Məhkəmə qərarları › İş №3(009)-1076/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1076/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1076/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025 il tarixində saat təxminən 00:30 radələrində onui öz Lada Priora 21705-057-42 markalı minik **-FF-*** dövlət nömrə qeydiyyatlı avtomobilimdə hərəkət edərkən Bakı şəh. DYPİ-nin Yol patrul inspektoru polis küçik serjantı X4 "Azneft" darəsinin yaxınlığında heç bir əsas olmadan saxladı və məndən bütün sənədlərini aldılar və bildirdilər ki, "Sənin avtomobilini rəhbərliyinin ğöstərişi ilə duracağa təmin olunmalıdır səs sisteminə görə belə maşın sürə bilməzsən " Mən bildirdim ki, Sizin hansı 66 rəhbərliyiniz göstərış verib saxlamağa ??? nə qeder israrla kimin göstərişi ilə avtomobilimi duracağa qoyulmasını tələb etsəmdə mənə cavab vermədilər sonrada bildirdilər ki, guya mən onların qanuni tələblərinə tabe olmamışam və Post patrul çağıraraq bizi (məni və dostum X2) 9 saylı Səbail RPİ-nin bölməsinə zorla apardılar və orada bizi 18 saat saxlayandan sonra barəmdə guya polisə tabe olmamaq adı altında protokol tərtib olundu və məni Səbail rayon Məhkəməsinə Hakim qarşısına çıxartdılar Səbail rayon Məhkəməsinin Möhtərəm Hakimi . Rüstəmli İlkin bu məsələni Məhkəmə qaydasında çox ciddi araşdıraraq mənim heç bir təqsirimin olmadığını müəyyən etdi və barəmdə qanunsuz və əsasız tərtib olunmuş İXM-nin 510 və 535 maddəsi ilə protokolları ləğv etdi və inzibatı xəta barəsində açılmış inzibatı icraata xitam verdi. Amma buna baxmayaraq Bakı şəhər DYPİ-nin Yol patrul xidmətinin ispektoru Samir Əliyev barəsində qanunsuz və əsazsız İXM-nin 242.2.3 maddəsi ilə protokol tərtib etdi və sonradan xx.xx.2025 tarixdə Bakı DYPİ-nin polis mayoru H. Paşazadə qanunsuz və əsassız guya avtomobilinə normativ tələblər pozulmaqla hansısa avadanlıq (heç özləri bilmirlər nə avadanlığ) quraşdırmağı barədə Beləliklə mənə yerində İnzibatı Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərini pozaraq heç bir protokol tərtib etmədən avtomobili cərimə meydançasına yerləşdirdilər və duracağa yerləşdirmə aktı da vermədilər. İXM-nin 100 maddəsinə görə onların avtopatrul maşınında olan BORTKOMPYUTERDƏN ardıcıl olan protokol yazılmalı idi !!!! O dəfələrlə bildirdi ki, onun avtomobili sport kimi yığılıb və avtomobilin texniki pasportunda "SPORT" yazılıb . Yəni avtomobil idman üslübunda TYUNİNQ olunub və sənədləri qaydasındadır. Hətta bu barədə texpasportda qeyd olub. İXM -nin 82 maddəsinin heç bir ekspertiza keçirilmədən (sanki, bunlar ekpertdilər) və İXM-nin 102 maddəsini yəni avtomobili duracağa yerləşdirəndən sonra inzibatı araşdırma aparma haqqında QƏRARDAD qəbul etmədən və avtomobildə hansı normativ qaydaları pozaraq və hansı avadanlığın quraşdırılması haqqında EKSPERTİZA keçirilmədən ÖZBAŞİNA QANUNSUZ QƏRAR qəbul olunmuşdur. İnzibatı Xətalar Məcəlləsinin 102-ci maddəsinə görə avtomobilə İMPERATİV qaydada EKSPERTİZA təyin olunmalı idi ki, və ekspert qarşısında suallar qoyulmalı idi ki, avtomobilə hansı normativ tələblərin pozulması ilə nə avadanlığı quraşdırılıb ??????????? Beləliklə barəmdə Az. Resp. İXM-nin 342.2.3 maddəsi ilə protokol tərtib olunaraq və sonrada qanunsuz QƏRAR qəbul olunmuşdur. Hazırda avtomobili qanunsuz olaraq cərimə meydançasında saxlayırlar və ona vermirlər. Həmin tarixdə heç bir inzibatı xəta törətməmişdir. O qərarı rəsmi olaraq 11 aprel 2025 il tarixində gedib əlbəəl almışdır.. Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində “sport yığılıb” yazılıb, yəni yığılmasına icazə var. İşıqlarını, güzgüsünü təqdim edərək şəhadətnaməni almışdır. Təsdiqedici sertifikatı, sənədi təqdim etməsə idi, şəhadətnamə və icazə verilməzdi. 2022-ci ildə sənədləri təqdim etmiş və icazəni almışdır. Özbaşına nəsə etməmişdir. Hadisə günü inspektor saxlamış, səbəbini soruşduqda səsboğucu sistemdən istifadə etdiyini bildirmişdir. İnspektor heç bir ekspertiza keçirmədən necə avtomobildə konstruksiya dəyişikliyinin olduğunu aşkar etmişdir. Göstərilənlərə əsasən TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək izahatında bildirmişdir ki, qəbul edilsə ki, “sport”a yığılmış ifadəsi yaylara, yəni avtomobilin arxa hissisinə aid ola bilər, lakin avtomobilin güzgüsünü, işıqlarını “Mercedes” markalı avtomobilə məxsus hissələrlə dəyişdirmişdir. Avtomobil başdan-ayağa dəyişdirilmişdir. “Lada” avtomobilindən heçnə qalmamışdır. Həmçinin "xxxx" ASC-dən arayış daxil olmuşdur ki, həmin nəqliyyat vasitəsi sport tipli yığılmamışdır. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 00:32-də Bakı şəhəri ərazisində “LADA PRİORA 21705-057-42 minik” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin BA 167829 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Sport yığılıb” qeyd edilmişdir. Mühərrikin nömrəsi “3921392”-dir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə ünvanladığı 28 aprel 2025-ci il tarixli, № 56 arayışdan görünür ki, rəsmi idxalçı "xxxx" ASC-yə daxil olan ban-XTA217050J0568448, mühərrik-3921392 Lada Priora markalı avtomobil istehsal olunarkən sport tipli yığılmamışdır. İş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, “LADA PRİORA 21705-057-42 minik” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində qanunvericiliklə qadağan olunmuş dəyişikliklər edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 xx.xx.2025-ci il tarixdə saat 00:32-də Bakı şəhəri ərazisində “LADA PRİORA 21705-057-42 minik” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin V hissəsinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 avtomobili Bakı şəhəri ərazisində “LADA PRİORA 21705-057-42 minik” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etmişdir. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar