Məhkəmə qərarları › İş №3(009)-1052/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1052/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1052/2022 24.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Hacıqabul rayonunda anadan olan, AR vətəndaşı, subay, orta təhsilli, işsiz, Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olan, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru Namiq Cahangirovun tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polisi İdarəsinin 41-ci X4 Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 24 iyun 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə Səbail rayonu, Şıxov çimərliyində mobil telefon oğurlanmışdır. Məhkəmə iclasında Səbail RPİ-nin 41-ci PB-nin polis sahə inspektoru X5 protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdiki, o xx.xx.2022-ci il tarixdə Səbail rayonu Şıxov çimərliyində olduğu zaman çimərlik kreslosunda xiomi markalı telefonu görmüş və heç kim olmadığı üçün həmin telefonu götürərək oradan uzaqlaşmışdır. İşsiz və maddi vəziyyəti pis olduğu üçün həmin mobil telefonu Yasamal rayonu 20 yanvar dairəsində tanımadıği bir şəxsə 80 manata satmışdır. İş materiallarında olan Səbail RPİ-nin 9-cu polis bölməsindən 41-ci PB-nə ezam olunmuş baş təhqiqatçısı polis mayoru Mehman Doluxanovun cinayət işi başlanmasının rədd edilməsi barədə 17 .06.2022-ci il tarixli qərarınmdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:29-da ünvan 1 ünvanda yaşayan X6 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Çşıxovda yerləşən çimərlikdə saat 20:15 radələrində 14 yaşlı oğluna məxsus Xiomi Note 4 markalı (***-***-**- ** və ***-***-**-**) telefonunun oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində onlara 400-450 manat maddi ziyan dəymişdir. Şikayətçi qanuni tədbir görülməsini xahiş etmişdir. Şikayətçi eyni məzmunlu ərizə ilə Səbail RPİ-nin 41-ci PB-nə də müraciət etmişdir. Qərarınm təsviri hissəsində göstərilənlərə əsasən araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işi başlanmasının rədd edilməsi, əməli törətmiş şəxsin şəxsiyyətinin müəyyən edilərək barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbirinin görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin icra edilməsi üçün Səbail RPİ-nin 41-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 iyun 2022-ci il tarixdə, saat 17:00 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi var. Qeyd olunan maddənin tələbini, inzibati işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 23 iyun 2022-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X3 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar