Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1049/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Şəxs Fərdi Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhəkəmə MÜƏYYƏN ETDİ: Şəxs Fərdi Firması Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 06 may 2021-ci il tarixli 00100-0886/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Fərdi Firması (VÖEN **********) ünvanına Çin Xalq Respublikasından idxalatçı Şəxs Fərdi Firmasının ünvanına 27AC673/27ZA081 nömrəli nəqliyyat vasitəsi ilə, FSCU9738165 nömrəli konteynerdə, H000148 nömrəli 20.12.2020-ci il tarixli invoys üzrə daxil olmuş yüklər 10 mart 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********1796 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. 17 mart 2021-ci il tarixdə qeyd olunan mallara gömrük baxışı keçirilərkən gömrük bəyannaməsinin 6-cı mal mövqeyində mənşə ölkəsi Çin Xalq Respublikası kimi bəyan edilən 60 yer 1500 kq “GUAR GUM POWDER” nişanlı kolbasa istehsalında istifadə olunan qida qatqılarının qablaşdırma kisələrinin üzərində “made in Pakistan” sözlərinin yazıldığı müəyyən edilmişdir. Həmçinin həmin protokoldan müəyyən edilir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs Fərdi Firmasının nümayəndəsinin iştirakı təmin edilmiş və cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Fərdi Firmasına və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Fərdi Firmasının Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs Fərdi Firmasının ünvanına ÇXR-dan 27AC673/27ZA081 nömrəli nəqliyyat vasitəsi üzərində FSCU9738165 nömrəli konteynerdə, H000148 nömrəli 20.12.2020-ci il tarixli invoys üzrə daxil olmuş **********1796 sorğu nömrəli GB ilə bəyan edilmiş 6-cı yer mal mövqeyində - çəkisi 1500 kq (60 qutu) olan “GUAR GUM” yükünün mənşə ölkəsi bəyan edildiyi kimi ÇİN deyil, üzərindəki yazıya görə Pakistan olduğu müəyyən edilmişdir. İş materiallarında olan 17.03.2021-ci il tarixli yoxlama protokolundan görünür ki, 27AC673/27ZA081 nömrəli nəqliyyat vasitəsi üzərində FSCU9738165 nömrəli konteynerdə, H000148 nömrəli 20.12.2020-ci il tarixli invoys üzrə daxil olmuş **********1796 sorğu nömrəli GB ilə bəyan edilmiş 6-cı yer mal mövqeyində - çəkisi 1500 kq (60 qutu) olan “GUAR GUM” yükünün mənşə ölkəsi bəyan edildiyi kimi ÇİN deyil, üzərindəki yazıya görə Pakistan olduğu müəyyən edilmişdir. İş materiallarında olan 10.03.2021-ci il tarixli **********1796 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs Fərdi Firmasının (VÖEN **********) ünvanına Çindən 400,00 kq dad-aromatik və ya boyayıcı maddələrsiz şəkər tozları ölkə ərazisinə idxal edilmişdir. Həmçinin qeyd edilən gömrük bəyannaməsinə əlavədən görünür ki, 5000,00 kq qlütamin turşusu və onun duzları, 1000,00 kq fosfatlar polifostfatlar, 2000,00 kq doymamış asiklik aromatuik monokarbon turşuları, 3000,00 kq fosfatlar natrium trifosfat, 3000,00 kq hidrolizləşmiş tərəvəz zülalı, 300,00 kq C vitamini və onun törəmələri, 200,00 kq silisium dioksid, 1000,00 kq gips, anhidrit, 1000,00 kq ksantan kitrəsi, 1000,00 kq tərkibində K2O olmayan, ət məsulları üçün qida, 500,00 kq natrium eritorbat ölkə ərazisinə idxal edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşunaslıq ekpertizasının 28 aprel 2021-ci il tarixli 9/1811 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş Pakistanda istehsal olunmuş, üzərində “GUAR GUM POWDER” markalanma göstəricisi olan, kolbasa istehsalında istifadə edilən qida qatqılarının 1 kq-nın 10.03.2021-ci il tarixə orta bazar qiymətinin təxminən 3,80 manat, ümumilikdə 1500 kq-nın qiymətinin isə 5700,00 manat olduğu müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Fərdi Firması Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 482.3-cü madədsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Fərdi Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatlarına görə çəkilən 100 (bir yüz) manat xərc hüquqi şəxs (Şəxs Fərdi Firması) tərəfindən tədqiqatı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Fərdi Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs Fərdi Firmasından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1049/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1049/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver