi ilə DİN qarşısına gəlmişdir. O, həmin ərazidə benzini üzərinə tökmüş və bu zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmışlar və ona dəfələrlə xəbərdarlıq edib sakitləşdirməyə çalışsalar da, o, içkili olduğundan hərəkətlərini dərk etməmişdir. Əməlindən peşman olduğunu və İİ qrup əlillik dərəcəsi olduğunu nəzərə alaraq ona yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru O.Əkbərov və Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin əməliyyat müvəkkili N.Qurbanov tərəfindən yazılmış 03.05.2021-ci il tarixli raportdan görünür ki, 03.05.2021-ci il tarixdə onlar inzibati ərazidə xidmətdə olduğuqları zaman, DİN-nin qarşısında bir nəfər şəxs uca səslə səs-küy salaraq əlində benzin yanacağını tutaraq özünü yandırmaqla komendant xidmətinin əməkdaşlarını təhqir edib, hədələyərək onların iş fəaliyyətin pozduğu üçün həmin şəxsə yaxınlaşmışlar və həmin vətəndaşa dəfələrlə xəbərdarlıq edib sakitləşdirməyə çalışsalar da, həmin şəxs hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən həmin şəxs bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair 03 may 2021-ci il tarixli, 2/5492 nömrəli protokola əsasən Şəxs orta dərəcəli alkoqol sərxoşluğunun olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin elekton sistemdən çıxarılmış məlumatdan görünür ki, Şəxs İİ qrup əlillik təyin edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 03.05.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, həmçinin Şəxs İİ dərəcəli əlilliyinin olmasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs 03.05.2021-ci il tarixdən 04.05.2021-ci il tarixədək inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar