Məhkəmə qərarları › İş №3(009)-1048/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1048/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1048/2022 23.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsindən daxil olmuş materiala Səbail Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 5-6 aya yaxın narkotik vasitə kola və şüşə istifadə etmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar 23 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru X3 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs artıq 5-6 aydır ki narkotik vasitələrdən istifadə edir. Həm də, yoldaşı Vəfa xanım 10 xidmətinə məlumat verərək bildirmişdir ki, yoldaşı narkotik vasitələrdən istifadə edir, onu narahat edir, ünvanına nalayiq söyüşlər ifadələr işlədir. Bu səbəbdən də barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onu ölümlə hədələməyib. Əsas səbəb onun yoldaşının iki uşağını evdə qoyub 8 gün müddətində evi tərk etməsi olub. O qaynanasıgilə dəfələrlə getsə də, xəbərinin olmadığını demişdir. Özü müharibə iştirakçısı, hərbçi olmuşdur. Qüruruna sığışdıra bilmədiyinə görə qaynanasıgilə gəlib səs-küy salmışdır. Saxlama Məntəqəsindən çıxan kimi polis əməkdaşları gəlib onu aparmışlar. 8 gün orada olduğu müddətdə heç bir narkotikdən istifadə etməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirmişdir ki, Şəxs dəfələrlə ona zəng edərək, onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. Qızına pozğun deyir, korpus komandiri ilə gəzdiyini deyir. Yoldaşım onkoloji xəstədir, özü şəkər xəstəsidir. Onun qızının qalmağa evi belə yoxdur. Nəyi var idisə hamısını satıb narkotikə verib. 20-ci sahədə o qızı biyabır edib. İki qız nəvəsi var, zəng edir onları söyür, özünü söyür, təhqir edir. Bu gün buraxılsa, səhər üstünə hücum edəcək. Onun da, onun qızının da gününü qara edib. Ölümlə hədələyir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır və gələcəkdə inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə vətəndaş X7 DİN 102 xidmətinə zəng edərək əri Şəxs narkotik satması, ərinin hal-hazırda Səbail rayonu 20-ci sahədə poçtun yanında Heydər adlı şəxsin evində qaldığını bildirmişdir. Daxil olmuş məlumat əsasında Səbail RPİ 8-ci PB-nin əməliyyat qrupu yuxarıda qeyd olunan ünvanda olduqda orada olan şəxslər arasında aparılan şifahi sorğular nəticəsində həmin yerdə hadisə barədə məlumatsız olduqlarını bildirmişlər. Məlumatda qeyd olunan ***-***-**-** mobil nömrəyə zənglər olunsa da, vətəndaş Vəfa Səfərova hal-hazırda hərbi hissədə olduğu üçün onun ərizə və izahatının alınması mümkün olmamışdır. Həmçinin vətəndaşın DİN 102 xidmətinə verdiyi məlumatdakı narkotik vastitənin satışı olması barədə fakt öz təsdiqini tapmamışdır. Bu barədə protokol tərtib edilmişdir. Təhqiqat zamanı vətəndaş X4 DİN 102 xidmətinə verdiyi məlumat ilə əlaqədar olaraq, onun ərizə və izahatının alınması məqsədi ilə dəfələrlə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmışdır. Vətəndaş bildirmişdir ki, o hərbi hissədə işlədiyi üçün gəlib ərizə və izahat verə bilməyəcək, çünki onu işi ilə bağlı hərbi hissədən buraxmırlar. Bu səbəbdən V.Səfərovanın ərizə və izahatını almaq mümkün olmamışdır. Bu barədə arayışlar tərtib edilərək materiala əlavə edilmişdir. Təhqiqat zamanı Vəfa Səfərovanın əri Şəxs narkotik vasitə istifadəçisi olub olmamasının əməliyyat yolu ilə müəyyən edilməsi üçün polis bölməsinə tapşırıq verilmiş və Şəxs PB-ə gətirilərək izahatının alınması təmin edilmişdir. İzahatı alınmış Şəxs bildirmişdir ki, 5-6 aya yaxındır ki, nakotik vasitə kola və şüşə istifadə etmişdir. O saxlanılan zaman yanında heç kim olmamışdır. O narkotik vasitələrdən istifadə etməyinə görə məhkum olunmayıb. Araşdırma zamanı Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkib-çəkməməsini və onun bu xəstəlikdən asılılığı olub-olmamasını müəyyən etmək məqsədi ilə məhkəmə narkoloji ekspertizadan keçirilməsinin təmini məqsədi ilə РВ-ə tapşırıq verilmiş, Şəxs narkoloji ekspertizadan keçirilməsi təmin edilmişdir. Aparılmış araşdırma zamanı Şəxs əməlində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətin və inzbati xətanın tərkib əlamətləri müəyyən edilməmişdir. Şəxs üzərindən narkotik vasitələr və ya psixotrop maddələr aşkar edilməmişdir. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməlidir. Vət. Şəxs narkoloji ekspertizadan keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2021-ci il 3317 saylı rəyinə əsasən onda OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edilir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, hüquqazidd əməllərini davam etdirməsini, bununla da, tərbiyələnmək niyyətinin olmamasını, narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında digər həyat və sağlamlıq, tamah-zorakı və mülkiyyət əleyhinə olan hüquqazidd əməllər törədə bilmə ehtimalını, əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini, habelə törətdiyi əməli səmimi şəkildə etiraf etməməklə, inzibati məsuliyyətdən yayınmaq niyyətini nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 hissəsindən az olmamaqla inzibati həbs təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətli hesab edir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda qeyd edilir ki, Şəxs 23 iyun 2022-ci il tarixdə, saat 13:00-da tutulmuşdur ki, bu da onun barəsində inzibati qaydada həbs növündə tənbeh tətbiq edilərkən nəzərə alınmalı və həmin müddətə daxil edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxildir. İXM-nin 37-ci maddəsinin İ, İİİ, İV, V və Vİİ hissələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Eyni zamanda, Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 23 iyun 2022-ci il, saat 13:00 tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Məntəqəsinə tapşırılsın. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar