Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1057/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şikayətçi Qanuni nümayəndə, onun nümayəndəsi və vəkili Nümayəndə1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsinə dair Qanuni nümayəndə şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş Qanuni nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X3 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. X3 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət edərək əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, son haqq-hesabını ala bilmədiyi üçün şikayət etmişdir. xx.xx.2021-ci il tarixdə həmin müraciət əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən rəsmi olaraq məktub göndərilmiş və müvafiq sənədlərin təqdim olunması xahiş edilmişdir. X1 müraciəti əsasında ona ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan sonra inzibati xətanın olub-olmamasını aşkar etmək, vətəndaşın müraciətinə Qanunla nəzərdə tutulan qaydada və müddətlərdə baxıb cavab vermək istiqamətində X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən heç bir hərəkət həyata keçirilməmişdir. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Lakin qeyd edilən müddət ərzində X1 xx.xx.2021-ci il tarixli müraciətinə baxılmamış və müraciət nəticəsiz qalmışdır. Beləliklə, X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən hüquq pozuntusuna yol verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. X3 əmək müqaviləsinə xitam verilməsindən 3 gün sonra X5 Xidmətinə müraciət etmiş, yəni inzibati tənbeh verilməsi üçün Qanunda nəzərdə tutulan müddəti ötürməmiş, lakin X5 Xidməti tərəfindən bu müddət ərzində inzibati araşdırılma aparılmamış, protokol və qərar qəbul edilməmişdir. X1 yenidən X5 Xidmətinə xx.xx.2022-ci il tarixdə, yəni, onun əmək müqaviləsinə xitam verilməsindən 10 ay 7 gün sonra müraciəti əsasında araşdırılma aparılmış və xx.xx.2022-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul edilmişdir. DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparılmadan və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər gözlənilmədən 08 iyun 2022-ci il tarixdə, yəni inzibati xəta hadisənin baş verdiyi gündən 11 (on bir) ay 14 (on dörd) gün keçdikdən sonra inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliklə müəyyən edilmiş müddətlər pozulmaqla qəbul edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolunda qeyd edilir ki, inzibati xəta müraciət edən şəxsin - X1 təqdim etdiyi bank çıxarışı vasitəsilə aşkar olunur. X3 DƏMXnin Bakı şəhər İdarəsinə 2 dəfə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə müraciət etmişdir, hesab edir ki, həmin vaxtlarda bank çıxarışını da təqdim etmişdir. Buna uyğun olaraq və İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol da bank çıxarışının təqdim olunması və bununla da inzibati xətanın aşkar edilməsi zamanı tərtib edilməli idi. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, DƏMX-nin Bakı şəhər İdarəsi X1 2-ci, yəni xx.xx.2022-ci il tarixli müraciətindən sonra belə inzibati xəta haqqında protokolu Qanunla müəyyən edilən müddətdə tərtib etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı Qanunun tələblərinin pozulması nəticəsində qəbul edilmişdir və ona görə də ləğv edilməlidir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Qanuni nümayəndə, şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçi Qanuni nümayəndə vəkili, nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edərək, Qanuni nümayəndə barəsində X5 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericliyin tələblərinin kobud şəkildə pozulduğu nəzərə alınaraq xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X4 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, hazırki iş üzrə daxil olmuş müraciət əsasında qanunauyğun qaydada araşdırma aparıldığını, əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yaranan nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verildiyinin aşkarlandığını və bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilərək, onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirərək, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş Qanuni nümayəndə əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yaranan nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verildiyi aşkar edilmişdir. Nəticədə Qanuni nümayəndə AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikasının İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İş materialları və məhkəmə araşdırılması zamanı Qanuni nümayəndə Azərbaycan Respublikası İXM-nin maddəsinin tələblərini pozması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən həmin Məcəllənin 38.1-ci maddəsində göstərilmiş inzibati məsuliyyətə cəlb edilmə müddəti pozulmaqla inzibati tənbeh vermə haqqında qərarı qəbul edildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 38, 53, 76, 84, 128, 133-135, 192.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qanuni nümayəndə şikayəti təmin edilsin. Şikayətçi Qanuni nümayəndə barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Qanuni nümayəndə barəsində tətbiq edilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1057/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1057/2022
01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver