Məhkəmə qərarları › İş №3(009)-1044/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1044/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1044/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Səbail rayon İcra Şöbəsinin icra məmuru X17, tələbkar X3 iştirakları ilə, xx.xx.1982-ci ildə Sədərək rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Səbail rayon İcra və X12 Rayon Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. Səbail rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 06 may 2021-ci il tarixli, MN serialı ******* №-li inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş protokola əlavədən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4003/2016 nömrəli, 30.08.2016cı il tarixli icra sənədinə əsasən 21 iyun 2008-ci il təvəllüdlü X5, 12 fevarl 2013-cü il təvəllüdlü X4 və 08 oktyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 2016-cı aprel ayından başlayaraq, X2 hər ay hər uşaq üçün 117 manat olmaqla cəmi 351 manat sabit pul məbləğində aliment tutularaq X8 ödənilməlidir. İcra sənədi 18.10.2016-cı il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, borcluya məxsus hər hansı əmlak aşkar edilməmişdir. X1 16.05.2017-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclu Şəxs heç bir aliment borcunun olmadığını bildirmişdir. Daha sonra X1 tərəfindən 20.08.2020-ci il şöbəyə daxil olmuş ərizədə borcun ödənilməsi istiqamətində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu 01.09.2020-ci il tarixdə şöbədə olarkən izahatı alınmış və izahatında bir yerdə yaşadıqları üçün aliment ödəmədiyini, bu səbəbdən yalnız tələbkarın 20.08.2020-ci il tarixli müraciətindən sonra 351 manat aliment ödədiyini bildirmişdir. X1 06.01.2021-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək, 20.01.2021-ci ilə qədər borclunun 500 manat ödənişinə razılıq verdiyini, icra tədbirlərinin dayandırılmasını və göstərilən vaxta ödənilmədikdə icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Borclu Şəxs 20.04.2021-ci il tarixdə şöbədə olarkən 01.09.2020-ci il tarixdə verdiyi izahatını təsdiqləmişdir. Borclu tərəfindən tələbkara 2767 manat ödəniş edilmiş və qalıq borcu 13689 manat qalmışdır. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra Şöbəsinin icra məmuru X22 protokolu müdafiə edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, borcunun olduğunu və təqsirli olduğunu bilir. O, taksi sürür, aliment borcunun olduğunu bildiyi gündən hər gün 10,15, 20 AZN məbləğində tələbkara aliment ödəyir. O, ailəsinin dağılmasını heç vaxt istəməmiş, birgə yaşamaq istəmişdir və indi də ailəsinin onun yanında olmasını istəyir. Lakin tələbkar onunla birlikdə yaşamaq istəmir. Hal-hazırda aliment borcundan hər hansı məbləği ödəmək imkanı yoxdur. Məhkəmə iclasında tələbkar X10 bildirdi ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləği ona ödəmir, halbuki üç uşaq onun himayəsindədir və o, işləmir, uşaqların maddi təminatını ödəməkdə çox çətinlik çəkir. Borclu alimenti ödəməməklə yanaşı, daim onu narahat edir, içki qəbul edərək onu nalayiq sözlərlə təhqir edir və onu hədələyir. O, borcludan şikayətçidir, aliment pulunu ödəmədiyi üçün borclunun müvafiq cəzalanmasını xahiş etmişdir. Məhkəmə İnzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30, 43, 88, 106-112, 114.1.1, 115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 06 may 2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X21 X7 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar