Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-107/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli, EP №0131859 nömrəli inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli, EP №0131859 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postundan daxil olmuş 3-33-/3-1025568/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən, X7 ünvanına Çin Xalq Respublikasının “X19 Co LTD” şirkətindən, 60AB179/60AB180 nömrə nişanlı avtomaşının üzərində olan SLVU ******* saylı konteynerdə, 5223 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi əsasında daxil olan, **********6340 saylı, xx.xx.2023cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən yükə xx.xx.2023-cü il tarixində İpək yolu gömrük postunda keçirilən gömrük yoxlaması zamanı əqli mülkiyyət hüquqlarının pozulmasına dair əsaslı şübhələr yarandığından (Hyundai-Kia əmtəə nişanı altında qeyd edilən və mənşəsi düzgün göstərilməyən) həmin mallar araşdırma aparmaq məqsədilə saxlanılmışdır. Sözügedən raportların icrası ilə əlaqədar Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhhqiqat İdarəsinin Təhqiqat şöbəsində xx.xx.2023-cü il tarixində araşdırma başlanılmışdır. İş üzrə ekspertizanın aparılması üçün xx.xx.2023-cü il tarixdə 3-33-1100/2-009121/2023 saylı məktubla, "xxxx" MMC-yə, xx.xx.2023-cü il tarixli 3-33-1100/2-009159/2023 saylı məktubla "xxxx" MMC-yə müraciət edilmişdir. xx.xx.2023-cü il tarixində Bakı Baş Gömrük idarəsinə daxil olmuş "xxxx" MMC- nin cavab məktubunda “Hyundai” əmtəə nişanı olan malların saxta ehtiyat hissələri olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinə daxil olmuş “X15” MMC-nin cavab məktubunda araşdırma aparılan malların orijinal olmadığı, həmçinin ehtiyat hissələrinin qablaşdırılmasının da kopyalandığı qeyd edilmişdir. xx.xx.2023cü il tarixli 3-33-1100/2-009322/2023 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə müraciət olunmuşdur. Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-5/1370-9/7387/2023 saylı ekspert məlumat xarakterli məktubuna ehtiyat hissələrinin orijinal olub- olmadığının müəyyən edilməsi üçün ixtisaslaşdırılmış müəssisələrə müraciət olunmuşdur. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların siyahısından görünür ki, “Hyundai” və “Kia” şirkətlərinin müraciətləri əsasında “Hyundai” və “Kia” əmtəə nişanlı mallar sözügedən siyahıya daxildir və hüquqların qorunma müddəti xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədəkdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı X14 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/7387/2023 nömrəli ekspert vəsatəti ilə “Kia” və “Hyundai” şirkətlərinin ehtiyat hissələri üzrə mütəxəssisin ekspert qismində tədqiqata cəlb olunması barədə vəsatət qaldırılmışdır. Tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadla həmin vəsatət təmin edilmiş və “hyundai” və “kia” şirkətlərinin ehtiyat hissələri üzrə mütəxəssisin eskpert qismində tədqiqata cəlb olunması təmin edilmişdir. Lakin Məhkəmə Ekspertiza Mərkəzi inzibati iş üzrə rəy verilməsi onun səlahiyyətlərinə aid olmadığından rəy verməkdən imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli iclaslarında Bakı Baş Gömrük İdarəsinin təhqiqatçısı Ülvi Rzayev protokolu müdafiə edərək izahatında bildirmişdir ki, X7 ünvanına Çin Xalq Respublikasının “X19 Co LTD” şirkətindən idxal etdiyi malların gömrük yoxlaması zamanı əqli mülkiyyət hüquqlarının pozulmasına dair əsaslı şübhələr yarandığından həmin mallar araşdırma aparmaq məqsədilə saxlanılmışdır. İş üzrə eskpertiza aparılması üçün "xxxx" MMC və "xxxx" MMC-yə müraciət edilmişdir. Bakı Baş Gömrük İdarəsinə "xxxx" MMC və "xxxx" MMC tərəfindən daxil edilmiş xx.xx.2023-cü il tarixli məktublardan müəyyən edilmişdir ki, həmin mallar saxta ehtiyat hissələridir, original deyildir, həmçinin ehtiyat hissələrinin qablaşdırılması da kopyalanmışdır. X3 xx.xx.2023-cü il tarixli izahatı özü imzalayaraq rəylərlə razı olduğunu və malların saxta olduğunu təsdiq etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə protokola etiraz edərək izahatında bildirmişdir ki, təhqiqat araşdırması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həm maddi, həm prosessual normalarının tələblərinin pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Belə ki, təhqiqat araşdırması zamanı barəsində inzibati iş üzrə icraat aparılan şəxsin vəkili olmayan şəxsin izahatı alınmışdır. Bundan əlavə, iş üzrə ekspert rəyi alınmamışdır. Ölkəyə daxil olan malların saxta olmasını təsdiqləyən hər hansı sübut iş materiallarından aşkar edilməmişdir. Ekspert rəy verməkdən imtina etmişdir. Bununla bağlı maraqlı tərəf olan “Hyundai” və “Kia” şirkətlərinin məktublarına istinad edərək hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə izahatında bildirmişdir ki, müdafiə etdiyi şəxs X7 xx.xx.2023-cü il tarixdə verdiyi izahatı ziddiyyətlidir. Belə ki, əvvəlcə ona idxal edilən mallarının bir hissəsinin kontrafakt, saxta olub- olmaması ilə bağlı verilən suala məlumatı olmadığı cavabını vermiş, daha sonra isə malların saxta olduğunu göstərən rəylə razı olmuşdur. Həm deyir mallardan xəbərim yoxdur, həm də malların saxta olduğunu deyir. Həmçinin malların əvvəl Koreya Respublikasından gətirildiyini, sonra isə dəyişərək Çin Xalq Respublikasından gətizdirdiyini deməsi ziddiyyətli haldır. Bundan başqa Məhkəmə Ekspertizası Mərkəzi mütəxəssisin ekspert qismində cəlb edilməsi barədə vəsatət təqdim etmiş və xx.xx.2023-cü il tarixli qərardadla vəsatət təmin edilmişdir. Lakin “Hyundai” və “Kia” şirkətləri tərəfindən qərardad hələ də icra edilməyib. Əgər icra etməyiblərsə, desinlər ki, tərəflə barışmışıq və ya mallar saxta deyil. Bundan əlavə Bayramın yaşı azdır, ölkəyə mal gətirib-aparan biri deyil və heç nədən xəbəri yoxdur. Verdiyi izahatın bir hissəsi ilə digər hissəsi fərqlidir, uyğunsuzluq var. Bir məktub əsasında gömrük orqanları tərəfindən idxalın saxlanması qanunsuzdur. İş üzrə yeganə mötəbər sübut X7 izahatıdır, o da ki ziddiyyətlidir. Malın saxta olub-olmadığını müəyyən edən ekspert və mütəxəssislərdir. Onlar da işlə bağlı rəy verməmişdirlər. Bunlardan da görünür ki, sübutlar kifayət deyil. Həmçinin “Kia” və “Hyundai” şirkətləri işdə maraqlı tərəflər olduqları üçün onların rəylərinin mötəbər sübut kimi qiymətləndirilməsi məntiqsizdir. Özləri süni şəkildə qiymətləri qaldırdıqları üçün mal biraz ucuz qiymətə idxal olunanda, saxta olduğunu deyirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə izahatında bildirmişdir ki, iş barədə iki dəfə ekspertiza təyin edilib və hər ikisində də yazırlar ki, “X16”-nin nümayəndəsi iştirak etməlidir. İş materiallarında olan ərizədən görünür ki, “X16”-nin malları buraxmama ərizəsini etibarnamə əsasında nümayəndə X8 imzalayıb. Halbuki, onun bu sənədi imzalamağa səlahiyyəti yoxdur. Belə ki, X8 etibarnamə üzrə bu hüququ “X16” şirkəti tərəfindən deyil X4 yerləşən “X21 East FZE” şirkətinin dileri tərəfindən verilmişdir. Bakı Kommersiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, e-16(113)- 466/2023 saylı qərardadı ilə də bu səbəbdən “X16” şirkətinin müvəqqəti təminat tədbirinə dair ərizəsini geri qaytarmışdır. Məhkəmə bu barədə sənəd istədikdə də heç bir sübutları olmadığı üçün təqdim edə bilməmişdirlər. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə inzibati xəta haqqında protokolda qeyd edilən “Hyundai” və “KİA” əmtəə nişanı olan malların saxta və ya keyfiyyətsiz olması sübuta yetirilmədiyindən X7 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2020-ci il tarixli sərəncamlarından görünür ki, “Hyundai” və “KİA” əmtəə nişanı adı altında mallar reyestrə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, QK0223 nömrəli invoysdan görünür ki, Çin Xalq Respublikasının “X19 CO LTD” şirkəti tərəfindən X9 **-AB-*** nömrəli nəqliyyat vasitəsilə avtomobil hissələri göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Çin Xalq Respublikasının “X19 CO LTD” şirkətindən original adı ilə daxil olmuş KİA markalı ehtiyat hissələrinin aparılan yoxlama zamanı original olub olmamasının araşdırılması üçün təcrübəli işçilər tərəfindən araşdırma aparılmış və aparılan araşdırma zamanı ehtiyat hissələrin original olmadığı aşkarlanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli invoys sənədi ilə əsasında daxil olan və Çin Xalq Respublikasının “X19 CO LTD” şirkəti tərəfindən göndərilən yükə baxış keçirilmiş və şəkil nümunələri “hyundai” və “kia” markalarının original ehtiyat hissələrinin rəsmi istehsalçısı və təchizatçısı olan “Hyunadi Mobis” şirkətinə göndərilmişdir. Baxış keçirildikdən sonra “Hyundai” əmtəə nişanı olan həmin malların saxta ehtiyat hissələri olduğu aşkar edilmişdir. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli qərarla Bakı Baş Gömrük İdarəsi tərəfindən material üzrə kompüter-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-9/7387/2023 nömrəli ekspert vəsatətindən görünür ki, “Kia” və “Hyundai” şirkətlərinin ehtiyat hissələri üzrə mütəxəssisin ekspert qismində tədqiqata cəlb olunması barədə vəsatət qaldırılmışdır. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli qərardadla “Hyundai” və “KİA” şirkətinin ehtiyat hissələri üzrə mütəxəssisin ekspert qismində tədqiqata cəlb olunmasının təmin edilməsinə qərar verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-5/1370-9/7387/2023 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, ekspert qarşısına qoyulmuş sualların həll edilməsi üçün “Kia” və “Hyundai” şirkətlərinin ehtiyat hissələri üzrə mütəxəssisin ekspert qismində tədqiqata cəlb olunması barədə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. Bu səbəbdən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İş materiallarında olan X5 xx.xx.2023-cü il tarixli ərizəsi ilə Bakı Baş Gömrük İdarəsinin 3-33-1100/3-2-000002/2023 nömrəli Qərarına əsasən “Hyundai” əmtəə nişanlı avtomobilin ehtiyyat hissələrinin buraxılışının dayandırılmasına “X16” şirkəti adından etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardadla X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardadla Azərbaycan Respublikasının vətəndaşı X11 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında X7 müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(009)- 107/2024 saylı qərardadı ilə ekspertiza keçirilməsi ilə bağlı vəsatət təmin edilmiş və ekspertiza təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-5/334-9/2079/2024 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, iş üzrə kompüter-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının aparılmasından və rəy verilməsindən imtina edilmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə Bakı Baş Gömrük İdarəsindən məhkəmə ekspertizasının təyin olunması haqqında qərarın icra olunması üçün “kia” və “hyundai” şirkətlərinin ehtiyat hissələri daxil olmuşdur. Eyni zamanda həmin qərarda və hal-hazırki qərardadda ekspert qarşısında qoyulmuş sualların məzmunu eynidir. xx.xx.2023-cü il tarixdə “kia” və “hyundai” şirktlərinin ehtiyat hissələri üzrə mütəxəssisin ekspert qismində tədqiqata cəlb olunması barədə verilmiş vəsatət təmin olunmamışdır və bu səbəbdən xx.xx.2023-cü il tarixdə ekspertizanın aparılmasından imtina edilmişdir. Bu səbəbdən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 16(113)-466/2023 saylı qəradadından görünür ki, “X16” şirkətinin müvəqqəti təminat tədbirinə dair ərizəsini geri qaytarılmışdır. Belə ki, ərizə onu imzalamaq hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Ərizəçi qismində Koreya Respublikasının “X16” şirkəti olsa da, ərizəni imzalamış nümayəndə X6 etibarnamə üzrə bu hüququ “X16” şirkəti deyil, X4 yerləşən “X21 East FZE” vermişdir. X1 elektron məhkəmə informasiya sistemində özünü ərizəçi qismində əlavə etsə də, ərizədə “X16” şirkəti ərizəçi, X8 isə nümayəndə qismində ərizəni imzalayan şəxs kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar inzibati xəta haqqında protokolda göstərilməmişdir. Təhqiqat orqanı müvafiq məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi olmadan, yalnız “Hyundai” və “Kia” şirkətlərinin məktublarına və X7 xx.xx.2023-cü il tarixli izahatına istinad edərək X11 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə təhqiqatı zamanı X7 xx.xx.2023-cü il tarixli izahatı araşdırılarkən izahatda ziddiyyət olduğu müəyyən edilmişdir. Belə ki, şəxs əvvəlcə idxal etdiyi malların kontrafakt və ya saxta olub-olmamağını bilmədiyini və idxal edilən malın mənşə ölkəsinin Koreya Respublikası olduğunu desə də, daha sonrakı cavablarında malların saxta olduğu ilə razılaşmış, həmçinin mənşəyinin Çin Xalq Respublikası olduğunu qeyd etmişdir. Həmin izahat ziddiyyətli olduğundan iş üzrə əhəmiyyət kəsb edən fakt kimi qiymətləndirilməməlidir. Həmçinin nəzərə alınmalıdır ki, "xxxx" MMC və "xxxx" MMC hal-hazırki inzibati xəta haqqında iş üzrə maraqlı tərəfdir. Bu səbəbdən onların rəyinin iş üzrə əhəmiyyət kəsb edən fakt kimi qiymətləndirilməsi yolverilməzdir. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinə idxal edilən malların saxta olub-olmadığını aydınlaşdırmaq məqsədilə iki dəfə müraciət edilmiş, lakin xx.xx.2023-cü il tarixdə “kia” və “hyundai” şirktlərinin ehtiyat hissələri üzrə mütəxəssisin ekspert qismində tədqiqata cəlb olunması barədə verilmiş vəsatət təmin olunmamağı səbəbindən ekspertizanın aparılmasından imtina edilmiş və iş üzrə materiallar geri qaytarılmışdır. Halbuki malın saxta olub-olmadığını müəyyən etməli olan şəxslər ekspertlər və mütəxəssislərdir. Yuxarıda qeyd edilən hallardan görünür ki, hazırki iş üzrə inzibati xəta haqqında protokolda qeyd edilən “Hyundai” və “KİA” əmtəə nişanı olan malların saxta və ya keyfiyyətsiz olması sübuta yetirilmədiyindən X7 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilməmişdir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 448-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-107/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-107/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver