Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1069/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair protokol və ona əlavə edilmiş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 19 iyun 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rəd edilməsi barədə 13 aprel 2022-ci il tarixli qərara əsasən 26 fevral 2022-ci il tarixdə, saat 07:00 radələrində Bakı şəhəri Səbail rayonu Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində Şəxs etibarnamə ilə idarə etdiyi «Mersedes Benz C200» markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomaşınla yolu piyapda keçmək istəyən X6 və X5 vurulmuş və nəticədə hər iki .piyada müxtəlif dərəcəli xəsarəti almışlar. sürücü Şəxs əməlində Azərbaycan Respublikası CM- nin 263.1-1-ci maddəsinin tərkibi olsa da, tərəflər barışdığına görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsas olduğundan X2 ağır zərər vuran, X1 zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi faktı üzrə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci inzibati təsir tədbirləri görülməsi üçün Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, X5 barəsində keçirilmiş canlı şəxsin ekspertizasının 189 nömrəli ekspert rəyindən görünür ki, onun xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Vət.S.S.Adıgözəlovun adma tərtib edilmiş tibbi sənəddə göstərilən «sol baldır nahiyəsinin əzilməsi» kimi xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. X6 barəsində keçirilmiş canlı şəxsin ekspertizasının 188 saylı ekspert rəyindən görünür ki, K.Ə.Zeynalovun almış olduğu xəsarətlər - ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, travmatik subaraxnaidal qansızma, sol ayın payının hemorraqik əzilməsi ilə müşayiət olunan açq kəllə-beyin travması, sol təpə nahiyəsinin əzilmiş yarası bərk küt əşyanm(əşyalarm) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vürulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Hazırki işdən isə görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində törətdiyi yol nəqliyyat hadisəsi zamanı yüngül dərəcəli bədən xəsarətinin dəyməsi barədə sübut aşkar edilməmiş, bununla bağlı (bədən xəsarəti və maddi zərər) iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göründüyü kimi Şəxs barəsində tərtib edilmiş 19 iyun 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol natamamdır. Bu natamamlığı isə işə baxılarkən aradan qaldırmaq mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədibtörətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və toplanmış material tamamlanması üçün Səbail RPİ-nin DYPŞ-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 19 iyun 2022-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1069/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1069/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver