Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1043/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, “X5 Hızlı Karqo ve Dağıtım” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X5 Hızlı Karqo ve Dağıtım” MMC barəsində Səbail rayon X4 Şöbəsi tərəfindən tərtib edilmiş 07 fevral 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:58-də “X5 Hızlı Karqo ve Dağıtım” MMC-nin mülkiyyətində (istifadəsində) olan “Renault Dokker minik” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Yasamal rayonu, Moskva prospekti, Nəqliyyat Nazirliyi istiqamətində mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmaması müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəfləin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “X5 Hızlı Karqo ve Dağıtım” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “X5 Hızlı Karqo ve Dağıtım” MMC-nin nümayəndəsi X1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli vəsatətdən görünür ki, Səbail rayon X3 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində göstərilən xəta aşkar edilmişdir. Video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar olunmuş xətanın aradan qaldırılması məqsədilə "X5 HİZLİ KARQO VE DAĞİTİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan RENAULT DOKKER MİNİK markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı qismində çıxış edən "MEQA SİĞORTA" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ tərəfindən xx.xx.2025-ci il tarixində sığortalanmışdır və bununla əlaqədar PME********** nömrəli AVTONƏQLİYYAT VASİTƏSİ SAHİBLƏRİNİN MÜLKİ MƏSULİYYƏTİNİN İCBARİ SİĞORTA ŞƏHADƏTNAMƏSİ mövcuddur. Lakin Səbail rayon X3 Şöbəsi tərəfindən qeyd olunmuş xəta üzrə xx.xx.2025-ci il tarixində İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib olunmuşdur. Qeyd edilən Protokolun tərtib olunmasından daha əvvəl inzibati xətanın zərərli nəticələrinin aradan qaldırıldığı üçün İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında Protokol ləğv olunmalı olduğunu və "X5 HİZLİ KARQO VE DAĞİTİM" MMC-nin inzibati məsuliyyətdən azad edilməli olduğunu düşünürük. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə əsasən, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallara aiddir. Səbail rayon X3 Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025- ci il tarixində İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında Protokolun əsasında mövcud 3(009)-1043/2025 nömrəli inzibati xətalar haqqında iş icraatına xitam verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, "X5 Hızlı Karqo ve Dağıtım” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “RENAULT DOKKER MİNİK” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı qismində çıxış edən "MEQA SİĞORTA" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ tərəfindən xx.xx.2025-ci il tarixində sığortalanmışdır. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tərkibini yaradır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X5 Hızlı Karqo ve Dağıtım” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “RENAULT DOKKER MİNİK” markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə sığortalanmışdır. Beləliklə müəyyən edilmişdir ki, “X5 Hızlı Karqo ve Dağıtım” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığıdan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də “X5 Hızlı Karqo ve Dağıtım” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-117, 128-130 və 469.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X5 Hızlı Karqo ve Dağıtım” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1043/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1043/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver