Məhkəmə qərarları › İş №3(009)-1073/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1073/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1073/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.8-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.8-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixində, saat 23:00da Şəxs idarə etdiyi “KİA CEED” markalı, **-TR-*** dövlət nömrə nişanlı tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəticəsində zərər çəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirmişdir. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 342.8-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ona yüngül cəza verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.8-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 dekabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin məhkəmə-tibbi ekspertizanın 808 saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, X3 xx.xx.2021-ci il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. X2 adma tərtib olunmuş tibbi sənəddə qeyd olunan «Boyun əzələ-bağ aparatının gərilməsi» kimi xəsarətlər bərk küt əşya əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixli yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan avtomaşının statik maneyə dəyməsi nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan X3 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində o şəxsi işləri ilə əlaqdar olaraq şəhərdə olan zaman evə getmək üçün “BOLT” taksi şirkətindən Kukla teatrının yaxınlığına taksi sifariş etmişdir. Belə ki, sifariş əsasında “KİA CEED” markalı, **-TR-*** dövlət nömrə nişanlı avtomobil “Kukla” teatrının qarşısına gəlmişdir. O həmin zaman onun yanında rəfiqəsi Firuzə Allahverdiyeva olmuş və avtomobildə o arxa sağ tərəfdə rəfiqəsi isə arxa sol tərəfdə sərnişin qismində əyləmişlər. Sürücü sifarişi əsasında Bayıl qəsəbəsinə avtomobil ilə hərəkət etmiş və Səbail rayonu Bayıl qəsəbəsinə çatdıqda L.Babayev küçəsində yol bir qədər dik (podyomlu) olduğundan avtomobili yavaş sürətlə hərəkət etdirmişdir.Həmin küçədə sürücü sol istiqmətə dönmə əməliyyatı etmək üçün avtomobili dayandırmış və daha sonra hərəkətə başlamaq istədikdə bilmədən hansı səbəbə görə avtomobil geriyə doğru hərəkət etməyə başlamışdır.Avtomobil geriyə doğru hərəkət edən zaman sürücü avtomobili saxlamaq istəsədə lakin avtomobili saxlaya bilməmiş və avtomobil arxada olan küçədə yerləşən dəmir boruya dəyib dayanmışdır.Hadisə baş verdikdən sonra sürücü avtomobildən düşüb baş vermiş hadisəyə aydınlıq gətirməyə başlamışdır.Bir qədər sonra isə o və rəfiqəsi Firuzə avtomobildən düşüb həmin sürücüyə gediş haqqını ödəyib çıxıb yaşadıqları evə getmişlər. Həmin zaman o heç bir ağrı hiss etmədiyi üçün tibb müəssəsinə müraciət etməmişdir. Lakin həmin gecədən boyu nahiyyəsində ağrılar hiss etməyə başlamışdır. Buna görə bir gün gözləyib boyun nahiyyəsində olan ağrılar keçmədiyi üçün xx.xx.2021-ci il tarixdə KTM- nə gedib həkimə müraciət etmişdir.Orada onu müayinədən keçirdib lazımı tibbi yardım göstərib ambulator müalicə üçün evə buraxmışlar. Hal-hazırda onun vəziyyəti yaxşıdır və özünü normal hiss edir. Həmçinin N.Camalxanova bildirmişdir ki, L.Babayev küçəsində yol bir qədər dik (podyomlu) olduğundan avtomobili yavaş sürətlə hərəkət etdirmişdir. X4 heç bir xəsarət almayıbdır. Hadisənin baş verməsi səbəbini bilmir. Hadisə ilə bağlı şikayəti və tələbi yoxdu. Azərbaycan Respublikasının İXM-nin 342.8-ci maddəsinə əsasən bu Məcəllənin 342.1.1, 342.1.4 - 342.1.6, 342.1.8, 342.2.1 - 342.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 26, 40, 43, 114-115, 128-130 və 342.8-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.8-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar