Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-104/2022 18.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 26.12.2021-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Mercedes Benz C200 minik markalı, 90NS479 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə işi Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. Toplanmış materialdan görünür ki, 15 noyabr 2021-ci il tarixdə saat 23:15 radələrində Bakı şəhəri, Səbail RPİ-nin DYPŞ-nin 253 çağırışlı naryadından daxil olmuş məlumatda bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən X6 yaxınlığında bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin məlumat əsasında 15 noyabr 2021-ci il tarixdə material toplanaraq araşdırılma aparılmışdır. Araşdırma dövründə baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək materiala əlavə edilmiş, hadisə yerinin sxemi tərtib edilmişdir. Material üzrə izahatı alınmış X3 göstərmişdir ki, 15 noyabr 2021-ci il tarixdə saat 23:30 radələrində özünə məxsus avtomobil nasaz olduğundan dostu Şəxs zəng edib avtomobili işə salmağa kömək etməsini xahiş etmişdir. Təxminən 10 dəqiqə sonra Şəxs gəlib ona avtomobili düzəltməyə kömək etmişdir. Bundan sonra Elcana məxsus Mersedes C200 markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçilər xəstəxanasının yanından çıxıb Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə üzü Bayraq meydanı tərəfə hərəkətdə olarkən X7 keçəndən sonra sağ tərəfə M.Üseynov küçəsi 25 ünvandakı avtomobil yoluna dönəndən sonra həmin küçədən gələn avtomobil anidən Elcanın idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Elcan idarə etdiyi avtomobili qarşıdan gələn avtomobilə vurmamaq məqsədilə avtomobili yolun sol tərəfinə çəkmiş və həmin vaxt idarəetməni itirdiyindən avtomaşının ön tərəfini yol kənarındakı divara vurmuşdur. Həmin vaxt Elcanm idarə etdiyi avtomobildə sağ ön oturacaqda sərnişin qismində əyləşmişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisəni sənədləşdirmişlər. Elcanın idarə etdiyi avtomobildə sərnişin qismində olan zaman mobil telefonla danışdığından markasını və dövlət nömrə nişanını bilmədiyi qara rəngli cip avtomobilini 7-8 metr məsafədə yolun sol tərəfində dayanmasını görmüşdür. Sonra təxminən 3-4 metr məsafə qalmış həmin avtomobil hərəkət edərək onun olduğu avtomobilə tərəf hərəkət edərək onların qarşısına çıxmışdır. Həmin vaxt Elcan avtomobili 40-50 km/saat sürətlə idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar heç kimdən şikayəti, tələbi olmamış və xəsarət aldığı üçün məhkəmə tibbi ekspertizasından keçmişdir. Material üzrə izahatı alınmış Şəxs göstərmişdir ki, 2021-ci ildən “BC” sürücülük kateqoriyası və etibarnamə ilə avtomobil idarə edir. 15 noyabr 2021-ci il tarixdə saat 23:30 radələrində dostu İlkinin avtomobilini təmir etməyə kömək etdikdən soma onunla birlikdə özünə məxsus Mersedes C200 markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçilər xəstəxanasının yanından çıxıb Bakı şəhəri,Səbail rayonu, Neftçilər prospekti ilə üzü Bayraq meydanı tərəfə hərəkətdə olarkən X7 keçəndən soma sağ tərəfə M.Üseynov küçəsi 25 ünvandakı avtomobil yoluna dönəndən soma həmin küçənin sol tərəfində dayanan avtomobil anidən idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Həmin vaxt tormoz əvəzinə qaz pedalma basdığından idarəetməni itirib avtomobilin ön tərəfini yol kənarındakı divara vurmuşdur. Həmin vaxt idarə etdiyi avtomobildə sağ ön oturacaqda sərnişin qismində əyləşmiş dostu X3 xəsarət almışdır. Az sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisəni sənədləşdirmişlər. İdarə etdiyi avtomobildə hərəkətdə olan zaman markasını və dövlət nömrə nişanını bilmədiyi qara rəngli cip avtomobilini 7-8 metr məsafədə yolun sol tərəfində dayanmasını görmüşdür. Sonra təxminən 3-4 metr məsafə qalmış həmin avtomobil hərəkət edərək onun hərəkətdə olduğu yolda qarşısına çıxmış və həmin avtomobili vurmamaq üçün avtomobili sol tərəfə çəkəndə idarə etməni itirmiş və hadisə baş vermişdir. Həmin vaxt avtomobili 40-50 km/saat sürətlə idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar heç kimdən şikayəti, tələbi olmamış və xəsarət almadığı üçün məhkəmə tibbi ekspertizasından keçmək istəməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 19 noyabr 2021-ci il tarixli 733 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol gözün ağlı qişasına total qansızmalar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 15 noyabr 2021-ci il tarixli yol nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomobilin statik maneəyə çırpılması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Şəxs 15 noyabr 2021-ci il tarixdə saat 23:30 radələrində özünə məxsus Mersedes C200 markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçilər xəstəxanasının yanından çıxıb Bakı şəhəri,Səbail rayonu, Neftçilər prospekti ilə üzü Bayraq meydanı tərəfə hərəkətdə olarkən X5 keçəndən sonra sağ tərəfə M.Useynov küçəsi 25 ünvandakı avtomobil yoluna dönəndən sonra həmin küçənin sol tərəfində dayanan avtomobil anidən idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Həmin vaxt tormoz əvəzinə qaz pedalına basdığından həmin avtomobili vurmamaq üçün avtomobili sol tərəfə çəkən zaman idarə etməni itirmiş və avtomobilin ön tərəfini yol kənarındakı divara vurmuşdur. Həmin vaxt idarə etdiyi avtomobildə sağ ön oturacaqda sərnişin qismində əyləşmiş X1 gözün ağlı qişasına total qansızmalar kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Toplanmış materialdan görünür ki, baş vermiş yuxarıda göstərilən yol nəqliyyat hadisəsi nəticəsində X1 gözün ağlı qişasına total qansızmalar kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Belə olan halda Mersedes C200 markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin X9 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlindən səmimi peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbi yoxdur. X3 bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə uyğun olaraq Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-104/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-104/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver