Məhkəmə qərarları › İş №3(009)-105/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-105/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-105/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 BAKİ ŞƏHƏR DÖVLƏT YOL POLİSİ İDARƏSİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24150256 saylı qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 BAKİ ŞƏHƏR DÖVLƏT YOL POLİSİ İDARƏSİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24150256 saylı X5 haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Məlum halda vəzifəli şəxs tərəfindən qəbul edilmiş X5 Haqqında BAKİ ŞƏHƏR DÖVLƏT YOL POLİSİ İDARƏSİ xx.xx.2024-cü il tarixli, EQ 24150256 saylı X5 haqqında qərarı əsassız hesab edir və bildirir ki, X3 Məcəllənin 81-ci maddəsinə əsasən X5 Haqqında Qərar qəbul edən səlahiyyətli şəxs inzibati xətanı xüsusi qurğular vasitəsilə yox, dayanma, durma və parklama qaydalarının pozulması şəxsən aşkarlamalıdır və bu zaman sürücünün sükan arxasında olmaması vacib şərtdir. X3 Məcəllənin 122.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 327.1 -327.5, 328, 329.1,329.2, 330. 339.1-1, 346.3. 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində X5 haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir» X3 Məcəllənin 122.5-ci maddəsinə əsasən «Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında X5 haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün föto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş X3 yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır.» Təqdim olunan foto şəkillərlə sübut olunur ki, tərtib edilmiş X5 Haqqında BAKİ ŞƏHƏR DÖVLƏT YOL POLİSİ İDARƏSİ EQ 24150256 saylı Qərarı həqiqəti əks etdirmir, belə ki adı çəkilən qərar səlahiyyətli şəxs tərəfindən tərtib edilərkən qeyd edilən inzibati xəta yerində aşkarlanmamış, sadəcə xüsusi qurğuların görüntüləri bu zaman əsas götürülmüşdür. Bu isə qanunla nəzərdə tutulan zaman daxilində avtonəqliyyat vasitəsin dayanmaq-durmaq normalarına uyğundur. Taksi fəaliyyəti göstərən sürücülər üçün isə məlum hal qanunla nizamlanır. BAKİ ŞƏHƏR DÖVLƏT YOL POLİSİ İDARƏSİ dayanma, durma və parklama qaydalarının nizamlanması şöbəsi tərəfindən qəbul edilmiş X5 Haqqında BAKİ ŞƏHƏR DÖVLƏT YOL POLİSİ İDARƏSİ EQ 24150256 saylı Qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində X5 haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından görünür ki, şikayət məhkəməyə 13 yanvar 2025-ci il tarixdə daxil olmuşdur. Barəsində X5 haqqında qərar çıxarılmış şəxs X2 şikayətində qərarı hansı tarixdə almasını göstərməmiş, eyni zamanda ərizəyə qeyd edilən qərarın nə vaxt rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 BAKİ ŞƏHƏR DÖVLƏT YOL POLİSİ İDARƏSİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24150256 saylı X5 haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 BAKİ ŞƏHƏR DÖVLƏT YOL POLİSİ İDARƏSİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24150256 saylı qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar