Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1034/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 04 may 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasının qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 04 may 2021-ci il tarixli, AZA 014770 nömrəli protokoldan görünür ki, Şəxs 04.05.2021-ci il tarixdə, saat 09:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis kapitanı X4 izahatında göstərmişdir ki, bir nəfər şəxs 04.05.2021-ci il tarixdə, saat təxminən 09:20 radələrində Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasının qəbul otağına yaxınlaşmaq istəmiş, lakin ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq pandemiya ilə əlaqədar qəbul otağının fəaliyyət göstərmədiyini, müraciətini onlyan və ya məktub vasitəsilə etməli olduğunu bildirsələr də, həmin şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq səs-küy salmağa və hədə-qorxu gəlməyə başlamışdır. Bu səbəbdən o, bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, qonşuları ilə arasında olan torpaq və s. mübahisələrin həlli ilə bağlı 04.05.2021-ci il tarixdə, saat təxminən 09:20 radələrində Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasına daxil olmuş, ona qəbul üçün qəbul otağına yaxınlaşmalı olduğu bildirilmiş, o, isə əlində olan benzin şüşəsini göstərməklə özünü yandıracağını bildirmiş, bu zaman mühafizə xidmətinin əməkdaşı ərazidə xidmət aparan polis əməkdaşlarını çağıraraq onun əlindən benzini almış və onu polis əməkdaşlarına təhvil vermiş, onu polis bölməsinə aparmışlar. Hazırda əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı X1 izahatında göstərmişdir ki, o və xidmət yoldaşı Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasının ətrafında xidmət aparan zaman bir nəfər şəxs 04.05.2021-ci il tarixdə, saat təxminən 09:20 radələrində Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasına daxil olaraq qəbula gəldiyini bildirərək bununla bağlı mübahisə etməyə başlamış və əlindəki benzin şüşəsini göstərib qəbul edilməyəcəyi halda özünü yandıracağını bildirmişdir. Orada ona qanuni tələblərə tabe olmasını bildirilsə də, o, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinə gətirilmişdir. Orada həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail RPİ-nin PPXB-nin polis nəfərləri N.Nurullayev və V.Yusubov tərəfindən yazılmış 04 may 2021-ci il tarixli raportdan görünür ki, onlar Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasının ətrafında xidmət aparan zaman bir nəfər şəxs 04.05.2021-ci il tarixdə, saat təxminən 09:20 radələrində Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasının qəbul otağına yaxınlaşaraq qəbul olunmasını tələb edərək səs-küy salmış, həmin şəxsi sakitləşdirməyə çalışsalar da, onların qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən o, bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 04.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının inzibati binasına daxil olmaqla qəbulla bağlı mübahisə etmiş və polis əməkdaşnın qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə, Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 04 may 2021-ci il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 04 may 2021-ci il tarixdən, saat 09:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1034/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1034/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver