Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1037/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ö/t yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 8-ci PB-si tərəfindən tərtib edilmiş 05 may 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs 05 may 2021-ci il tarixdə, saat 18:30 radələrində ünvan 3 ünvanında telefonla yüksək səslə danışaraq nalayiq ifadələr işlətdiyinə görə ona yaxınlaşan mülki geyimdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Səbail RPİ-nin 8-ci PB-nin sahə inspektoru X3 protokolu müdafiə edərək izahatında bildirdi ki, 05 may 2021-ci il tarixdə, saat 18:30 radələrində ünvan 3 ünvanında PB-nin əməkdaşları Anar Allahyarov və Rəşad Quliyev bir nəfər şəxsin əsəbi halda telefonla yüksək səslə danışdığını və uca səslə nalayiq ifadələr işlətdiyi görərək ona yaxınlaşıb özlərini təqdim etmək istədikdə, həmin şəxs onlara fikir verməyərək öz nalayiq ifadələrini işlədib telefonla danışmaqda davam etmişdir. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi istədikdə həmin şəxs yenədə səsini ucaldaraq əsəbi halda onlara nalayiq ifadələr işlətmişdir. Həmin şəxsi polis bölməsinə dəvət etmək istədikdə o yenə də polis əməkdaşlarına tabesizlik göstərmişdir. Polis əməkdaşları həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün onu 8-ci Polis Bölməsinə gətirmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğundan barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Səbail RPİ-nin 8-ci PB-nin C/A-üzrə Ə/M-li polis baş leytenantı Anar Allahyarov izahat verərək bildirdi ki, 05 may 2021-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində, Dəniz Administrasiyasının yanında bölmənin əməliyyat müvəkkili polis polkovnik–leytenantı Rəşad Quliyevlə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin əsəbi halda yüksək səslə telefonla danışdığını və uca səslə nalayiq ifadələr işlətdiyini görərək xəbərdarlıq edib, onunla profilaktiki söhbətlər etmək üçün ona yaxınlaşmışlar, özlərini təqdim etmək istədikdə həmin şəxs onlara fikir verməyərək öz nalayiq ifadələrini işlədib telefonla danışmaqda davam etmişdir. Onlar yenə özlərini ona təqdim edib ondan üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşduqda, həmin şəxs yenə səsini ucaldaraq əsəbi halda nalayiq ifadələr işlətmişdir. Həmin şəxsi 8-ci Polis Bölməsinə dəvət edən zaman avtomobilə əyləşməkdən imtina etmiş, onlara tabesizlik görsətmişdir. Ona görə də, həmin şəxsin şəxsiyyətini müəyyən etmək və onun barəsində müvafiq tədbir görmək üçün həmin şəxsi 8-ci PB-nə aparmışlar. Məhkəmə iclasında Bakı şəhər Səbail RPİ-nin 8-ci PB-nin C/A-üzrə Ə/M-li polis polkovnik–leytenantı Rəşad Quliyev, Anar Allahyarovun izahatına uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elburs oğlu məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, o Bayıl qəsəbəsində ö/tikilidə qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı ilə birlikdə yaşayır, fəhləliklə məşğul olur. 05 may 2021-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində, bian tikilən yerin ətrafında telefonla əsəbi halda uca səslə danışanda nalayiq ifadələr işlətmiş, və ona yaxınlaşan polis işçilərinə tabesizlik göstərmişdir. Plis əməkdaşları dəvət etdikləri zaman o, polis bölməsinə getməmək üçün onlardan qaçmağa çalışmışdır. Daha sonra polis əməkdaşları onu polis bölməsinə aparmışlar. O, əməlindən peşmandır və məhkəmədən bu halı nəzərə almağını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 05 may 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Elburs oğlu 05 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında 05 may 2021-ci il tarixli AZA 015047 saylı protokoldan görünür ki, Şəxs 05 may 2021-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Elburs oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Elburs oğlunun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs Elburs oğlunun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 05 may 2021-ci il tarixdən, saat 18:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30, 43, 88, 106-112, 114.1.1, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Elburs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 05 may 2021-ci il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1037/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1037/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver