Məhkəmə qərarları › İş №3(009)-1039/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1039/2022

22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1039/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 22 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın nümayəndəsi Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək göstərmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-933/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağ ilə “111 Group" MMC arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilməli, cavabdeh “111 Group” MMC Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 1 A (Hilton Rezidens), mənzil 1 (501) ünvanında yerləşən, ümumi sahəsi 93.3 kv.m olan yaşayış sahəsindən çıxarılsın və yaşayış sahəsi xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin Təhvıltəslım Aktında sadalanan əşyalarla (TV Samsung (model Ue - 49K 5500 ALL) - 1 ədəd, TV Samsung (model Ue - H 6200 AW) - 1 ədəd, Mini-bar soyuducu Miele (model KWT- 4154 - UG) - 1 ədəd, Elektrikli fırın Miele (model H - 5461 - BP) - 1 ədəd, Mikrodalğalı soba Miele (model M - 8160 - 2) - 1 ədəd, Mətbəx soyuducu Maytag (model GZ - 2626 - GEKB) - 1 ədəd, Elektrikli mətbəx sobası Miele (Schott Ceran) - 1 ədəd, Paltar yuyan maşın LG - 1 ədəd, Qabyuyan maşın Miele - 1 ədəd, Mətbəx hava sovurucusu - 1 ədəd, Seyf Kale -1 ədəd, Domofon Multitek -1 ədəd və TV lift-1 ədəd) birlikdə Yaşar Demirbağa təhvil verilsin. Cavabdehlər “111 Group’’ MMC və Şəxs Ruslanoviçdən 33000 (otuz üç min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində pul və 500 (beş yüz) manat hüquqi xidmət xərcləri müştərək qaydada tutularaq iddiaçı Yaşar Demirbağa verilməlidir. İcra sənədi üzrə 22.07 2021 -ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilrək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi təmin etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borclu icra məmuruun çağırışi üzrə gəlməkdən yayındığından barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmiş, icra məmurları tərəfindən yaşadığı evə baxış keçirilmişdir. Evə baxış keçirilən zaman borclu şöbəyə dəvət olunmuş, izahatı alınmışdır. Borclu izahatında 2 həftə ərzində borc məbləğindən 2000 manat ödəyərək, 3 ay ərzində isə ümumi borc məbləğini tam olaraq ödəyəcəyini bildirmişdir. Eyni zamanda borclu 22 09.2021-ci il tarixli izahatında xx.xx.2022-ci il tarixində şöbəyə gəlmək barədə öhdəlik götürsə də, o, buna əməl etməmiş, sonradan icra məmurunun çağırışları üzrə gəlməkdən yayınmışdır. Bundan sonra borclu barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail RPİ-yə göndərilmiş, barəsində 21.01 2022-ci il tarixli axtarış işi açılmışdır. Borclu polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra izahatında borc məbləğinin ödənilməməsini müxtəlif bəhanələrlə əsaslandırmış, eyni zamanda borc məbləğindən heç bir ödəniş etməmişdir. Nəticədə borclu və Şəxs AR inzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətmişdir. Qeyd olunanların nəzərə alınmasını və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, icra sənədi barədə məlumatlıdır. İcra şöbəsindən göndərilən məktubları almışdır. Maddi imkanı olmadığı üçün icra şöbəsinə gəlməmişdir. İşləri olduğu üçün onunla telefon vasitəsilə əlaqə saxlanılmasına baxmayaraq icra şöbəsinə gəlməmişdir. Göndərilmiş SMS bildirişləri almışdır. İcra sənədini əmlakların qaytarılması hissəsini icra etmiş, lakin pul ödənilməsi hissəsini isə icra edə bilməmişdir. İcra sənədi üzrə borc məbləğindən ödəniş etməmişdir. xx.xx.2021-ci il tarixli izahatında 2 həftə ərzində 2000 manat ödəniş edəcəyinizi bildirsə də, ödəniş etməmişdir. xx.xx.2021-ci il tarixli izahatında bütün borc məbləğinin 3 ay ərzində tam olaraq icra edəcəyinizi bildirdiyi halda ödəniş etməməyinin səbəbi ipoteka ilə bağlı ödənişlər etməsi olmuşdur. Qeyd olunanlar nəzərə alaraq daha yüngül tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-933/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-933/2021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağ ilə “111 Group" MMC arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilməli, cavabdeh "xxxx" MMC ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 93.3 kv.m olan yaşayış sahəsindən çıxarılmalı və yaşayış sahəsi xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin Təhvıl-təslim Aktında sadalanan əşyalarla (TV Samsung (model Ue - 49K 5500 ALL) - 1 ədəd, TV Samsung (model Ue – H 6200 AW) - 1 ədəd, Mini-bar soyuducu Miele (model KWT- 4154 - UG) - 1 ədəd, Elektrikli fırın Miele (model H - 5461 - BP) - 1 ədəd, Mikrodalğalı soba Miele (model M - 8160 - 2) - 1 ədəd, Mətbəx soyuducu Maytag (model GZ - 2626 - GEKB) - 1 ədəd, Elektrikli mətbəx sobası Miele (Schott Ceran) - 1 ədəd, Paltar yuyan maşın LG - 1 ədəd, Qabyuyan maşın Miele - 1 ədəd, Mətbəx hava sovurucusu - 1 ədəd, Seyf Kale -1 ədəd, Domofon Multitek -1 ədəd və TV lift-1 ədəd) birlikdə Yaşar Demirbağa təhvil verilməli, cavabdehlər “111 Group’’ MMC və Şəxs Ruslanoviçdən 33000 (otuz üç min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində pul və 500 (beş yüz) manat hüquqi xidmət xərcləri müştərək qaydada tutularaq iddiaçı Yaşar Demirbağa verilməlidir İş materiallarına əlavə edilmiş tələbin könüllü icra edilməsi barədə bildirişə əsasən Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-933/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün ərzində icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 22 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Səbail Rayon Məhkəməsinin 2(009)-933/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli qərarla Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-933/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Türkiyə Respublikasının vətəndaşı Yaşar Demirbağ ilə “111 Group" MMC arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilməli, cavabdeh “111 Group” MMC Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 1 A (Hilton Rezidens), mənzil 1 (501) ünvanında yerləşən, ümumi sahəsi 93.3 kv.m olan yaşayış sahəsindən çıxarılması və yaşayış sahəsi xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin Təhvıltəslım Aktında sadalanan əşyalarla (TV Samsung (model Ue - 49K 5500 ALL) - 1 ədəd, TV Samsung (model Ue - H 6200 AW) - 1 ədəd, Mini-bar soyuducu Miele (model KWT- 4154 - UG) - 1 ədəd, Elektrikli fırın Miele (model H - 5461 - BP) - 1 ədəd, Mikrodalğalı soba Miele (model M - 8160 - 2) - 1 ədəd, Mətbəx soyuducu Maytag (model GZ - 2626 - GEKB) - 1 ədəd, Elektrikli mətbəx sobası Miele (Schott Ceran) - 1 ədəd, Paltar yuyan maşın LG - 1 ədəd, Qabyuyan maşın Miele - 1 ədəd, Mətbəx hava sovurucusu - 1 ədəd, Seyf Kale -1 ədəd, Domofon Multitek -1 ədəd və TV lift-1 ədəd) birlikdə Yaşar Demirbağa təhvil verilməsi, cavabdehlər “111 Group’’ MMC və Şəxs Ruslanoviçdən 33000 (otuz üç min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində pul və 500 (beş yüz) manat hüquqi xidmət xərcləri müştərək qaydada tutularaq iddiaçı Yaşar Demirbağa verilməlidir. İcra sənədi üzrə 22.07 2021 -ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilrək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu izahatında 2 həftə ərzində borc məbləğindən 2000 manat ödəyərək, 3 ay ərzində isə ümumi borc məbləğini tam olaraq ödəyəcəyini bildirmişdir. Eyni zamanda borclu 22 09.2021-ci il tarixli izahatında xx.xx.2022-ci il tarixində şöbəyə gəlmək barədə öhdəlik götürsə də, o, buna əməl etməmiş, sonradan icra məmurunun çağırışları üzrə gəlməkdən yayınmışdır. Bundan sonra borclu barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail RPİ-yə göndərilmiş, barəsində 21.01 2022-ci il tarixli axtarış işi açılmışdır. Borclu polis əməkdaşları tərəfindən təhvil verildikdən sonra izahatında borc məbləğinin ödənilməməsini müxtəlif bəhanələrlə əsaslandırmış, eyni zamanda borc məbləğindən heç bir ödəniş etməmişdir. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında digər icra işi ilə bağlı ödənişlər etməsi səbəbindən icra sənədini üzürlü səbəblərdən icra etməməsini göstərməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli izahat kimi qəbul edilir və icra sənədini icra etməməsi üçün üzrlü səbəb kimi əsassız sayılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 22 iyun 2022-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar