Məhkəmə qərarları › İş №3(009)-1051/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1051/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1051/2022 24.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədovun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olan, subay, orta təhsilli, taksi sürücüsü, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Səbail rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında 14 yanvar 2022-ci il tarixli, MN seriyalı, № ******* saylı protokol və ona əlavə olunmuş materiallardan görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2452/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(009)-3998/2015 saylı qətnaməsi əsasında cavabdeh Şəxs hər ay sabit pul məbləğində tut iflan 108 manat alimentin həcmi artırılaraq, 160 manat sabit pul məbləğində müəyyən edilsin və həmin 160 manat pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı X2 verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. “Elektron icra” sistemindən əldə olunmuş məlumatda borclunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə borclu icra sənədi üzrə tələbi tam təmin etmədiyindən barəsində axtarış qərarı tərtib edilərək icra edilməsi üçün Səbail RPİ-nə göndərilmişdir. Səbail RPİ-nin xx.xx.2022-ci il tarixli məktubu ilə Şəxs şöbəyə təhvil verilmişdir. Borclu şöbəyə verdiyi izahatında bu günə qədər 2345 manat tələbkarın xeyrinə ödədiyini, 836 manat aliment borcunun olduğunu, yaranmış aliment borcunu tam ödəyə bilmədiyini bildirərək, 15 manat tələbkarın xeyrinə ödəniş etmişdir. İş üzrə tələbkar icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında Səbail Rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etdi, protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, borclu keçmiş həyat yoldaşıdır və o, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtında ödəmədiyi üçün borcu yaranmışdır. Ona görə də, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, taksi sürücüsü işləyir və borcun çoxusunu ödəmişdir. Bu günə qədər 2345 manat tələbkarın xeyrinə ödəmişdir, 836 manat aliment borcum qalmışdır ki, hal-hazırda həmin borcdan da 130 manat ödəmişdir və ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxsnın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar