Məhkəmə qərarları › İş №3(009)-1036/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1036/2022

22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1036/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Səbail RPİ-nin 8-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş 22 iyun 2022-ci il tarixli, MN ******* saylı və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə inspektoru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə X7 və X8 Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək onlara məxsus avtomobilin Namiq adlı şəxs tərəfindən cızıldığını bildirmiş və həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması barədə qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İXM 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qərar icra olunması üçün ona həvalə edilmişdir. Zərərçəkmiş şəxslərin izahatları, habelə kamera görüntüləri vasitəsi ilə müəyyən olunmuşdur ki, özgə əmlakını zədələyən şəxs Şəxsdur. Hadisə nəticəsində X4 600 manat, X5 isə 280 manat məbləğində maddi ziyan dəymişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında 22 iyun 2022-ci il tarixli, MN ******* saylı və 22 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki, X7 və X3 onunla düşmənçilik münasibəti var. Bu səbəbdən də bu işi qurublar. Onların əmlaklarını zədələməmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, özünə və X4 məxsus avtomobilin cızılması halları bir neçə dəfə olmuşdur. Bu səbəbdən də həmin şəxsin müəyyən etmək üçün onlar tərəfindən təhlükəsizlik kamerası quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə saat 22:15 radələrində yaşadığı evin qarşısında saxladığı özünə məxsus Mercedes markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşının qonşusu Namiq Bünyatov tərəfindən cızıldığını müəyyən etmişdir. Bu hadisə həyətdə quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış və həmin görüntüyə baxarkən müəyyən edilmişdir. Hadisə nəticəsində ona 280 manat maddi zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirmişdir ki, özünə və X5 məxsus avtomobilin cızılması halları bir neçə dəfə olmuşdur. Bu səbəbdən də həmin şəxsin müəyyən etmək üçün onlar tərəfindən təhlükəsizlik kamerası quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə saat 22:15 radələrində yaşadığı evin qarşısında saxladığı özünə məxsus Mercedes markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomaşının qonşusu Namiq Bünaytov tərəfindən cızıldığını müəyyən etmişdir. Bu hadisə həyətdə quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış və həmin görüntüyə baxarkən müəyyən edilmişdir. Hadisə nəticəsində ona 600 manat maddi zərər dəymişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında hadisənin videogürüntülərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, videogörüntü 01 dəqiqə 53 saniyədən ibarətdir. Görüntünün 01:32 saniyəsində Şəxs tərəfindən X4 məxsus Mercedes markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil cızılaraq zədələnir. Məhkəmə tərəflərin izahatını dinləyərək, hadisənin videogörüntülərinə baxaraq və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında 22 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısında X5 məxsus Mercedes markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən cızmışdır. İş materiallarında 22 iyun 2022-ci il tarixli MN seriyalı 13731334 nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanının qarşısında X4 məxsus Mercedes markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən cızmışdır İş materiallarında olan 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əmlakı zədələmiş naməlum şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi haqqında arayışdan görünür ki, Mercedes markalı ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 600 manat təşkil edir. İş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi haqqında arayışdan görünür ki, Mercedes markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 280 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs vətəndaş X4 məxsus Mercedes markalı ** HT *** dövlət qeydiyyat nişanlı və X5 məxsus Mercedes markalı ** EB *** dövlət nömrə nişanlı avtomobili cızaraq zədələməsi nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 880 (səkkiz yüz səksən) manat maddi ziyan dəymiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXMnin 232-1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilməməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli izahat kimi qəbul edilir və əsassız sayılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 25, 31, 43, 114, 115, 128.2.1, 130.1 və 232-1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 880 (səkkiz yüz səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar