Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1066/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 iyun 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o 2000-ci ildən “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə və yol vərəqəsi avtomobil idarə edir. X5 şöbədə sürücü vəzifəsində aprel ayından işləyir. xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində yol vərəqəsi ilə idarə etdiyi “Nissan Sany”markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu, N.Rəfibəyli küçəsinə Mərkəzi Univermağın qarşısındakı Məktəb və ofiz ləvazimatları mağazasına iş yoldaşı ilə birlikdə gəlmişlər.Oradan qayıdan zaman həmin yolun hər iki tərəfində avtomobillər dayandığından arxaya dönmək mümkün olmadığından avtomobili yolun ortası ilə arxa-arxaya verib Azərbaycan prospektinə çıxıb getmək istərkən anidən avtomobilin güzgüsündən bir nəfəri vurub yerə yıxdığını görmüşdür.O dərhal avtomaşını saxlayıb avtomaşından düşüb həmin qadına yaxınlaşmış və onu yerdən qaldırıb xəstəxanaya aparmaq istəmişdir.Lakin həmin qadın ona heç nə olmadığını, onu evə aparmasını bildirmişdir.O qadını öz avtomobili ilə onun dediyi ünvana aparıb sonura onunla sağollaşıb getmişdir.Daha sonra Şəxs bildirmişdir ki, avtomobili idarə etmək üçün sürücülük hüququ vardır.Hadisə Səbail rayonu, N.Rəfibəyli küçəsi Mərkəzi Univermağın qarşısındakı avtomobil yolunda baş vermişdir.O avtomobili arxa- arxaya hərəkətdə sürəti olmamışdır.O təhlükəni anidən görən kimi dərhal avtomobilə tormuz verib avtomobildən düşüb həmin qadına köməklik etmək üçün onu öz avtomobilinə mindirib xəstəxanaya aparmaq istərkən, həmin qadın ona heç nə olmadığını bildirmiş və həmin qadını aparıb evlərinə qoyub sonra getmişdir. O avtomobil idarə edən zaman spirtli içki qəbul etməmişdir. Özünü təqsirli bilir, əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində yol vərəqəsi ilə idarə etdiyi "Nissan Sanny” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu N.Rəfibəyli küçəsində arxa-araxaya verərkən ehtiyatsızlıq edib piyada qismində olan X2 vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3-cü hissəsinin (yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar) tələblərini pozmuşdur. Belə olan halda toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməsi və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPl-nin DYPŞ-si vasitəsi ilə Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərara əsasən X3 izahat verərkən hadisə ilə bağlı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə-tibbi ekspertizanın 18 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X1 adına A.H.Kazımov adına 1 saylı şəhər poliklinikasının Travmotoloji məntəqəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli 145\1170 saylı arayışda qeyd olunanlardan görünür ki, o, xx.xx.2022-ci il tarixində həmin klinikaya müraciət etmiş, ona “Döş qəfəsinin sol yarısının yumşaq toxumaların əzilməsi” diaqnozu qoyularaq müvafiq tibbi yardım göstərilmişdir.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan zaman avtomaşının qabar q h ssələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağla"- ğın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə, müəyyən edilmişdir ki, sürücü Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində yol vərəqəsi ilə idarə etdiyi "Nissan Sanny” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu N.Rəfibəyli küçəsində arxa-araxaya verərkən ehtiyatsızlıq edib piyada qismində olan X2 vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin Şəxs şikayətinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1066/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1066/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver