Məhkəmə qərarları › İş №3(009)-1065/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1065/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1065/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, şikayət vermiş şəxs X2, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2020ci il tarixli BNA ******* saylı qərarının və onun hüquqi nətəcələrinin ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2020-ci il tarixində inzibati xəta haqqında tərtib edilmiş BNA ******* saylı elektron protokol və qərara əsasən, X4 xx.xx.2020-ci il tarixdə saat 13:22:59-dan 13:26:21-dək olan müddətdə AR İXM-nin 346.2-ci maddəsinin tələblərini pozaraq idarə etdiyi avtomaşını Nəsimi rayon, Səməd Vurğun küçəsi, Təzə bazarın yanında parklamışdır. Qeyd edilən inzibati tənbeh vermə haqqında elektron qərar və foto əlavəsi inzibati xətanın törədildiyi gündən bir gün müddətində nəqliyyat vasitəsinin istifadəçisi kimi onun internet informasiya resursunda yaradılmış elektron kabinetinə yerləşdirilmədiyindən, o inzibati məsuliyyətə cəlb oluna bilməz. Şikayətə əlavə etdiyi materiallardan da göründüyü kimi, pozuntu barədə çəkilmiş fotoşəkillərin üzərində sonuncu tarix xx.xx.2020-ci il saat 13:26 kimi qeyd edilib. Lakin inzibati tənbeh vermə haqqında elektron qərar və foto əlavəsi onun AsanPay sistemindəki elektron kabinetinə xx.xx.2020-ci il saat 15:10 tarixində daxil edilib ki, bu da qanunla müəyyən edilmiş bir günlük müddətin ötürülməsi deməkdir. Qeyd edilənlər əsasən X4 məhkəmədən qanunla müəyyən edilmiş müddət keçdiyindən barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2020-ci il tarixində inzibati xəta haqqında trətib edilmiş BNA0897484 saylı inzibati tənbeh vermə haqqında elektron qərara ( İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ) dair izibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edərək, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli, BNA ******* saylı qərarının və onun hüquqi nətəcələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 qərarın qanuni əsaslarla qəbul edildiyini bildirərək, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci məddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında" Qanunun 69-cu maddəsinin 17-ci bəndinə əsasən 1.17 nişanlanma xətti ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir. ^ Göründüyü kimi, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasının sərhədləri 1.17 nişanlanma xətti ilə müəyyən edilir. İşə əlavə edilmiş fotoşəkildən görünür ki, X4 idarə etdiyi “X8 Prado” markalı ** RP *** dövlət qeydiyyat nişanlı avtomobillə 22 may. 2020-ci il tarixdə saat 13:22:59-dan 13:26:21-ə qədər Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, Təzə bazarın yanında 1.17 nişanlanma xəttinin üzərində saxlamaqla inzibati xətanı törətmişdir. Şikayətdə göstərilən xüsusatla bağlı bildiririk ki, İXM-nin 38.6-cı maddəsindən göründüyü kimi, həmin əsasla xitam yalnız Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlara aiddir. Lakin İXM-nin 346.2-ci maddəsində göstərilən xəta səlahiyyətli şəxslər tərəfindən İXM-nin 124.5-ci və 124.6-cı maddələrinə uyğun bilavasitə aşkar edildiyindən elektron qərar hesab edilmir. Bu səbəbdən İXM-nin 346.2-ci maddəsi üzrə qərar İXM-nin 38.1-ci maddəsinə əsasən 1 il müddətinə qəbul edilə bilər. Bundan əlavə, İXM-nin 346.2-ci maddəsində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə (İXM-nin 80-ci maddəsi) aiddir. Çünki İXM-nin 80.2-ci maddəsinə görə, fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X2 Bakı Nəqliyyat Agentliyinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı Nəqliyyat Agentliyinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2020-ci il tarixli BNA ******* saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar