Məhkəmə qərarları › İş №3(009)-1056/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1056/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1056/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Məmmədovva Nərmin Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin X1 Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin X1 Şöbəsi tərəfindən tərtib edilmiş 15 mart 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hərbi quluqçudur. xx.xx.2023-cü il tarixdə istirahət edərkən spirtli içki qəbul etmişdir. Bundan sonra avtomobili idarə etmişdir. X1 Şöbəsinin əməkdaşları onu Bayıl qəsəbəsində saxlamış, onu həkim müayinəsinə aparmış və onun sərxoş olduğu müəyyən edilmişdir. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin X1 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan hərbi qulluqçunun şəxsi vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Azərbaycan Ordusu Baş Qərargah rəisinin 28 aprel 2023-cü il tarixli əmri ilə N nömrəli hərbi hissənin avtomobil tağım komandiri vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2/6276 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, Şəxs sərxoşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin qeydinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür. İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə əsasən İXM-nin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərbi qulluqçu olduğundan inzibati xəta haqqında işə məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin X1 Şöbəsi tərəfindən tərtib edilmiş 15 mart 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar